BRİCS-in yeni qanadı: Səudiyyə Ərəbistanı
25.08.2023 [11:30]
Murad Köhnəqala
Dünyada anti - qərb hərəkatının güclənməsi BRİCS kimi siyasi blokların qlobal səhnədə aktivliyini artırması ilə müşayiət olunur. Bu günlərdə Cənubi Afrikanın Yohannesburq şəhərində növbəti sammiti keçirilən BRİCS-in sıraları genişlənmək üzrədir. Təşkilata üzv olmaq istəyən xeyli neytral ölkə var. Neytrallıq dedikdə söhbət dünyanın iki supergücü olan ABŞ və Rusiya arasında cəbhələşməyə münasibətdən gedir.
Siyasi, iqtisadi və hərbi sferada ABŞ-ın hegemonluğuna qarşı çıxan BRİCS blokuna qoşulmaq arzusunda olan ölkələrdən biri də Səudiyyə Ərəbistanıdır. Bu ölkə beynəlxalq müstəvidə ABŞ-ın əzəli-əbədi müttəfiqlərindən biri kimi tanınır. Lakin Səudiyyə rejiminin ABŞ-ın indiki hakimiyyəti ilə münasibətləri heç də həsəd aparılası durumda deyil. Çinlə yaxınlaşmaq meyillərinə görə Bayden administrasiyası rəsmi Ər-Riyada dəfələrlə bu və ya digər formada irad bildirib.
Səudiyyə Ağ Ev-dən üz döndərir?
Beynəlxalq siyasət üzrə ekspertlərin fikrincə, Səudiyyə Ərəbistanının BRİCS-ə qoşulmaq niyyəti onun qlobal səhnədə müstəqil siyasət yürütmək istəyindən xəbər verir. Bu ideyanın arxasında dayanan əsas səbəblərdən biri də Səudiyyənin Qərb bloklarında görünməmək, anti - Rusiya xoruna qoşulmaq tələbini rədd etmək planlarıdır.
Beləliklə, dünyanın ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı BRİCS-ə üzvlük üçün müraciət etməklə dünya səhnəsində müstəqil oyunçu olmaq arzusunu nümayiş etdirir.
Səudiyyə kralı Salman artıq yaşlandığı üçün ölkənin faktiki lideri vəliəhd şahzadə Məhəmməd bin Salman hesab olunur. Bəzi analitiklərin fikrincə, Səudiyyə Ərəbistanı ABŞ-la strateji tərəfdaşlıqdan heç vaxt əl çəkməyəcək və heç bir halda Vaşinqtonun maraqlarına zidd siyasət yürütməyəcək. Həmin cəbhənin analitikləri düşünürlər ki,
BRİCS-ə qoşulsa belə, Səudiyyənin ABŞ əleyhinə hər hansı sözləşmədə yer alması gözlənən deyil.
Yaxın Şərq üzrə mütəxəssis, siyasi analitik Bertrand Besanceno məsələni belə şərh edir: “Səudiyyəlilər hər şeyə real baxırlar, nüvə və qeyri-nüvə komponentləri ilə hələ də Birləşmiş Ştatların “təhlükəsizlik çətirindən” asılı olduqlarını başa düşürlər. Lakin eyni zamanda şahzadə Məhəmməd bin Salman hazırkı məqamda ABŞ-ın zəiflədiyini də bilir. Buna görə də Səudiyyə indiki şəraitdə Rusiya ilə neft sənayesi üzrə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Üstəlik, Çin də onların əsas ticarət tərəfdaşına çevrilib, hər iki ölkənin qarşılıqlı investisiya layihələri var. Qısaca onu deyə bilərəm ki, şahzadə Salman tərəfdaşların diversifikasiyası funksiyasını yerinə yetirir”.
Qlobal səhnədə yeni rollar
Səudiyyənin BRİCS-ə meyillənməsində əsas faktorlardan biri də blokda radikal antiqərb mövqeyi olmayan ölkələrin, məsələn, Hindistanın da təmsil olunmasıdır. Yəni, konkret desək, Səudiyyə “nə şiş yansın, nə kabab” prinsipi ilə hərəkət edərək, əbədi rəqiblərdən hər hansı birinin yanında birbaşa yer almaq istəmir.
Rəsmi Ər-Riyadı Rusiyanın aparıcı olduğu qrupa girməyə ürəkləndirən məqamlardan biri də Misir, İndoneziya və BƏƏ kimi müttəfiqlərinin BRİCS-ə namizədlikləridir. Bu ölkələr, əslində, antiqərb əhval-ruhiyyəsində deyillər, üstəlik, Türkiyənin də Qərblə müttəfiqliyini dəstəkləyirlər. Maraqlı detallardan biri də budur ki, Qərbin özü son illərdə Səudiyyənin Bayden administrasiyası ilə soyuq münasibətindən narazıdır.
Əgər ötən illərdən fərqli olaraq indi Ər-Riyad İranın BRİCS-ə qoşulmaq istəyindən narahat olmursa, bu, Səudiyyə Ərəbistanının Yaxın Şərqdə gərginliyin azalmasında maraqlı olmasından irəli gəlir. “Səudiyyəlilər hesab edirlər ki, BRİCS-ə üzvlük onlara İrana qarşı bərabər güc balansı yaratmaq imkanı verir”, - deyə B.Besanceno bildirib.
Uzun illərdir İslam aləminin bir-birinə rəqib olan iki qütbü - Səudiyyə Ərəbistanı və İran 2016-cı ildə kəsdikləri diplomatik əlaqələri bərpa etmək barədə razılığa gəliblər. Yeddi ildən sonra bu ilin yazında bu iki müsəlman ölkəsi Çinin vasitəçiliyi ilə ilk dəfə bir araya gələ bilib.
Hazırda Səudiyyə Ərəbistanının BRİCS ölkələri tərəfindən təsis edilmiş Yeni İnkişaf Bankına (NDB) qoşulması ilə bağlı danışıqlar aparılır. Məlumdur ki, NDB inkişafa yardımı maliyyələşdirmək üçün yaradılıb və onun fəaliyyəti Qərbin nəhəng maliyyə institutları ilə rəqabət aparmağa hesablanıb. Bu arada valyutasının dollara bağlı qalmasına baxmayaraq Səudiyyə Ərəbistanı aylardır Çinlə dedollarizasiya danışıqları aparır. Pekin Səudiyyədən aldığı neftin ən azı bir hissəsini dollarla deyil, yuanla ödəmək niyyətindədir. Çünki BRİCS-in məqsədlərindən biri də yerli valyutalardan istifadədir.
Ekspertlərin fikrincə, 2030-cu ilə qədər qarşısına iddialı islahat planını həyata keçirmək vəzifəsini qoyan Məhəmməd bin Salman üçün ölkəsinin BRİCS-ə daxil olması onun müstəqil güc olma arzusunu reallaşdıra bilər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10

