Ermənistanın ekoloji cinayətləri
20.07.2023 [11:20]
Beynəlxalq qurumlar məsələyə müdaxilə etməlidirlər
İyulun 18-də Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları BMT-yə və bir sıra beynəlxalq qurumlara Ermənistanın apardığı ekoloji terrorla bağlı təcili müraciət ünvanlayıblar. Müraciətdə qeyd edilir ki, milyonlarla insanın həyatı və ətraf mühit təhlükə altındadır. Vurğulanır ki, Azərbaycanla sərhəd bölgəsində Ermənistan Respublikası uzun illərdir davam etdirdiyi ekoloji terrorları son vaxtlar daha da instensivləşdirib. QHT-lər sübutlar və əsaslandırılmış faktlar əsasında Ermənistanın törətdiyi ekoloji fəlakətləri, cinayətləri beynəlxalq ictimaiyyətə, dünya birliyinə çatdırıblar. Müraciətdə o da vurğulanır ki, beynəlxalq qurumlar mandatından istifadə edərək bu məsələyə müdaxilə etməli, adekvat reaksiya verməli və texniki baxış üçün missiya təşkil etməlidir.
Ermənistan BMT konvensiyalarını pozur...
Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli deyib ki, Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ekoloji tarazlıqla bağlı məsələlərə toxunuldu: “Dövlətimizin başçısı müşavirədəki çıxışında Ermənistanın ölkəmizə vurduğu ziyanla bağlı fikirlərini bölüşdü. Bildirildi ki, həm Ermənistandakı müəssisələrin fəaliyyəti, həm də işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın kortəbii istismarı nəticəsində Azərbaycanın təbiəti böyük zərər çəkib. Ermənistanın ekoloji terroru nəticəsində 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib. Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları bu məsələ ilə bağlı BMT-yə və beynəlxalq ictimaiyyətə müraciət ediblər. Müraciəti imzalayanlardan biri kimi vurğulamaq istəyirəm ki, Ermənistanın dağ-mədən sənayesində istismarla bağlı qeyri-şəffaf və hesabatlılığı olmayan fəaliyyətinin davamlı inkişaf üçün yaratdığı təhlükə insanlara və ətraf mühitə böyük ziyan vurur”.
Onun sözlərinə görə, sənaye müəssisələrinin yüksək zəhərli kimyəvi tullantıları demək olar bütün transsərhəd suları çirkləndirir: “Bu ekoloji təsir insanların sağlamlığına və təhlükəsizliyinə, flora və faunaya, torpaq, hava və su strukturlarına təsir göstərir. Məsələnin hüquqi tərəfinə gəldikdə qeyd etməliyəm ki, Ermənistan BMT-nin bir sıra konvensiyalarının, o cümlədən “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyasının, “Su və sağlamlıq haqqında” protokolunun, o cümlədən, BMT-nin “Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət” haqqında Bazel Konvensiyasının, “Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair” Konvensiyanın, “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası” Konvensiyasının (Espoo Konvensiyasının) tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini və s. kobud şəkildə pozur”.
Laqeyd qalmaq olmaz...
Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli bildirib ki, insanlığa və təbiətə zidd olan bu fəaliyyət Yer kürəsinin ekosisteminə də ziyan vurur: “Bu proses yalnız regional mahiyyət daşımır, təkcə Ermənistanın özünün ətraf mühiti və əhalisi üçün təhlükəli deyil, həm də qonşu ölkələr üçün ciddi təhlükə yaradır. Özünü dünyaya “qədim xalq” kimi sırıyan bu toplum hələ də orta əsrlərdə və onlardan əvvəl yaşamış vəhşi barbar tayfalara xas davranış sərgiləyir. Bu əməllər həm insanlara, həm tarixi və mədəniyyət abidələrinə, həm də ətraf mühitə, flora və faunaya qarşı törədilir. Ola bilər ki, Ermənistan ətraf mühitə, öz vətəndaşlarının sağlamlığına laqeyddir. Amma biz, Azərbaycan ictimaiyyəti qlobal ekoloji fəlakətə səbəb olan cinayətkar əməllərə laqeyd qala bilmərik. Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam edən mədən “əməliyyatları” ilə bağlı yaranmış təhlükə insanlara və ətraf mühitə zərər verir, yüksək zəhərli kimyəvi tullantılar demək olar bütün transsərhəd suları çirkləndirir, floraya, faunaya, torpaq, hava və su strukturlarına dağıdıcı təsir göstərir, ekosistemin deqradasiyasına səbəb olur. Azərbaycan tərəfinin əlində deyilənlərlə bağlı kifayət qədər sübutlar və əsaslandırılmış faktlar var. Bunun ən birinci sübutu kimi məhz 30 illik işğal dövründə Şərqi Zəngəzur və Qarabağda törədilmiş vəhşiliklərdir. Vətəndaşlarımızın daşı-daş üstə qalmayan ev-eşikləri, tarixi və mədəniyyət abidələri bir yana, hətta meşələrimiz də qırılıb, çaylarımız da çirkləndirilib, fauna tamamilə məhv edilib. Cəzasızlıqdan ruhlanan Ermənistanın cinayətkar rejimi bu gün də öz çirkin əməllərini davam etdirir, Qafan dağ-mədən kompleksində, Göyçə Daşdəm qızıl mədənində, Axtala mədənində, Qafan manqan zavodunda, Ellər (Qotayq) metallurgiya zavodunda, Amuldağ (Amulsar) qızıl yatağında və digər yerlərdə aparılan əməliyyatlar transsərhəd suları çirkləndirir, sərhədyanı ərazilərdə yoluxucu xəstəliklərin yayılma riskini artırır”.
Ə.Abbasbəyli qeyd edib ki, bu gün əsas məqsəd Birləşmiş Millətlər Təşkilatının, Avropa İttifaqının, digər nüfuzlu təşkilatların və beynəlxalq ictimaiyyətin diqqətini bu problemə cəlb etməkdir: “Ermənistan bu əməlləri ilə BMT-nin “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyasının, “Su və sağlamlıq haqqında” Protokolunun, “Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət” haqqında Bazel Konvensiyasının, “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası” Konvensiyasının tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini kobud şəkildə pozaraq, saymamazlıq nümayiş etdirir”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

