İrandan iki zəlzələyə fərqli yanaşma...
15.02.2023 [11:18]
Səbəb nədir?
Mübariz FEYİZLİ
Yanvarın son günlərində İranda, fevralın ilk günlərində isə Suriyada baş verən zəlzələlər. Müxtəlif məkanlarda baş verən bu iki təbii fəlakət arasında təsadüfən paralellər aparmırıq. Dağıntılar, insan faciələri hər iki zəlzələni səciyyələndirən ümumi cəhətlərdir. Bunlar heç kəsi biganə qoymur və ürək ağrıdır. Ziddiyyətli məqam isə İran rejiminin bəhs olunan zəlzələlərə fərqli münasibətidir. Nə qədər qəribə və təəccüblü görünsə də, mollakratiya İranın ərazisində yaşanan təbii fəlakəti ciddiyə almır, soyuq qış günlərində ev-eşiyini itirən insanlara yardım əli uzatmır. Bununla yanaşı, İran hakimiyyəti zəlzələdən ziyan çəkən Suriyaya ardarda humanitar yardımlar göndərir. İranın siyasi rejiminin belə ayrı-seçkiçiliyi hansı pərdəarxası məqamlardan qaynaqlanır?
Xoyda ürək dağlayan mənzərə
İranda yanvarın son günlərində baş verən zəlzələnin ən dağıdıcı təsirləri Xoyda və bu şəhərə bitişik yaşayış məntəqələrində qeydə alınıb. Dağıntıların miqyası böyükdür. Verilən məlumatlara görə 5,9 bal gücündə zəlzələ 70 yaşayış məntəqəsində evlərin 80 faizinin dağılaraq yararsız hala düşməsi ilə nəticələnib. Şəhər və kənd yerlərində 12 minə yaxın yaşayış binası dağılıb. Təkcə Xoy şəhərində 900-dən çox insan yaralanıb, ölənlər var.
Zəlzələdən sonrakı ilk günlərdə İran hakimiyyəti adekvat davranış ortaya qoymadı. Rəsmi KİV informasiyaları çox xəsisliklə yaydı. Hər şeydən görünürdü ki, ölkənin hakimiyyət dairələri zəlzələnin miqyasını məqsədli şəkildə gizlətməyə çalışır. Ancaq məkrli niyyət güdən hakimiyyət cidanı çuvalda gizlədə bilmədi. Yerli fəallar zəlzələ bölgəsindən çəkilən foto və video materialları sosial şəbəkələrdə yaydılar.
Məhz bu materiallar sayəsində Xoyun və ətraf ərazilərin sakinlərinin insanlıq faciələri yaşadıqları bütün dünyaya bəlli oldu. Minlərlə insan-uşaqlar, qadınlar, qocalar şaxtalı qış günlərində köməksiz qalıblar. Yaralılar əziyyət çəkirlər. Hakimiyyətin isə sanki heç tükü də tərpənmir. İnsanlar İranın dövlət qurumlarının onların üzləşdikləri faciəyə soyuqqanlı yanaşdıqlarını, yardım göstərməyə tələsmədiklərini bildirirlər. GünAz Tv-nin rəhbəri, Güney Azərbaycan milli azadlıq hərəkatının tanınmış simalarından biri olan Əhməd Obalı mətbuata açıqlamasında zəlzələdən sonra yaşanan acınacaqlı vəziyyətdən danışıb. Əhməd Obalı bildirib ki, baş verən güclü zəlzələdən sonra onlarla insan evsiz qalıb: “Onlar bu gün də küçələrdə gecələyir, mənfi on dərəcə şaxtada çadırlarda qalmağa məcbur olurlar. Statistikaya baxsaq, deyə bilərik ki, xəsarət alanlar və itkilərlə bağlı İran dövlətinin verdiyi rəqəmlər ən azı 3 dəfə azdır. İran dövləti bu gün evsiz qalanların əksəriyyətinə çadır da verməyib...”.
Əhməd Obalı İran dövlətinin məsələyə olduqca etinasız yanaşdığını bildirərək Azərbaycan Prezidenti İlham Əliyevdən kömək istəyib: “İran dövləti düşmən kimi bizi dondurmaqla məşğuldur. Bizə yox, terrorçulara dəstək olur. Şimallı, cənublu həmvətənlərimizi də zəlzələdə zərər görən soydaşlarımıza yardım etməyə dəvət edirəm”.
İran rejiminin iç üzünü açan daha bir fakt. Mollakratiya Xoyda zəlzələdən ziyan çəkən insanlara yardım göstərmək istəyən beynəlxalq təşkilatlara da rədd cavabı verir. İran Qızıl Aypara Cəmiyyəti Cənubi Azərbaycanda - Xoyda baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardımla bağlı Türkiyənin Qızılay Cəmiyyətinin təklifini qəbul etməyib. Bu barədə Türkiyə Qızılay Cəmiyyətinin başqanı Kərəm Kınık məlumat verib. “Zəlzələdən sonra dərhal yardım təklifimizi onlara çatdırdıq. Ancaq zəlzələnin öhdəsindən gələ biləcək qədər imkanları olduğunu ifadə edərək bizlərə təşəkkür etdilər”, - deyə Kərəm Kınık öz “twitter” səhifəsində yazıb.
Suriyaya yardım göstərmək üçün əldən-ayaqdan gedən İran
Xoyda zəlzələdən ziyan çəkən vətəndaşlarını taleyin ümidinə buraxan İran eyni aqibətlə üzləşən Suriyaya yardım göstərmək üçün əldən-ayaqdan gedir. İran rəsmiləri özlərini Xoy şəhərinin sakinlərinin faciələrini unutmuş kimi aparırlar. Bunun əvəzində bu günlərdə mollakratiyanın təmsilçiləri Suriyanın yanında olduqlarını ifadə etmək üçün sanki növbəyə dayanıblar. İrandan Suriyaya ən yüksək səviyyədə siyasi dəstək ifadə olunur. Suriya mediası İranın bu ölkədə zəlzələdən zərər çəkmiş insanlara humanitar yardım aparan təyyarəsinin Dəməşq Beynəlxalq Hava Limanına eniş etdiyini təsdiqləyən video yayımlayıb. Bundan başqa, “Telegram” sosial şəbəkəsində İranın göndərdiyi xilasedici qrupun Suriyada zəlzələnin baş verdiyi ərazilərdə fəaliyyətə başladığına dair məlumatlar yer alıb.
İran rejimi Suriyaya humanitar yardım göstərdiyini geniş təbliğ edir. Eyni zamanda, bildirilir ki, humanitar dəstəyin miqyası yaxın günlərdə daha da artırılacaq.
Azərbaycanafobiyadan qaynaqlanan ögeylik
İki zəlzələyə İran rejiminin fəqli yanaşması səbəbsiz deyil. Mollakratiyanın Xoyda baş verən zəlzələdən ziyan çəkənlərə ögey münasibəti sırf rejimin Azərbaycanafobiya siyasətindən qaynaqlanır. Bunun təsdiqi üçün uzağa getmək lazım deyil. Şəhərin əhalisinin böyük əksəriyyəti azərbaycanlılardan ibarətdir. Xoy Türkiyə ilə sərhəddə yerləşir. Şəhərin demoqrafik göstəricilərini dəyişmək mollakratiyanın çoxdankı planlarına daxildir. Güneyli fəalların bildirdiklərinə görə İran rejimi azərbaycanlılara qarşı diskriminasiya siyasətini daha da sərtləşdirmək üçün dağıdıcı zəlzələni bir fürsət kimi dəyərləndirir. Mollakratiya insanları çətinliklərlə üz-üzə buraxmaqla onları doğma yerlərdən didərgin salmağa çalışır. Bu gün Xoy İranın unudulmuş bölgəsi kimi görünür. “İnsanlar qışın qarında, şaxtalı havasında adi bir çadıra belə möhtacdır. Tehran hakimiyyəti Xoy əhalisinə nəinki kömək etmir, hətta onlara gələn yardımın qarşısını alır, qadağan edir. Onu da qeyd edim ki, zəlzələ nəticəsində dağıntılar çox olduğuna görə yerli əhali Xoyu tərk edir. Artıq daşınmaz əmlakın və evlərin qiyməti yarıya qədər azalıb. İran hakimiyyətindən dəstək ala bilməyən insanlar əmlakını satıb Xoydan çıxmaq istəyir”. Bu fikirləri azərbaycanlı siyasi və mədəni fəal Məhsa xanım Mehdili KİV-ə açıqlamasında ifadə edib.
Suriyaya yardıma tələsən İranın xəbis niyyəti
Suriyaya yardıma tələsən İranın burada da səmimi olmadığı müəyyənləşib. İran hökuməti Suriyada baş verən zəlzələ böhranından sui-istifadə edərək humanitar yardım adı altında Dəməşq hökumətinə və Livan “Hizbullah”ına silah-sursat tədarük etməkdədir. Bu barədə Səudiyyə Ərəbistanının “İlaf” qəzeti İsrailin hərbi kəşfiyyat qaynaqlarına istinadən məlumat yayıb. Adının çəkilmədiyi İsrail rəsmisi İranın Suriyaya silah tədarükünün qarşısını almaq üçün tərəddüd etmədən tutarlı addım atılacağı barədə xəbərdarlıq edib.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

