PUA-lar Ukraynadan Ermənistana necə “göndərilib”?
25.01.2023 [10:39]
“Etirafların” səbəbləri...
Bir neçə gün öncə erməni diasporunun Ukrayna ordusunun pilotsuz təyyarələrini Ermənistana göndərməsi ilə bağlı yayılan informasiyalar birmənalı qarşılana bilməz. Belə ki, Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın açıqlaması bunun etirafı da sayıla blər. “Biz artıq Ermənistana kəşfiyyat məqsədilə istifadə olunan pilotsuz uçuş aparatlarını göndərmişik. Mən təyyarələrlə göndərənləri tanıyıram... Varşava-İrəvan reysi ilə aparılır. Buradan, Ukraynadan ordumuza çoxlu kömək göndərilir. Təsəvvür edin, bizdə müharibə var. Amma bizim ermənilər Ermənistana kömək edə bilirlər, Ukrayna tərəfindən vuruşan hərbçilərmiz Ermənistandakı qardaşlarına pilotsuz uçuş aparatları göndərə bilirlər”, - Arutyunyan deyib.
“Varşava reysi” xəyanət yoluna çevrilibmi?
Arutyunyanın bu açıqlamasının həqiqəti əks etdirib-etdirməməsi müzakirə mövzusudur - bununla belə, bu fikirlər özündə kifayət qədər ciddi məqamları birləşdirir. İlk növbədə bu, Ukrayna hakimiyyəti üçün araşdırma mövzusudur - hərbi qarşıdurmaların yaşandığı zamanda xaricdən göndərilən PUA-ların ölkədən çıxarılması olduqca ciddi məsələdir. Bu, hətta Ukrayna üçün “vətənə xəyanət” kimi də dəyərləndirilə bilər.
Bununla belə, məsələnin inandırıcı olmaması yükü daha böyükdür. O baxımdan ki, Ukraynaya kəşfiyyat məqsədli PUA-ları göndərən ölkələr sırasında ABŞ, Almaniya, Latviya və bir neçə başqa ölkə yer alır. Məsələn, bu ilin əvvəlində Almaniya hökuməti Ukraynaya yeni hərbi yardım paketi göndərdiyini açıqlayıb. Paketə 30 ədəd pilotsuz uçan aparat aşkarlama sistemi, 8 ədəd kəşfiyyat aparatı, həmçinin PUA-lardan qorunmaq üçün 27 sensorlu ötürücü daxildir. Bu aparatların ermənilərə verilməsi üçün Ukraynadan istifadə olunması nə qədər inandırıcı səslənir? Və ya göndərilən PUA-ların təyinat yerinə çatdırılmasına cavabdeh şəxslərin bu dərəcədə məsuliyyətsizlik edərək onu ermənilərə təslim etməsi inandırıcı deyil. Yəni, həmin PUA-ların ermənilərə verilməsi düşünülmüş yalana daha çox bənzəyir.
İkinci bir tərəfdən bu PUA-ların Ermənistana çatdırılması marşrutu olduqca maraqlıdır - Varşava-İrəvan reysi. Demək ki, iddialara görə, bu PUA-lar Ermənistana Polşa vasitəsilə yollanılır. Bu da o qədər inandırıcı səslənmir. Çünki Ukrayna-Rusiya qarşıdurmasında rəsmi Kiyevi dəstəkləyən ölkələrin siyahısında başda Polşa təmsil olunur. Bu ölkənin Ukraynaya xəyanət etməsi, göndərilən PUA-ları Ermənistana yollanmasına vasitəçilik etməsi inandırıcı sayılmır.
İrandan diqqət yayındırılır?
Ən maraqlı təzad isə Arutyunyanın bu “fakt”ı dilə gətirməsi, ifşa etməsidir. Yəni, Ukrayna Erməniləri İttifaqının icraçı direktoru qəsdən PUA-ları onlara “ötürənləri”, PUA-ları Ermənistana “yollayanları” ələ verib. Xəbərdən anlaşılan budur. Amma bir az fərqli rakursdan yanaşdıqda bu fakt daha çox diqqət yayındırmağa bənzəyir. Başqa sözlə, Arutyunyanın və ona bu açıqlamanı verməyi tapşıranların əsl məqsədləri fərqli ola bilər:
- Ermənistanın qeyri-qanuni silahlandırılmasını ört-basdır etmək;
- Hindistandan və digər ölkələrdən gətirilən silahları Ukraynanın “ayağına” yazmaq;
- İranın Ermənistana ötürdüyü PUA-ları gizlətmək;
- Rusiyanın diqqətini cəlb etmək.
Bu sadalanan məqsədlərin içində isə ən realı məhz İranla bağlı olandır. İranın son dövrlərdə Ermənistanın silahlandırılmasında aktiv iştirakı anlaşılan deyil. Rəsmi Tehranın bu addımları isə ona qarşı olan beynəlxalq sanksiyaları daha da kəskinləşdirə bilər. Eyni zamanda, Ermənistanın İrandan PUA alması Qərbin “xoşuna gəlməyəcək”. Beləliklə də, bütün təzyiqlərdən kompensasiya olunmaq üçün məhz Ukrayna və ya “Varşava reysi” ehtimalı məqsədli şəkildə aktuallaşdırılır.
Hədəf Azərbaycan-Ukrayna əlaqələri ola bilər
Digər tərəfdən, müharibə aparan Ukraynada PUA-lar, yaxud digər silahların satışının həyata keçirilmədiyi bəllidir. Bu yalnız o halda baş verə bilər ki, orduda kimlərsə Qərb ölkələrinin verdiyi, yaxud Ukrayna xalqının pulu ilə alınan silahları oğurlayaraq satır. Bu isə mümkün deyil. Erməni diasporunun Ukrayna ordusunun arsenalına daxil olan silahları qanunsuz yolla əldə edə bilmə və qaçaqmalçılıq yolları ilə Ermənistana göndərmə ehtimalı da aşağıdır. Düzdür, müharibə aparan ölkələrdə silah oğurluğu və qaçaqmalçılığı üçün imkanlar geniş olur. Arutyunyanın açıqlaması erməni mafiyasının Ukraynada bu işlə məşğul olduğunu “göstərir”. Amma Arutyunyan unudur ki, Ermənistan KTMT üzvü olduğu üçün onun arsenalında yer alan PUA-ların sayı, növü bu və ya digər şəkildə Rusiya üçün məlumdur.
Bu mənada, Arutyunyanın açıqlamısının əsas hədəflərindən biri də Ukrayna-Azərbaycan münasibətlərinə zərbə vurmaqdır. Bəllidir ki, münaqişə başlayandan bəri Azərbaycan Ukraynaya dəfələrlə humanitar yardımlar edib. Ermənistan isə hələ də bu məsələdə “gözləmə” mövqeyini tutur. O baxımdan da, Ermənistan məhz bu kimi çirkin yollarla Bakı-Kiyev əlaqələrinə zərbə vurmağa çalışır.
Ermənistanın silahlandırılması...
Ermənistanın məqsədli şəkildə silahlanması və ya silahlandırılması isə yolverilməzdir. Məsələn, bəzi havadarları bu ölkəni slahlandırır. Bəzi dövlətlər isə - Hindistanın timsalında Ermənistana ucuz qiymətə köhnə silahlar “təklif edirlər”. Bu kimi faktları özü üçün “ordu quruculuğu” təbliğatına çevirmək istəyən Ermənistanın siyasi-hərbi rəhbərliynin cəhdləri fiaskoya məhkumdur. Çünki bu kimi “ordu quruculuğu” Ermənistanda yanlış illüziyalar yaradır. Amma nəticə etibarı ilə Ermənistan bir daha yanlışlığa yol verməməlidir. “Dəmir yumruq” hər zaman öz yerindədir. Ermənilərin yanlışlıqla “revanşizm” arzusuna düşməsi onların sonunu gətirə bilər.
SADİQ
Xəbər lenti
Hamısına baxHərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05

