Stohkolmun NATO yolu bağlanır...
19.01.2023 [10:22]
İsveç mətbuatının təxribatları Ankaranı yenidən düşünməyə vadar edə bilər
P.İSMAYILOV
Bir müddət öncə İsveçin NATO yolunda yandırılan “yaşıl işıq” yenidən “qırmızı” ilə əvəz edilə bilər. Belə ki, NATO-ya qəbulla bağlı səsverməyə az vaxt qaldığı bir zamanda İsveçi yenidən terrorçu şüarlar, terrorçu addımlar bürüyür. YPG terrorçularının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maketini tarixi bələdiyyə binası qarşısında asmasının ardından Ankara ilə Stokholm arasında yaranan diplomatik böhran isə daha da dərinləşə bilər. İsveçdə nəşr edilən “Flamman” qəzeti Ərdoğanı hədəf alıb. 10 min kron mükafatlı karikatura yarışmasına əlavə olaraq qəzetin bu həftəki üz qabığında İsveç bayrağının yerinə “utanc verici bayraq” və buna bənzər təhqiramiz ifadələrlə Türkiyə bayrağı istifadə edilib. “Dagens Nyheter” nəşri “Flamman” qəzeti də Türkiyə prezidentinə qarşı addımları ilə seçilib. “Expressen” qəzeti isə danimarkalı ifrat sağçı siyasətçi Rasmus Paludanın törədəcəyi yeni təxribatla bağlı yazır: “Paludan Türkiyə səfirliyinin qarşısında Quranı yandırmaq istəyir”. “Expressen” daha əvvəl də oxşar təxribatlar törədən neonasist siyasətçi Paludanın şənbə günü yerli vaxtla saat 13.00-da hərəkətə keçəcəyini qeyd edib.
Rasmus Paludan isə polisə müraciət edərək “İsveçin NATO-ya üzv olması ilə bağlı heç bir problemim yoxdur. İsveçdə nə türk, nə də kürd istəyirəm” deyib.
İsveç öhdəliyi yerinə yetirəcəyini desə də...
Göründüyü kimi NATO-nun şimala doğru genişlənməsi ilə bağlı aparılan proses yenidən bitməz tunelə daxil olur. Xatırladaq ki, bu ilin iyununda NATO-nun Madrid Sammitində Türkiyə, Finlandiya və İsveç arasında danışıqlar baş tutmuşdu. Danışıqların nəticəsi olaraq isə üçtərəfli Memorandum imzalanmışdı. Qeyd edək ki, Memorandumda öz əksini tapan müddəalara görə, hər iki Skandinaviya ölkəsi PKK və FETÖ üzvləri ilə bağlı ekstradisiya məsələsini aktual saxlamalı və adıçəkilən terror təşkilatı üzvlərinin Türkiyəyə ekstradisiyalarını təmin etməli idilər. Bu proseslə bağlı İsveçin mövqeyi tam bəlli olmur - məsələn, ötən ayın əvvəlində İsveç FETÖ-çü terrorçunu Türkiyəyə vermə prosedurunun olmadığını bəyan etmişdisə, ayın sonunda İsveç xarici işlər naziri Tobias Billström bildirmişdi ki, Türkiyə, İsveç və Norveç arasında bağlanan Anlaşma Memarandumunun müddəaları təmin olunacaq. Beləliklə, İsveç terrorçuların ekstradisiyası ilə bağlı verdiyi sözü tutacaq. Son hadisələrdən sonra İsveçin baş naziri Ulf Kristersson da bildirib ki, Stokholm Şimali Atlantika Alyansına qoşulmaq üzrə Madrid Memorandumuna sadiq qalmağa davam edir və bu məsələdə Ankara ilə uğurla danışıqlar aparır. Baş nazirin sözlərinə görə, İsveç və Finlandiya Madriddə Türkiyə ilə imzalanmış razılaşmalara əsasən üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirirlər.
İsveç bu fikirləri dildə ifadə edir, amma əməldə göstərmir. Rəsmi Stokholm anlayır ki, artıq qlobal aktora çevrilmiş Türkiyə ən yüksək səviyyədə öz maraqlarını qorumaq əzmindədir. NATO kimi mühüm bir təşkilatın genişlənməsi ilə bağlı məsələ məhz Türkiyənin iradəsinə əsaslanır. Bu mənada, Türkiyənin də lazımi cavabı səsləndirməsi və ya nümayiş e?dirməsi çox vaxt almayacaq kimi görünür - bir sözlə, prosesin bu şəkildə inkişafı İsveçin NATO yolunda irəliləməsində böyük bir maneəyə çevriləcək.
Türkiyənin mövqeyi dəyişməzdir - yeni dördlər konfransı nəzərdə tutulur
Türkiyədə isə başqa bir ab-hava yaşanmaqdadır. İsveçin və Finlandiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün vaxt daralır - cəmisi bir neçə aydan sonra Türkiyə parlamenti istirahətə yollanır və bu ölkədə prezident seçkiləri baş tutacaq. Bununla bağlı fikirlərini bölüşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib ki, İsveç və Finlandiyanın NATO-ya müraciətlərinin Türkiyə tərəfindən ratifikasiyası üçün lazım olan şərtləri yerinə yetirmək üçün təxminən 2-2,5 ay vaxt var: “Alyansın sammitinə qədər onların NATO-ya üzv olmaq istəsələr, bizim zaman məsələmiz var. İsveç və Finlandiyanın ərizələrinin Türkiyə parlamenti tərəfindən təsdiqlənməsi tərəflərin Ankaranın tələblərini nə dərəcədə tez yerinə yetirməsindən asılıdır. Əsasən dəyişikliklər Stokholmdan tələb olunur. İsveç keçən il Madriddə imzalanmış sazişin həyata keçirilməsinə tam sadiqdir. Lakin ölkənin məhkəmə sisteminə terrorizmin yeni təriflərini tətbiq etməyə imkan verəcək qanunların daxil edilməsi üçün daha altı ay lazımdır. Nəticədə Stokholm terror təşkilatlarına İsveçin artıq onlar üçün təhlükəsiz sığınacaq olmadığına dair siqnal göndərməlidir”.
Qeyd edək ki, bu yaxınlarda Stokholmda Türkiyəyə qarşı yol verilmiş təhqiramiz hərəkətə rəsmi Ankaranın reaksiyası da ciddi olub - İsveç səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, parlamentin sədri Mustafa Şentop isə isveçli həmkarına göndərdiyi dəvəti geri çəkib.
Eləcə də, məsələyə münasibət bildirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, İsveçdə PKK-nın təxribatlarının başqa versiyasını gördük. O qeyd edib ki, bu irqçilikdir, nifrət təbliğatıdır: “İsveç özü də belə hallarla mübarizə aparmalıdır. İsveç məsuliyyət daşıyır. Sadəcə qınamaqla məsuliyyətdən azad olmaq olmaz”.
M.Çavuşoğlunun sözlərinə görə, İsveç NATO-ya üzv olmaqla bağlı Ankara qarşısında götürdüyü öhdəliklərini yerinə yetirmir: “Biz sadəcə həmin öhdəliklərin yerinə yetirilməsini istəyirik. Amma İsveç terroru dəstəkləməyə davam edir”.
Nazir, həmçinin deyib ki, belə addımlar İsveçin NATO-ya üzvlüyünü sual altına qoyur: “Yaxın gələcəkdə Brüsseldə Finlandiya və NATO rəhbərliyinin də iştirakı ilə dördtərəfli görüş keçirilə bilər”.
Türkiyənin isə məsələ ilə bağlı mövqeyi qətidir. Prezident Ərdoğan ötən il baş tutmuş “Səfirlər Konsransı”ndakı çıxışında da bildirmişdi ki, verilən vədlər yerinə yetirilməsə, Türkiyə bu iki dövlətin NATO üzvlüyünə razılıq verməyəcək. Dövlət başçısı vurğulamışdı ki, bu mövqe NATO-nun Madriddə keçirilən sonuncu sammitində bir daha nümayiş etdirilib. O, qətiyyətlə bildirmişdi ki, küçələrində PKK-çıların dolaşdığı dövlətlərin üzvlüyü NATO-nun müdafiə etdiyi dəyərlərə xələl gətirəcək. Təbii ki, səslənən həmin bəyanat bu gün də aktualdır. Türkiyə bu gün dünyanın hərbi nizamının tənzimlənməsində, siyasi münasibətlərin aydınlaşmasında mühüm rol oynayan, terrorizmə qarşı birmənalı mübarizə aparan ölkədir. Bu baxımdan, Türkiyənin xəbərdarlığı İsveç üçün mühüm əhəmiyyət kəsb etməlidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

