İstanbul terrorunun pərdəarxası...
16.11.2022 [11:41]
Qlobal güc mərkəzinə çevrilən Türkiyəyə kimlər və nəyə görə mane olmağa çalışırlar?
Noyabrın 13-də Türkiyəni qana boyayan terror aktı hər kəsi məyus etdi. Uzun illərdən sonra İstanbulda belə bir terror aktının törədilməsi həm də düşündürücüdür. Türkiyəli rəsmilərin verdikləri açıqlamalar da birmənalı deyil - o baxımdan ki, bu terror aktının arxasında dayanan səbəblər, güclər, buna vasitəçi olan qüvvələr öz adı ilə çağırılır. Belə anlaşılır ki, kataklizmlərlə dolu regionumuzda baş verənlər, Türkiyənin bu problemlərin həllindəki rolu, o cümlədən qlobal müstəvidə dayandığı yer rəsmi Ankaranın bu kimi təhdidlərə məruz qalmasını şərtləndirib. Məsələyə daha geniş kontekstdə yanaşsaq, Türkiyənin son dövrlərdə qlobal güc mərkəzinə çevrilməsi, Avroasiya regionunda baş verənlərdə daha çox siyasi arbitr kimi yer alması bir sıra dünya güclərini narahat etməkdədir.
Türkiyə regional proseslərdə mühüm söz sahibidir
Türkiyənin regional problemlərin həllində mühüm tərəf olması 44 günlük Vətən müharibəsində daha aşkar şəkildə ortaya çıxdı. Məhz bu amil Türkiyənin qlobal gücə çevrilməsi yolunda ilk addımı kimi qiymətləndirilə bilər. Siyasi və mənəvi dəstəyini Azərbaycandan əsirgəməyən rəsmi Ankara regionun üzərinə oynanılan bütün oyunları pozdu - böyük güclər Ankaradan Azərbaycana göstərilən dəstək mesajlarını aldılar. Beləliklə də, Azərbaycana qarşı yönələn siyasi təzyiqlər bir növ zərərsizləşdirildi. 10 noyabr sazişinin ardından yaradılan Birgə Monitorinq Mərkəzində Türkiyənin də təmsilçiliyi isə yeni siyasi reallıqda regional güc mərkəzinin ünvanını müəyyənləşdirdi - bu, Ankara idi. Artıq Cənubi Qafqazla bağlı planlarda Türkiyə amili də nəzərə alınacaqdı. Bu isə son dövrlərdə ikili oyunlar oynayan bəzi xarici güclərə sərf etmir. Onlar ermənilərin əli ilə öz maraqlarını rahat şəkildə təmin etmək istəyirlər. Təbii ki, “Şuşa Bəyyannaməsi” ilə rəsmiləşən Türkiyə - Azərbaycan birliyi bu arzunu onların gözündə qoyur.
Beləliklə də, Türkiyənin qlobal gücə çevrilməsi faktı ilə razılaşmaq istəməyənlər köhnə, ənənəvi metoda əl atır - terrorçular vasitəsilə Türkiyəni öz yolundan döndərməyə çalışırlar. İndiki halda bu mümkünsüzdür. Çünki 44 günlük Vətən müharibəsi sonrası yaranan yeni siyasi reallıqların bir nəticəsi də Türkiyənin regional proseslərə müdaxilə imkanlarının genişlənməsidir. Bu isə geriyədönməz bir prosesdir. Yəni, artıq Türkiyə amili yeni dövrdə güc mərkəzi kimi qəbul edilməlidir.
Rəsmi Ankaranın yeni yanaşma metodu - sabitləşdirici faktor
Türkiyənin regional proseslərdə sabitləşdirici faktor kimi rolu Ukrayna ilə Rusiya arasındakı hərbi münaqişə zamanı daha açıq şəkildə ortaya çıxdı. Məsələnin məğzinə keçməzdən əvvəl qeyd edək ki, Türkiyənin bu münaqişə ilə bağlı tutduğu mövqe bir sıra siyasi ekspertləri çaşdırdı - NATO üzvü olan, Avropa İttifaqına üzvlüklə bağlı illərdir ki, “növbə” gözləyən Ankara Rusiyaya qarşı koalisiyada yer almadı. Tam əksinə, prosesdə tərəf olmaq istəməyərək sabitləşdirici vasitəçilik rolunu seçdi. Bu, rəsmi Ankaranın problemə yeni yanaşma metodu kimi qəbul edildi. Xronoloji ardıcılllığa nəzər yetirdikdə seçilən bu yolun düzgünlüyü bariz şəkildə ortaya çıxır:
- Rusiya ilə Ukrayna arasında ilkin siyasi kontaktlar məhz Türkiyədə reallaşdı - buna, hər iki dövlətin Türkiyəyə etimadı zəmin formalaşdırmışdı;
- Humanitar danışıqlar nəticəsində bir sıra məsələlərdə ortaq nöqtəyə gəlindi - Türkiyənin vasitəçiliyi hər iki tərəf üçün sərfəli idi. Həm problemə kənardan baxış sərgilənirdi, həm də tərəfsizlik öz sözünü deyirdi;
- Hətta BMT Baş katibi Antonio Quterreş belə prosesdə Türkiyənin rolunu əvəzsiz kimi qiymətləndirmişdi - BMT rəsmisi tənzimlənmənin Türkiyəsiz təsəvvür edilməyəcəyini öncədən irəli sürdü;
- Nəhayət, qlobal ərzaq böhranının qarşısının alınmasında Türkiyənin rolu. Taxıl sazişinin imzalanması birbaşa rəsmi Ankaranın, Prezident Ərdoğanın səyi və nüfuzu sayəsində reallaşdı.
Beləliklə, 2022-ci ilin, bəlkə də son dövrlərin ən böyük hərbi qarşıdurmasının sabitləşdirici faktoru qismində çıxış edən Türkiyə Avropanın da “xilaskarına” çevrildi. Nəzərə alsaq ki, bir sıra Qərbi və Şərqi Avropa ölkələri heç də Rusiyaya qarşı hərbi koalisiyaya “ürəklə” daxil olmayıb (bəziləri ümumiyyətlə daxil olmayıb) və özünün iqtisadi gələcəyini düşünməkdədir, onlar Türkiyənin prosesi dayandırmaq, hətta döyüş meydanından sülh masasına daşımaq səylərini yüksək qiymətləndirirlər. Bu isə özlüyündə Ankaranın Qərbdəki dayaqlarını möhkəmləndirir, onun sıradan bir tərəfdaş olmadığını, beynəlxalq münasibətlər sistemində qlobal güc mərkəzi kimi rolunu və yerini müəyyənləşdirir.
Türkiyə TDT-nin yeni inkişaf mərhəsində mühüm rola malikdir
Türkiyənin yeni siyasi nizamda güc mərkəzi fuksiyasını daşıması digər bir amili də ortaya çıxarır - Türk birliyi amilini. 2009-cu ildə Naxçıvanda imzalanmış sazişlə əsası qoyulan bu birliyin müasir dövrdə öz imkanlarını daha da genişləndirmək perspektivi yaranıb. 44 günlük Vətən müharibəsi, Ukrayna-Rusiya münaqişəsi buna münbit zəmin formalaşdırıb. Öz aktuallığını qoruyan, hətta bəzi türk düşmənləri tərəfindən də etiraf edilən və “Turan yolu” adlandırılan Zəngəzur dəhlizi məsələsi Türk birliyinin funksional tərəfdaşlığının daha da möhkəmlənməsinə yol açır. Eləcə də, Türkiyənin Türk birliyi istiqamətindəki intensiv və israrlı addımları yaxınlaşmanı yeni mərhələyə daşıyıb. 2021-ci ilin noyabrında İstanbul sammiti zamanı adı dəyişdirilən və Türk Dövlətləri Təşkilatı adlanan TDƏŞ özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bir neçə gün öncə, daha doğrusu terrordan iki gün öncə Səmərqənddə keçirilən Zirvə Görüşü də məhz yeni mərhələ üçün hazırlıq idi. Beləliklə, Avroasiyada yeni, güclü, siyasi və iqtisadi resursları kifayət qədər olan böyük bir birliyin yaradılması anti-Türk, dolayısı ilə anti-Türkiyə mahiyyətli qüvvələri narahat etməyə bilməzdi. Bu baxımdan, terrorun sammitindən iki gün sonra törədilməsi də təsadüfi sayılmamalıdır.
NATO-da Türkiyə qətiyyəti - Alyansın qapıları İsveç üçün bağlıdır!
Türkiyənin qlobal gücə çevrilməsi NATO-nun genişlənməsi məsələsində də həlledici rola malik oldu. Xatırladaq ki, bu ilin əvvəlində ABŞ-ın təklifi və səyi ilə İsveçin və Finlandiyanın
NATO üzvlüyünə qəbulu məsələsi əsas siyasi gündəmə çevrilmişdi. Həmin dövrdə Türkiyənin bu məsələdəki mövqeyi həlledici oldu - irəli sürülən veto ilə proses dayandırıldı. İyunun
28-də NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında keçirilən görüşdən sonra isə üçtərəfli Memorandum imzalandı. Rəsmi Ankara iki Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına daxil olması üçün irəli sürdüyü tələbləri ortaya qoydu - Skandinav ölkələri PKK və onun uzantıları ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlığa, terrorun bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirilməsinə, PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyinə razılaşdı. Təbii ki, bu razılıq İsveçin o qədər də ürəyincə deyildi, çünki bu günə qədər götürülən öhdəliyin yerinə yetirilməməsi bunu deməyə əsas verir. Bu mənada, Türkiyənin son mövqeyi də kifayət qədər sərtdir - İsveç öhdəliklərə əməl etməyincə NATO qapıları onun üzünə açılmayacaq.
Bu amil də Türkiyənin ən böyük hərbi Alyansdakı yerini və nüfuzunu göstərir. Təbii ki, veto hüququ qurumun hər bir üzvünə aiddir - amma ondan aktiv şəkildə istifadə etmək üçün isə kifayət qədər ürəkli və qətiyyətli olmaq lazımdır. Bu qətiyyət üçün isə qlobal güc mərkəzi kimi qəbul edilmək ilkin şərtdir.
2023-cü il seçkiləri - hədəf daxili sabitlik amilidir
Terrorun baş vermə səbəblərinə nəzər yetirdikdə, daxili amil də nəzərə alınmalıdır. O baxımdan ki, gələn il - 2023-cü il Türkiyə üçün mühüm bir dönəmdir. Cümhuriyyətin 100 illiyinə hazırlaşan Türkiyə həm də mühüm siyasi imtahan qarşısındadır. Gələn il Türkiyədə prezident seçkiləri baş tutacaq. Buna mane olmaq üçün isə xarici güclər anti-Türkiyə siyasətində istifadə etdikləri ənənəvi vasitələrə müraciət edirlər. Yenidən FETÖ və digər terror qruplaşmaları aktuallışdırılır. Türkiyə siyasətinə nüfuz etmək, daxili siyasi sabitliyi və sakitliyi pozmaq üçün isə ən rahat üsul xaos və xof yaratmaqdır. Siyasi ekspertlər 2023-cü illə bağlı proqnozlarında Türkiyənin hazırki siyasi iqtidarını daha şanslı qiymətləndirirlər. Artıq uzun illərdir ki, Türkiyənin siyasi sükanının arxasında dayanan Rəcəb Tayyib Ərdoğanın 2023-cü il seçkilərindən daha güclü şəkildə çıxma ehtimalı isə həddindən artıq böyükdür. Son illərdə yürütdüyü siyasi kurs, ən əsası Ərdoğanın şəxsi səyi nəticəsində formalaşan Türk birliyi ideyası, Mərkəzi Asiyada türkçülüyü inkişaf etdirmək səyləri onun qalibiyyətini daha real edir. Yaranan bu siyasi birlik isə özündə iqtisadi inkişafı - yeni layihələri ehtiva edir. Bu, Türkiyə üçün mühüm bir şansdır.
Nəticə etibarı ilə, İstanbulda bomba terrorçuların əli ilə partladılsa da, “düyməsinin” daha uzaqdan basıldığı ehtimalı böyükdür - partlamanın əks-sədası başqa qitələrdən eşidilir. Amma bu kimi vasitələrə əl atanlar, Türkiyəni yolundan etmək istəyənlər böyük səhv edir - bu kimi maneələri aşmaq həm dövlət, həm də cəmiyyət olaraq Türkiyə üçün çox asandır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21
