Şimali Koreya nəyə və kimə güvənir?
05.11.2022 [10:23]
Pxenyan ABŞ-ın planlarını pozur
Uzaq Şərqdə yenidən “raket sınaqları” intensiv hal alıb. Koreya Xalq Demokratik Respublikası bölünmüş yarımadanın tarixində ilk dəfə olaraq Cənubi Koreya ilə dəniz sərhədindən raket atıb. KXDR noyabrın 3-də Yapon dənizi istiqamətində bir qitələrarası, 2 qısamənzilli ballistik raket buraxıb. Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb. Yerli vaxtla səhər saat 7:40-da buraxılan qitələrarası ballistik raketin maksimum 760 kilometr hündürlükdə 1920 kilometr məsafə qət etdiyi, saat 8:39-da buraxılan qısamənzilli raketlərin isə 70 kilometr hündürlükdə 330 kilometr uçaraq dənizə düşdüyü bildirilir. May ayından bəri Şimali Koreya ilk dəfə qitələrarası ballistik raket buraxıb.
KXDR-ın əsas hədəfi Vaşinqtondur
İki Koreya arasında bu kimi hallar mütəmadi baş versə də, bu dəfəki vəziyyət fərqlidir. Qısamənzilli raketlərdən biri Yapon dənizində Cənubi Koreyanın de-fakto sərhəd xəttinin 26 kilometr cənub hissəsinə düşüb. Bu, Şimali Koreyanın 1950-1953-cü illər Koreya müharibəsindən sonra de-fakto sərhəd xəttinin cənubuna atdığı ilk raketdir.
Təbii ki, KXDR-in bu addımları yalnız cənub qonşusuna qarşı yönəlməyib. Bu “etiraz” ABŞ və Cənubi Koreya hərbi hava qüvvələrinin oktyabrın 31-də başlayan və beş ildən sonra ilk böyük birgə təliminə istiqamətlənib ki, burada da müəyyən sualdoğurucu məqamlar mövcuddur. Nəzərə alsaq ki, prezident Trampın dövründə ABŞ KXDR ilə əlaqələri nisbətən yumşaltsa da, sonradan münasibətlər yenidən kəskinləşdi. Xüsusilə, prezident Baydenin ötən ilin sonunda dünyaya yeni siyasi nizam vəd edən “Demokratiya sammiti” təşəbbüsü KXDR-ın da potensial “düşmən” elan olunmasına yol açıb. ABŞ-ın özü üçün müəyyənləşdirdiyi “yeni nizam coğrafiyası” siyahısında ən başda qeyd edilən ölkələrdən biri KXDR-dır. Rəsmi Pxenyan isə bunu bildiyi üçün belə sərt reaksiyalar göstərir. Ən əsası isə, Sakit və Atlantik okean sularında hərbi nəzarəti əldən verməmək istiqamətində atılan addımlar, AUKUS hərbi birliyinin formalaşdırılması, üstəlik Yaponiyanın da bu formata qoşulması KXDR-ı hərəkətə gətirib. Amma rəsmi Pxenyanın ABŞ-a və onun müttəfiqlərinə təkbaşına müqavimət göstərə bilməsi inandırıcı sayılmaz. Təbii ki, KXDR-ın da bu işdə “güvəndiyi” müttəfiqləri mövcuddur.
Şərq müharibəsi, yoxsa nüvə müharibəsi
KXDR-ın müttəfiqləri siyahısına isə Rusiya “başçılıq” edir. Bir sıra xarici ekspertlərin fikrincə, rəsmi Pxenyanın ard-arda “raket atəşfəşanlığı” təşkil etməsində də əsas səbəb məhz Ukraynanı dəstəkləyən Qərb koalisiyasının diqqətini Avropadan Uzaq Şərqə yönəltməkdir. Bəlli olduğu kimi, KXDR da nüvə silahına malik dövlətlərdəndir. Maraqlıdır ki, hətta Rusiyanın belə neçə nüvə başlığına sahib olmasından xəbərdar ABŞ kəşfiyyatının Pxenyandakı silahların sayından xəbəri yoxdur. Bu baxımdan da, hətta Pentaqon belə KXDR-a qarşı ehtiyatlı davranış sərgiləmək məcburiyyətində qalıb. Sözügedən məcburiyyət isə KXDR-a hətta qonşularını belə açıq şəkildə təhdid etmək şansı verib. Bunun nəticəsidir ki, son aylarda Yapon və Sarı dəniz hövzələri raket sınaqları poliqonuna çevrilib.
Qeyd edildiyi kimi, KXDR-ın bu raket “sınaqları”, əsasən, ABŞ-ın fikrini Avropadan yayındırmağa istiqamətlənib. Rəsmi Pxenyan hətta ABŞ-ı planlarında dəyişiklik etmək məcburiyyətində qoyub. Bir müddət öncə Çinə qarşı hərbi əməliyyatları istisna etməyən ABŞ artıq bu fikrindən daşınmış kimi görünür. Bunun da müəyyən mənada səbəblərindən biri KXDR-dır. Düzdür, Çin ilə Pxenyan arasındakı münasibətlər müttəfiqlik səviyyəsində olmasa belə, “ortaq düşmən”in onları birləşdirməsi də istisna oluna bilməz. Vaşinqtonun ehtiyat etdiyi məqam da budur. Əgər AUKUS “Tayvan bəhanəsi” ilə Çinə qarşı hərbi əməliyyatlara başlayarsa, KXDR-in Çinin yanında yer alması şübhəsiz nüvə müharibəsinə yol açacaq. Vurğulanmalıdır ki, Rusiya prezidenti Putin Türkiyəyə nüvə silahından istifadə etməməklə bağlı söz versə də, KXDR rəhbərinin bu addımı atmayacağını heç kim proqnozlaşdıra bilməz.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

