Azərbaycanın təklifi...
04.10.2022 [10:45]
Ermənistan delimitasiya komissiyasının növbəti iclasına dair təklifi qəbul edəcəkmi?
Nardar BAYRAMLI
Cenevrədə oktyabrın 2-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş 2022-ci il avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib. Görüşdə nazir Ceyhun Bayramov səylərin post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Nazir bu xüsusda, Azərbaycan tərəfindən təklif olunmuş beş baza prinsipləri əsasında müqavilənin elementlərini detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıb. Görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub.
Ceyhun Bayramov, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xətlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulayıb.
Humanitar məsələlərə toxunan nazir, o cümlədən 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini, Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsinin qəbuledilməzliyini, bunun Üçtərəfli Bəyanat üzrə Ermənistanın öhdəliklərinin kobud pozuntusu və hərbi cinayət olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Bu istiqamətdə müzakirələrin davam etdirilməsinə dair razılıq əldə olunub.
Görüş zamanı maraqlı məqamlardan biri Azərbaycan tərəfindən delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının oktyabr ayında keçirilməsi ilə bağlı irəli sürülən təklifdir. Komissiyanın iclasının oktyabrda keçirilməsinin əhəmiyyəti nə ola bilər? Məsələ ilə bağlı qəzetimiə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Ermənistan sülhdən yayınsa da, sərhəddə təxribatlar törətsə də, informasiya hücumları qursa da, sülh gündəliyinə uyğun olaraq müzakirələr davam etdirilir. Sülh müzakirələrinin davam etməsi rəsmi Bakının iradəsi kimi dəyərləndirilməlidir. Onun fikrincə, delimitasiya üzrə ikitərəfli komissiyasının iclasının oktyabrda keçirilməsi haqda təklif önəmlidir. Azərbaycanın sərhədlərin delimitasiyası işinə çox ciddi diqqət ayırdığını deyən İ.Hüseynovun sözlərinə görə, bu diqqətin nəticəsidir ki, danışıqlar prosesində Azərbaycan məsələni daim önə çıxarır: “Delimitasiya prosesi bizim üçün bir sıra amillərə görə vacibdir. Sərhədlərin nişanlanması və qeyd olunması dövlət təhlükəsizliyi nöqteyi-nəzərindən də böyük əhəmiyyət kəsb edir. Çünki bu gün Azərbaycana qarşı təşkil olunan informasiya hücumlarında qeyd olunur ki, guya ordumuz Ermənistanın suveren ərazilərinə daxil olub. Bu tamamilə yanlış bir yanaşmadır. İki ölkə arasında faktiki olaraq dövlət sərhədləri yoxdur, müəyyən edilməyib, sərhəd zolağı çəkilməyib. Belə olan halda, hansı müdaxilədən söhbət gedə bilər? Ona görə də, delimitasiya prosesinin hüquqi, əməli, praktiki zəmin üzərində həllinə böyük ehtiyac var. Bu, çətin bir prosesdir. Amma Azərbaycan bu prosesi Gürcüstan və Rusiya ilə həyata keçirib. Ona görə də, məsələ həllini tapmalıdır”.
Politoloq qeyd edib ki, sərhədlərin delimitasiyası Azərbaycanın ərazi bütövlüyünün tanınması kontekstində çox aktualdır və iki ölkə arasında dövlətlərarası sülh müqaviləsinin imzalanması ölkəmizin ərazi bütövlüyünün pozulmasına qarşı bütün təhdidlərin qarşısını alacaq. Eləcə də, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi və yuridiksiyasi kimi də təsdiqləyəcək. Bu baxımdan, həm delimitasiya prosesi ilə Azərbaycana qarşı informasiya hücumlarının qarşısı alınacaq, həm də suverenliyimiz, ərazi bütövlüyümüz və sərhədlərimizin toxunulmazlığı amili öndə olacaq. Bu da mütləq surətdə sülh müqaviləsinin imzalanması prosesini sürətləndirəcək.
Bəs Ermənistanın delimitasiya komissiyasının iclasının oktyabrda keçirilməsinə dair təklifə münasibəti necədir? Rəsmi İrəvanın Bakının konstruktiv təklivinə adekvat cavab verəcəkmi? 10 noyabr Bəyanatından sonra Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərdən boyun qaçırmağa çalışdığını deyən İ.Hüseynov hesab edir ki, Paşinyan hakimiyyəti bu təklifin də reallaşmasına mane ola bilər. Lakin Ermənistan anlamalıdır ki, Azərbaycanın təşəbbüsləri bütövlükdə regionun inkişafının xeyrinədir. Artıq Ermənistanda bu təklifin əleyhinə fikirlər səslənir. Bu fikirlər daha çox sosial şəbəkələrdə paylaşılır. Əslində, Ermənistan bu təklifi qəbul etməlidir. Çünki prosesi uzatmaq bölgədə yeni gərginliyə səbəb ola bilər. Törətdiyi son təxribatlara cavab olaraq aldığı sarsıdıcı zərbələr rəsmi İrəvana dərs olmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

