Gündoğardan müharibə anonsu - Uzaq şərq təhlükənin eşiyindədir
02.07.2022 [10:59]
Yaponiya və Cənubi Koreya ABŞ ilə hərbi tərəfdaşlığını gücləndirdi
Madrid sammiti yeni müharibənin razılaşma ünvanı ola bilər
Pərviz SADAYOĞLU
NATO-nun Madrid sammiti uzaq şərqdə hərbi-siyasi vəziyyətlə bağlı yeni situasiyanın yaradılması baxımından da əhəmiyyəti ilə seçildi. Belə ki, sammit çərçivəsində üçtərəfli görüş keçirən Yaponiyanın baş naziri Fumio Kişida, ABŞ prezidenti Co Bayden və Cənubi Koreya prezidenti Yoon Suk Yeol təhlükəsizlik sahəsində tərəfdaşlığı, xüsusilə Şimali Koreyanın nüvə və raket təhlükəsinə qarşı əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Yaponiyanın baş naziri Kişida 2017-ci ildən bəri ilk dəfə keçirilən üçtərəfli görüşdə əməkdaşlığın vacibliyini vurğulayaraq, Şimali Koreyanın nüvə sınaqları da daxil olmaqla, mümkün təxribat hərəkətləri ilə bağlı dərin narahatlığını ifadə edib. Baş nazir Pxenyanın mümkün nüvə təhlükəsinə qarşı cavabın üçtərəfli əməkdaşlıq səviyyəsində layiq olacağına ümid etdiyini bildirib: “Yaponiya-ABŞ və ABŞ-Cənubi Koreya ittifaqlarının çəkindirmə imkanları üçtərəfli tərəfdaşlığı gücləndirmək istiqamətindəki əsas səylərin bir hissəsi kimi gücləndirilməlidir.
ABŞ prezidenti Co Bayden isə Koreya yarımadasının tam nüvəsizləşdirilməsinin vacibliyini vurğulayıb. ABŞ lideri azad və açıq Hind-Sakit Okean hədəfinə nail olmaq üçün üçtərəfli əməkdaşlığın zəruriliyini də önə çəkib. Şimali Koreyanın təxribatlarına sərt cavab verilməsinin vacibliyini vurğulayan Cənubi Koreya prezidenti Yoon Suk Yeol qeyd edib ki, Pxenyanın nüvə tərk-silahı istiqamətində dialoqa qayıtması üçün hər üç ölkə yaxından əməkdaşlıq etməlidir.
Rəsmi Tokio: razılıq əldə olunub
Türkiyə mətbuatının yaydığı məlumatına görə, görüşlə bağlı rəsmi Tokio öz mövqeyini bildirib. Vurğulanıb ki, liderlər regional təhlükəsizliyin gücləndirilməsinin vacibliyi barədə razılığa gəliblər. Tərəflər BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın silah proqramlarının qarşısını almağa yönəlmiş qətnamələrinin tam şəkildə həyata keçirilməsini təmin etmək üçün birlikdə hərəkət etmək qərarı veriblər. Bundan başqa Yaponiyanın baş naziri Kişidanın Bayden və Yoondan Şimali Koreya tərəfindən 1970-1980-ci illərdə qaçırılan Yaponiya vətəndaşları ilə bağlı problemin həll edilməsi üçün əməkdaşlıq vədi aldığı da qeyd edilib. Xatırladaq ki, Koreya müharibəsindən sonra məğlub olan Yaponiyanın 1960-1980-ci illərdə Şimali Koreyaya miqrasiya edən yaponlarla bağlı problemləri mövcud olub.
“Raket sınaq”ları qlobal müharibəyə çevrilir
Koreya adasının nüvəsizləşdirilməsi və ya regionda təhlükəsizliyin gücləndirilməsinə gəldikdə isə, bu, yeni hərbi-siyasi mərhələnin ən aktual məsələlərindən sayılır. Belə ki, illərdir Yapon dənizini özünün “raket poliqonu”na çevirən şimali Koreya son illərdə bu ərazidəki sınaqlarını intensivləşdirib. Başqa sözlə, Uzaq Şərq suları “ballistik raket” savaşının yeni meydanına çevrilib. Bu ilin əvvəlindən başlayaraq Yapon dənizində ard-arda partlayan çoxmənzilli, qitələrarası raketlər yaxın perspektiv üçün o qədər də ürəkaçan proqnozlar vəd etmirdi. Tam əksinə, “sınaq” kodu altında əzələ nümayişi xarakteri daşıyan bu qarşılıqlı mübarizə qlobal savaş anonsunu verməkdə idi. Rəsmi Pxenyan 2022-ci ilin əvvəlindən 23 raket sınağı keçirib. Bunlardan 6-sı qitələrarası raketlər olub. Bunun qarşılığında isə ABŞ və Cənubi Koreya şərq sularında səkkiz raketi sınaqdan keçirib. Yeri gəlmişkən, ötən ay Yaponiya, ABŞ və Cənubi Koreya hökumətlərinin yüksək rütbəli nümayəndələri arasında bununla bağlı telefon danışıqları da aparılmışdı. Tərəflər rəsmi Pxenyanın artan raket və nüvə fəaliyyətinin dünya ictimaiyyətinə açıq və ciddi təhdid çağırışı olması ilə bağlı qənaətlərini bölüşüblər. Madrid sammitində keçirilən üçtərəfli görüşün və əldə olunan razılıqların əsası da məhz həmin danışıqlarda müəyyənləşmişdi.
AUKUS+2 formatı Uzaq şərqin hakiminə çevriləcək?
Vurğulandığı kimi, “sınaq” adı altında baş tutan qarşılıqlı raket döyüşü nəticəsində yaranan hərbi toqquşma ehtimalı artıq reallığa çevrilir. Qərb koalisiyası qlobal mübarizədə ikinci cəbhəni açmağa çox yaxındır. Çini həm Tayvan, həm də Sincan bölgəsi üzərindən təzyiqə məruz qoyan Alyansın yeni konsepsiyasında Uzaq şərq mühüm amil kimi qeyd edilir. ABŞ prezidentinin may ayında baş tutmuş Uzaq Şərq səfəri də planın qısa zamanda reallaşacağını deməyə əsas verirdi. Ağ Ev rəhbərinin Tokioda səsləndirdiyi bəyanatların ardından tərəflərin Madriddə masa arxasına oturması müharibə effektini gücləndirib. Göründüyü kimi həm Yaponiya, həm də Cənubi Koreya Uzaq şərq müharibəsində ABŞ-ı tək qoymaq niyyətində deyil. Ötən il yaradılan AUKUS hərbi bloku ilə yanaşı Cənubi Koreya və Yaponiyanın (Hindistan hələ də mövqeyini tam dəqiqləşdirməyib) yer aldığı yeni birlik Uzaq şərqdə tamhakimiyyətliliyə can atır. Bu isə əsas hədəf sayılan Çinlə yanaşı, açıq dildə nüvə təhdidindən çəkinməyən KXDR-in də işlərini çətinə salacaq. Yaranan yeni hərbi situasiya, ortadakı arqumentlər isə növbəti dəfə qlobal savaşın ünvanını təsdiqləyir - bu savaşın şərqə tərəf sürükləndiyini göstərir.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

