G-7 dən Rusiyaya qarşı növbəti iqtisadi hücum cəhdi
29.06.2022 [10:21]
Sammit Kremlə qarşı “enerji müharibəsi” elan etdi
P.İSMAYILOV
Almaniyada keçirilən G7 liderlərinin sammiti bir sıra mühüm nüansları ilə yadda qaldı. Toplantının əsas müzakirə mövzusu Rusiya-Ukrayna qarşıdurması olsa da, budəfəki sammit Avropanın öz gücünü toparlaması, yaranan iqtisadi durğunluqdan çıxış yollarının tapılması yönündə addımları ilə seçildi. Vurğulandığı kimi, toplantının prioritet məsələsi məhz Rusiya ilə Ukrayna arasındakı hərbi əməliyyatlar, o cümlədən, G7 ölkələrinin rəsmi Moskvaya qarşı iqtisadi sanksiyalarının daha da sərtləşməsi ilə bağlı olub. Sammitə videobağlantı vasitəsilə qatılan Ukrayna prezidenti Volodimir Zelenski müharibənin qışa qədər bitəcəyini gözlədiyini diqqətə çatdırıb. Volodimir Zelenski “Böyük yeddilik” dövlətlərinin rəhbərlərindən Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etməyi, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunmasını və digər təhlükəsizlik təminatlarını tələb edib. Bundan başqa, Ukrayna lideri ölkə taxılının ixracatına və bununla bağlı yolların bərpasına köməklik göstərilməsini istəyib. “Mən Berlində keçirilən G7 liderlərinin sammitində videokonfrans vasitəsilə çıxış etdim. Ukrayna bu dövlətlərin dəstəyini hiss edir. Rusiya işğalına qarşı mübarizədə ölkəmizə müdafiə və maliyyə yardımına görə təşəkkür edirik. “G7” ölkələrinin sanksiyalarla bağlı mövqeyi bizim üçün çox vacibdir. Onlar Rusiyanın ixrac etdiyi neftin qiymətinin məhdudlaşdırılması metodu da daxil olmaqla, daha çox iş görə bilərlər” - deyə Volodimir Zelenski özü sosial şəbəkələrdə ictimaiyyəti məlumatlandırıb. Qeyd edək ki, “böyük yeddilik” liderləri Ukrayna üzrə birgə bəyanat da qəbul ediblər.
Ukraynaya “gərəkən müddətcə” dəstək davam edəcək
Böyük Yeddilik (G7) ölkələri də rəsmi Kiyevin arzularını yerinə yetirməyə hazır kimi görünür. Belə ki, yaranan maliyyə çatışmazlığını aradan qaldırmağa kömək etmək üçün Ukraynaya 2022-ci il ərzində büdcə dəstəyi olaraq təxminən 29,5 milyard dollar ayrılacaq. Bu barədə “böyük yeddilik” liderlərinin Ukrayna üzrə birgə bəyanatında deyilir. Bildirilir ki, ümumilikdə Ukraynaya 2014-2021-ci illər ərzində göstərilən iqtisadi yardımın həcmi 60 milyard dolları ötür. Bundan başqa, böyük yeddilik Ukraynaya “gərəkən müddətcə” dəstəklərini davam etdirəcəklərinə söz veriblər. Bəyanatda qeyd edilib ki, lazım olduğu müddətdə Ukraynaya maliyyə, humanitar, hərbi və diplomatik dəstək verməyə və dəstəkləməyə davam ediləcək. Liderlər, həmçinin Ukraynanın suverenliyini də qoruyacaqlarını bildiriblər. “Biz Ukraynaya suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək, özünü müdafiə etmək və gələcəyini seçməkdə kömək etməyə çalışırıq. Ukrayna xarici təzyiq və ya təsirdən azad olaraq münaqişənin dinc şəkildə nizamlanmasına dair qərar verməlidir” - deyə bəyanatda deyilir.
Bununla yanaşı, bəyanatı imzalayan liderlər müharibə başa çatdıqdan sonra da Ukraynaya özünü müdafiə etmək üçün birlikdə çalışacaqlarını bildiriblər. “Müharibədən sonrakı dinc nizamlanmağa doğru, biz, maraqlı ölkələr, qurumlar və Ukraynanın özü ilə birlikdə Ukraynaya özünü müdafiə etmək, onun azad və demokratik gələcəyini təmin etmək, o cümlədən Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün davamlı təhlükəsizlik öhdəlikləri üzrə razılaşmalar əldə etməyə hazırıq” - deyə bəyanatda bildirilir.
Qiymət tavanı müəyyənləşdirilsə...
Ukraynaya yardımla yanaşı, “Böyük yeddilik” Rusiyaya qarşı da təzyiqləri artırmaq fikrindədir. Belə ki, G7 ölkələrinin dövlət başçıları sahə nazirliklərinə Rusiyadan alınacaq qaza qiymət tavanının müəyyənləşdirilməsi məsələsini araşdırmağı tapşıracaqlar. Bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, dövlət başçıları energetika nazirlərinə Rusiya qazının alışını məhdudlaşdıracaq digər variantları da araşdırmağı həvalə edəcəklər. Bu, sammitin yekun qətnaməsində xüsusi bənd kimi vurğulanır. Orada həm də Rusiya neftinə qiymət tavanının müəyyənləşdirilməsi nəzərdə tutulur. Tədbirdə bu təşəbbüsü İtaliyanın baş naziri Mario Draqi qaldırıb. CNN-in yaydığı məlumata əsasən məhz Draqi neftlə bərabər, Rusiya qazı üçün də qiymətin yuxarı həddinin müəyyənləşdirilməsini təkidlə təklif edib.
Qeyd edək ki, Rusiyanın əsas gəlir mənbəyi olan neft-qaz satışından böyük gəlirlər əldə etməsinin qarşısını almaq üçün onun məhsullarına qiymət tavanının müəyyənləşdirilməsi ABŞ Prezidenti Co Baydenin təşəbbüsüdür. Daha sonra bu təşəbbüsü Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen dəstəkləyib.
Rusiya yeni planlar üzərində işləyir
Rusiya isə öz növbəsində bu dolanbacdan xilas olmağın yollarını axtarır. Prezident Putin Qərb üçün yeni xammal tələsi hazırlayır. Bu barədə Almaniyanın “Die Welt” qəzeti məlumat yayıb. Qəzetin informasiyasına əsasən, Rusiya lideri dünyanın ən böyük litium yataqlarına malik Boliviya ilə ciddi əməkdaşlığa can atır. Hazırda Cənubi Amerika ölkəsinin hökuməti həmin xammalın çıxarılmasında kömək edəcək biznes tərəfdaşları axtarır. “Die Welt”in yazdığına görə, Rusiya burada əsas namizəddir. Rusiyanın bu məsələdə uğur qazanması halında Avropanın Moskvadan növbəti asılılığı yarana bilər. Qeyd etmək lazımdır ki, Boliviyada litium ehtiyatları 21 milyon tona çatır.
Gözlənildiyi kimi, G7 sammiti dünyada yeni iqtisadi, siyasi və hərbi düzənin formalaşması istiqmətində yolların müəyyənləşdirilməsinə həsr olunan növbəti tədbir kimi tarixə düşdü. Avropa-Rusiya münasibətlərinin yeni dövrdə hansı istiqamətdə inkişaf edəcəyi isə qarşıdakı mərhələdə baş tutması ehtimal edilən G20 ölkələrinin toplantısına qalıb. Avropa kontingenti hələ də Rusiya Prezidentinin bu tədbirdə iştirakı məsələsində yekdil fikrə gəlməyib, amma böyük ehtimalla Rusiya lideri qarşıdakı toplantıya qatılacaq. Hər halda Avropa Komissiyasının rəyi bunu deməyə əsas verir.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

