Danışıqların və sülh gündəliyinin məzmununu Prezident İlham Əliyev müəyyən edir
15.06.2022 [10:15]
Paşinyan isə əsassız yalanları ilə daxili publikanı ələ almağa çalışır
PƏRVİZ
Aprel və may aylarında Ermənistan ilə Azərbaycan arasında keçirilən Brüssel danışıqlarında regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm irəliləyişlərə nail olundu. Rəsmi İrəvan Bakının irəli sürdüyü şərtləri qəbul etdi.
44 günlük Vətən müharibəsindəki acı məğlubiyyətdən nəticə çıxarmayan Ermənistan dövləti və siyasi hakimiyyəti yenidən təxribatxarakterli açıqlamalarla sülh danışıqlarını pozmağa çalışır. Belə ki, erməni baş nazir Nikol Paşinyan “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın Qarabağla əlaqəsi yoxdur. O, Bakı və İrəvan arasında fərqli danışıqlar formatının olduğunu və bu formatlardan birinin delimitasiya məsələsinə aid olduğunu vurğulayıb. Yəni Ermənistanın hələ də Qarabağla bağlı xülyaları və iddiaları qalır. Paşinyanın fikirləri bununla da yekunlaşmayıb. O, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı haqlı tələblərini “şərh edərkən” deyib ki, 44 günlük müharibədən sonra imzalanan bəyanata görə regionda yalnız bir dəhliz var: “Bir dəhliz var, o da Laçın dəhlizi”. Hansı ki, 10 noyabr üçtərəfli razılaşmanın 9-cu bəndində Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən xəttin açılması nəzərdə tutulur: “Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”. Bu, prinsip və mahiyyət etibarilə Zəngəzur dəhlizinin Laçın dəhlizi ilə eyni statusa malik olmasına istiqamətlənib. Paşinyan isə məsələni fərqli formada təqdim etməyə çalışmaqla növbəti dəfə siyasi manipulyasiya ilə vaxt udmağa çalışır. Əslində mənzərəyə nəzər yetirdikdə bir faktı görməmək mümkün deyil. Hər şeydən əli üzülən Paşinyan bu kimi yalan və sərsəmləmələrlə daxili publikanın diqqətini cəlb etməyə çalışır.
Ermənistanın əsassız iddialardan əl çəkməkdən başqa yolu yoxdur
Əslində son həftələrdə bu ölkə rəsmilərinin müxtəlif müzakirə masalarında və sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı danışıqlarda iştirakı göstərir ki, onlar güzəşt limitinin tükəndiyini anlayırlar. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində bildirib ki, süni maneələr yaradan Ermənistanın əsassız iddialardan əl çəkməkdən, regional əməkdaşlıqdan başqa yolu yoxdur. Müharibədəki sarsıdıcı məğlubiyyət Ermənistanın iqtisadi-sosial durumunu tam iflasa sürükləyib, bu dövlətdə daxili siyasi vəziyyət az qala vətəndaş müharibəsi həddinə çatıb: “Unudulmamalıdır ki, erməni xalqı ötənilki seçkilərdə “müharibə partiyası - hərbi xunta”nı təmsil edən müxalifətə yox, Azərbaycanla danışıqlara başlayacağını bəyan edən hakimiyyət partiyasına etimad göstərdi. Xalq Paşinyana mandatı məhz Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün verib, yəni erməni xalqı düşmənçilikdən bezib, çörək, iş və sabitlik istəyir. Prezident İlham Əliyevin Cənubi Qafqazda formalaşdırdığı yeni təhlükəsizlik sistemində bütün dövlətlərin və xalqların rifahının qorunacağı, inkişafının təmin ediləcəyi, gələcəyi üçün risklərin olmayacağı Ermənistan əhalisinə yaxşı məlumdur. Qarabağın işğal altında olduğu 28 il ərzində orada olan bərəkətli torpaqlardan, zəngin təbii sərvətlərdən 20-30 hərbi cinayətkardan başqa, erməni xalqı nə xeyir gördü ki?! Qarabağda məskunlaşan, Ermənistanda yaşayan əhalinin sosial vəziyyəti bu illərdə günü-gündən pisləşdi, səfalətə sürükləndi”.
Prezidentin tələbi ilə “Dağlıq Qarabağ münaqişəsi”, “status” kimi ifadələrdən istifadə edilmir
Paşinyanın nə deməsindən asılı olmayaraq Azərbaycanın mövqeyi qətidir. Ən əsası isə bütün şərtləri rəsmi Bakı diktə edir. General-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində onu da vurğulayıb ki, Ermənistanın təslimçilik aktını imzalamasından sonra Azərbaycan və Ermənistan rəhbərləri arasında Rusiya, Avropa İttifaqı Şurası və Fransa prezidentlərinin təşəbbüsü ilə real və onlayn formatda 7 görüş keçirilib. Fakt odur ki, danışıqların və sülh gündəliyinin məzmununu birmənalı olaraq cənab İlham Əliyev müəyyən edir: “Müzəffər Komandan danışıqlar masasında da çevik və zəngin diplomatik məharəti ilə regionda yaratdığı yeni reallıqların prinsiplərini, Azərbaycanın milli maraqlarını tam ifadə edir. Hər görüşə Prezident İlham Əliyev konkret və dəyişməz şərti ilə gedir. Artıq müzakirələrdə cənab Prezidentin tələbi ilə “Dağlıq Qarabağ münaqişəsi”, “status” kimi ifadələrdən istifadə edilmir, yəni onlar tarixin arxivinə gömülüb”.
R.Usubov qeyd edib ki, Vətən müharibəsindəki zəfəri postmüharibə dövründə diplomatik qələbələrlə davam etdirən Azərbaycan Prezidenti regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair təkliflərini təqdim edib. Bölgədə sülh və etimadın təşviqi, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin müəyyənləşməsi, ərazilərin minalardan təmizlənməsi, kommunikasiya-nəqliyyat xətlərinin açılması və müvafiq infrastrukturun yaradılması, gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı fəaliyyət əsasında təmin olunması, ərazidə reabilitasiya və rekonstruksiya işlərinin aparılması, birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması və digər bu kimi məsələlər danışıqların mühüm mövzularıdır. “Ancaq indi ilkin hədəf sülh müqaviləsi üzrə danışıqlara başlamaq və sərhədlərin delimitasiya-demarkasiyası ilə bağlı müzakirələri keçirməkdir. Artıq müvafiq dövlət komissiyasının tərkibi hər iki tərəfdə təsdiq olunub və sərhəd ərazisində ilk görüş keçirilib. Düzdür, Ermənistan bir neçə ay bu görüşü ləngitdi, danışıqlardan yayındı, ancaq nəticə etibarilə müzakirə masasına oturmağa məcbur oldu”, - deyə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
Rəsmi İrəvan Zəngəzur dəhlizinin açılmasına maneə yaratmaq imkanlarını itirir
Ölkəmizin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi də aydındır. Azərbaycan dövləti bu dəhlizin açılmasında israrlıdır və bu reallaşacaq. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi R.Usubov müsahibəsində bu məsələyə də toxunaraq bildirib ki, növbəti mərhələ Zəngəzur dəhlizinin açılmasıdır ki, artıq İrəvan burada da maneə yaratmaq imkanlarını itirir. Bu prosesdə də möhtərəm Prezidentin yüksək diplomatik məharəti əsas rol oynayır. Onun təşəbbüsü ilə İranla imzalanan anlaşma memorandumu əsasında, İran-Ermənistan sərhədindən 5 kilometr cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən yeni nəqliyyat qovşağı çəkiləcək: “Dəmiryol xəttindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq yeni nəqliyyat arteriyası Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın manevrlərini tam əhəmiyyətsiz edir. Ermənistan hakimiyyəti belə düşünür ki, yeni nəqliyyat qovşağı məsələsində guya üstün mövqedədir və şərtləri o diktə etməlidir. Ancaq möhtərəm Prezidentimiz cəmi 5 kilometr coğrafi fərqlə bu nəqliyyat qovşağının istifadəyə veriləcəyini bəyan etdi və Ermənistan növbəti dəfə hesablarında yanıldı”.
Prezident İlham Əliyev Naxçıvana açılacaq birbaşa quru yol dəhlizinin alternativ variantı ilə sübut etdi ki, Cənubi Qafqazda əsas güc mənbəyi, söz sahibi Azərbaycandır və heç bir maneə onu hədəflərindən çəkindirə bilməz. Ölkəmiz indi Ermənistanı qlobal layihələrdə iştirak imkanından növbəti dəfə təcrid edə bilər. Bu, İrəvanın son şansıdır və o, bu layihədən kənarda qalmaqla iqtisadi-sosial böhrandan xilas üçün yeganə imkanı da itirmiş olacaq.
Xəbər lenti
Hamısına baxİdman
20 Dekabr 23:32
İdman
20 Dekabr 22:18
Hadisə
20 Dekabr 21:20
Dünya
20 Dekabr 20:41
Hadisə
20 Dekabr 19:20
İqtisadiyyat
20 Dekabr 18:17
Siyasət
20 Dekabr 17:40
Siyasət
20 Dekabr 17:38
Dünya
20 Dekabr 16:35
Dünya
20 Dekabr 15:42
Dünya
20 Dekabr 15:17
İdman
20 Dekabr 14:50
Dünya
20 Dekabr 14:22
Dünya
20 Dekabr 13:45
Dünya
20 Dekabr 13:28
İqtisadiyyat
20 Dekabr 12:16
Siyasət
20 Dekabr 11:57
İqtisadiyyat
20 Dekabr 11:42
Siyasət
20 Dekabr 11:35
İqtisadiyyat
20 Dekabr 11:13
Analitik
20 Dekabr 10:59
MEDİA
20 Dekabr 10:38
Siyasət
20 Dekabr 10:16
Analitik
20 Dekabr 09:56
Analitik
20 Dekabr 09:32
Sosial
20 Dekabr 09:15
Sosial
20 Dekabr 08:52
Turizm
20 Dekabr 08:37
İdman
20 Dekabr 08:34
Ədəbiyyat
20 Dekabr 08:27
Siyasət
20 Dekabr 08:15
Dünya
20 Dekabr 08:12
Dünya
20 Dekabr 08:07
Dünya
19 Dekabr 23:35
YAP xəbərləri
19 Dekabr 23:20
Sosial
19 Dekabr 22:46
Dünya
19 Dekabr 22:30
YAP xəbərləri
19 Dekabr 22:19
Mədəniyyət
19 Dekabr 22:05
YAP xəbərləri
19 Dekabr 21:54
Dünya
19 Dekabr 21:25
Mədəniyyət
19 Dekabr 21:18
İdman
19 Dekabr 20:48
İqtisadiyyat
19 Dekabr 20:34
Dünya
19 Dekabr 20:31
YAP xəbərləri
19 Dekabr 20:15
Dünya
19 Dekabr 19:55
Sosial
19 Dekabr 19:53
YAP xəbərləri
19 Dekabr 19:32
Dünya
19 Dekabr 19:14
Hərbi
19 Dekabr 18:24
YAP xəbərləri
19 Dekabr 17:39
Xəbər lenti
19 Dekabr 17:28
Elm
19 Dekabr 17:04
Siyasət
19 Dekabr 16:57
Diaspor
19 Dekabr 16:22
Siyasət
19 Dekabr 16:00
Sosial
19 Dekabr 15:39
Siyasət
19 Dekabr 15:33
YAP xəbərləri
19 Dekabr 15:17
Siyasət
19 Dekabr 15:12
YAP xəbərləri
19 Dekabr 14:26
Siyasət
19 Dekabr 14:19
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:14
Siyasət
19 Dekabr 14:13
Siyasət
19 Dekabr 14:10
YAP xəbərləri
19 Dekabr 13:30
Sosial
19 Dekabr 12:50

