44 = 44?
09.04.2022 [10:27]
Bu gün Ukraynada və o vaxt Azərbaycanda
Məlik MƏMMƏDOV
Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların başlamasından 44 gün keçib. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, müharibə başlayandan bəri Rusiya ordusu 19 minə yaxın şəxsi heyət, 700 tank, 150 təyyarə, 135 helikopter və bir çox digər hərbi texnikanı itirib. Britaniya MN-in məlumatına görə isə Rusiya qoşunları artıq Ukraynanın şimalından tamamilə çıxarılıb. Qeyd olunur ki, ölkənin şərqi??? və cənubda şəhərlərin atəşə tutulması davam edir və rus qoşunları onların nəzarətində qalan strateji əhəmiyyətli İzyum şəhərindən cənuba doğru irəliləyib.
Müharibənin 44-cü günündə daha bir faciə də baş verdi - Kramatorsk dəmir yolu vağzalına raket hücumunda qorunmaq üçün humanitar koridor gözləyən 39 nəfər həlak oldu. Onlardan dördü uşaqdır. Yüzdən çox insan yaralanıb. Ümumilikdə, zərbə zamanı stansiyada dörd minə yaxın insan olub.
Ərazi münaqişəsi, müharibə, qaçqınlar, mülki əhalinin öldürülməsi - bütün bunlar bizə tanışdır. Cəmi il yarım bundan əvvəl Azərbaycan özü daha kiçik miqyasda olsa da, hazırda Ukraynada baş verən humanitar fəlakəti yaşadı. Ona görə də azərbaycanlılar Ukraynaya rəğbət bəsləməyə və orada baş verən faciəvi hadisələrin acısını bölüşməyə bilməzlər.
Azərbaycan 30 il dünya ictimaiyyətinin göz yumduğu haqq işini, ərazi bütövlüyünü 44 günə bərpa etdi, Ukrayna isə bu müharibə ilə hələ uzun müddət yaşamalı olacaq. Bunu müxtəlif ölkələrin ekspertləri, rəhbərləri, hətta beynəlxalq təşkilatların rəsmiləri də gizlətmirlər.
Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan ordusu sonradan “Dəmir yumruq” adlanan əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən Vətən ?üharibəsi otuz ilə yaxın davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə başa çatıb.
Ona görə də 44 rəqəminin xalqımız üçün xüsusi mənası var. Müharibənin sonuncu, qırx dördüncü günü, noyabrın 9-da işğalçı Ermənistan qoşunları Azərbaycan ordusunun əks-hücumuna müqavimət göstərməkdə davam etsə də, işğalçıların Xocavənd rayonundan kütləvi surətdə çıxarılmasına başlanılıb. Azərbaycanın sərhədyanı rayonlarının atəşə tutulması intensivləşib. Həmin gün Azərbaycan ordusu daha 71 kənd, bir qəsəbə və 8 strateji yüksəkliyi düşməndən təmizləyib. Ümumilikdə, Qarabağda Azərbaycan ordusunun uğurlu əks-əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Bu, müasir hərb tarixində görünməmiş uğurlu hərbi əməliyyat idi. Demək olar ki, Ermənistan ordusu tamamilə məhv edilib, düşmənin 3,8 milyard dollar dəyərində silah və sursatları sıradan çıxarılıb.
Müharibədə ağır məğlubiyyət Paşinyan hökumətini noyabrın 9-dan 10-na keçən gecə təslim aktı imzalamağa məcbur etdi. Rusiyanın iştirakı ilə imzalanan üçtərəfli Bəyanata əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də isə Laçın rayonunu Azərbaycana təhvil verdi. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Bu gün Ukraynada olduğu kimi Vətən müharibəsi zamanı Azərbaycanın dinc şəhərləri də raket hücumlarına məruz qalıb, sakinlər həlak olub. Xatırladaq ki, 44 gün ərzində erməni hərbi cinayətkarlarının Tərtər, Gəncə, Bərdə kimi şəhərlərimizi raket hədəfinə alması nəticəsində Azərbaycanın 93 dinc sakini həlak olub, daha 407 nəfər yaralanıb. Lakin ölkəmizin müdrik rəhbərliyi düşmənin yaşayış məntəqələrini bombalamamış, işğalçını yalnız döyüş meydanında darmadağın etməkdə haqq işinə davam edirdi.
Cəmi 44 gündə çətin relyefdə ən müasir hərbi silahlardan istifadə etməklə şanlı Qələbə qazanan Azərbaycan ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Azərbaycanın döyüş təcrübəsi və taktikası Ukraynada da yaxından öyrənilib və bu gün biz onun bəzi elementlərindən uğurla istifadə olunduğunu görürük. Azərbaycan kimi Ukrayna da bu gün ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparır. Düzdür, o vaxt Azərbaycan Qərb dövlətlərindən çoxmilyardlı maliyyə və hərbi yardım almayıb (əksinə, onların tərəfində, təxribat və qınaqlarla üzləşib), işğalın bütün dövrü ərzində isə təcavüzkara bir dənə də olsun sanksiya tətbiq edilməyib. Bu gün Ukraynanı bütün dünya dəstəkləyir, lakin buna baxmayaraq, hücumlar dayanmır, şəhərlər, kəndlər dağıdılır, günahsız insanlar ölür.
Bu baxımdan, Qarabağda və Ukraynada gedən müharibənin müqayisəsi onu deməyə əsas verir ki, ölkəni və xalqı fəlakətlərdən qorumaq üçün qlobal miqyasda baş verənləri, geosiyasi reallıqları nəzərə alaraq düşünülmüş, praqmatik siyasət aparmaq lazımdır. Prezident İlham Əliyev bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər quraraq, qarşılıqlı öhdəlik və vəzifələr sistemi formalaşdıraraq, ölkəmizin ərazi bütövlüyünü bərpa edib və bügünkü şəraitdə ölkəni mümkün geosiyasi kataklizmlərdən sığortalayıb.
İnanmaq istərdik ki, Ukraynada müharibə yaxın gələcəkdə başa çatacaq və ukraynalılar da öz ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlaya biləcəklər.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46

