Qarabağ separatçılarının çəhrayı arzuları...
09.04.2022 [10:29]
Nakam istəyə çevriləcək
Taleh AĞAVERDİYEV
Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə növbəti möhtəşəm diplomatik qələbəsindən sonra erməni revanşistlərini yeni isteriya dalğası bürüdü.
Azərbaycan siyasətinin bu cür uğurunu həzm edə bilməyən revanşistlər yenə də ənənəvi təxribat taktikasına əl atdılar: uğursuz mitinqlər keçirdilər, Ermənistanın baş nazirinə qarşı fleşmob başladılar, Azərbaycan mövqelərini yenidən atəşə tutdular.
44 günlük müharibədən sonra separatçıların arasında populyarlaşan Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı sərsəm ideya yenidən gündəmə gəldi. Separatçıların “xarici işlər naziri” adlandırılan David Babayanın “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq” bəyanatı ilə yanaşı, Qarabağda Rusiyaya birləşmək üçün petisiyaya start verildiyi, bu münasibətlə yaxın günlərdə mitinq təşkil oluna biləcəyi barədə məlumatlar yayılmağa başlayıb. Maraqlıdır ki, bu məlumat Ermənistanın “Milli Demokratik Qütbü” siyasi bloku kəskin reaksiyasına səbəb olub. MDQ öz bəyanatında imza toplanmasını anti-erməni və dövlət əleyhinə aksiya, təşkilatçıları isə “alçaqlar” adlandırıb. Bəyanatda “bu xəyanət Nikol Paşinyanın administrasiyasının razılığı ilə baş verir”, “xain imzatoplama Qarabağda yaşayan ermənilərin qovulması üçün əlverişli şərait yarada bilər” kimi fikirlər də səsləndirilib.
Bu məlumat fonunda Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin Ermənistanın eks-prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi və revanşist ideyaları təbliğ edən “Hayastan” müxalifət blokunun nümayəndələri ilə görüş keçirməsi xəbəri də maraq doğurur.
Rusiyaya qoşulmaqla bağlı fikirlər ilk dəfə deyil ki, səslənir. Özü də, həm Ermənistanın özündə - ittifaq dövləti formasında (və bu da qonşu ölkənin bir dövlət kimi formalaşa bilmədiyini bir daha sübut edir), həm də Qarabağ separatçıları arasında. Vaxtaşırı Ermənistan KİV-lərində və Teleqram kanallarında Rusiya pasportlarının tezliklə Qarabağda paylanmasına başlanacağı ilə bağlı xəbərlər yer alır, Qarabağın “rus icması” fəallaşır.
Qarabağın Rusiyaya birləşdirilməsi fikrinin özü absurd görünür. Bəs məşhur “erməni kimliyi”, “on minlərlə erməninin canından keçən” Ermənistana birləşmək istəyi necə? Axı faktiki olaraq Azərbaycanla qanlı müharibə belə bəhanələrlə başladılmışdı. Bəs niyə indi separatçılar başqa dövlətin vətəndaşlığını məmnuniyyətlə qəbul etməyə hazırdırlar?
Bu məlumat, ümumiyyətlə, növbəti təxribat, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesini pozmaq, eləcə də ölkəmizlə Rusiya arasında münasibətləri korlamaq cəhdi kimi görünür. Bunun arxasında həqiqətən də Paşinyan administrasiyasının dayanması tamamilə mümkündür. Ermənistanın baş naziri başa düşür ki, onun sülh müqaviləsi imzalamaqdan başqa yolu yoxdur və ola bilsin ki, danışıqları ləngitmək üçün hər cür addım atmağa çalışır. Bu cür tendensiyanı onun bəzi Qərb himayədarları da dəstəkləyir. Məsələn, ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi. Hansı ki, birdən-birə yenə erməni media mühitində peyda olub və erməni “hərbi əsirləri”barədə danışmağa başlayıb. Yaxud “Milli Cəbhə” Partiyasının lideri Marin Le Pen. O, Fransanın Nouvelles d’Armenie erməni jurnalına müsahibəsində Cənubi Qafqazda “məzlum” ermənilərin müdafiəsinə qalxaraq, Qarabağın bir “qədim erməni torpağı” olduğunu bəyan edib.
Bu məlumat təsdiqlənsə belə, separatçıların Rusiyaya birləşmək kimi çəhrayı arzuları heç vaxt baş tutmayacaq. Ermənilər nə qədər istəsələr də, Rusiya, xüsusilə indiki şəraitdə, belə avantüralarda maraqlı deyil. Vladimir Putin özü də dəfələrlə ölkəmizin ərazi bütövlüyünü tanıyıb, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi adlandırıb. Bundan başqa, Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlətdir və öz ərazisinə heç kimin müdaxiləsinə imkan verməyəcək. İnadkar separatçılara gəlincə, güclü Azərbaycan ordusu lazım gələrsə, onları tez bir zamanda özünə gətirə bilər.
Sonda maraqlı bir faktı da çatdırmaq istərdim. Bu yaxınlarda SOCIES ekspert mərkəzi İrəvan Dövlət Universitetinin yardımı və Konrad Adenauer Fondunun maliyyə dəstəyi ilə sosial araşdırma aparıb. Sorğunun nəticələrinə görə, respondentlərin 69,7%-i bu fikirdədir ki, Ermənistan Rusiya ilə münasibətləri məhdudlaşdırmalı, Avropa İttifaqı və ABŞ ilə əlaqələri genişləndirməlidir. Üstəlik, Ermənistanın Qər?lə münasibətlərinin inkişafına mane olan əsas səbəb kimi respondentlər onun Rusiya ilə sıx əlaqələrini hesab edirlər. Ermənistan cəmiyyətində bu cür əhval-ruhiyyənin hökm sürdüyü halda, hansı birləşmədən danışmaq olar?
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

