İƏT-dən növbəti 4 qətnamə...
29.03.2022 [09:59]
İslam dünyası ölkəmizin ədalətli mübarizəsini dəstəkləyir
Pərviz SADAYOĞLU
Xəbər verildiyi kimi, martın 22-23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda 48-ci sessiyası keçirilib. Sessiya çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən 4 qətnamə qəbul edilib. Yeri gəlmişkən, İƏT tərəfindən ənənəvi olaraq hər il qəbul olunan bu qətnamələrə bölgədəki son vəziyyət nəzərə alınmaqla yeni müddəalar da daxil edilib. Dünyanın 57 ölkəsinin birləşdiyi təşkilat tərəfindən təsdiq edilmiş bu qətnamələr Azərbaycan-İƏT münasibətlərinin yüksəksəviyyəli xarakterinin növbəti nümayişidir. Ən əsası bu sənədlərin mahiyyəti Azərbaycanın 30 il ərzində məruz qaldığı təcavüzü, terroru və ədalətsizliyi növbəti dəfə özündə əks etdirib.
Tam həmrəylik və dəstək bir daha təsdiq edilib...
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması” adlı qətnamədə Azərbaycanın 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılan tarixi ərazilərini azad etməsi, o cümlədən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı bir daha alqışlanıb. Bundan başqa, sənəddə iki ölkə arasında münasibətlərin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılmasına çağırış edilib. Ermənistanın beynəlxalq hüququ pozaraq, bütün minalanmış ərazilərin hərtərəfli və dəqiq xəritələrini və minalanmış sahələrin yerləşdiyi yerlərə dair digər məlumatları təqdim etməkdən davamlı boyun qaçırması pislənilib. Azərbaycan hökuməti və xalqının öz ölkəsinin müdafiəsi və onilliklər boyu davam edən erməni təcavüzü və işğalının ağır nəticələrinin aradan qaldırılması üçün göstərdiyi səylərlə tam həmrəylik və dəstək bir daha təsdiq edilib. Bu qətnamənin qəbulu Azərbaycanın apardığı haqq mübarizəsinə mühüm bir dəstəyin növbəti təzahürüdür. İslam dünyasının ən böyük təşkilatının bu dəstəyi ölkəmizin yürütdüyü uğurlu xarici siyasət kursunun nəticəsidir.
İƏT Azərbaycanın təzminat tələb etmək haqqını dəstəkləyir
Sessiyada qəbul edilmiş ikinci qətnamə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” adlanır. Bu qətnamədə işğal dövründə Azərbaycan ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilib. Bundan başqa, sənəddə yenicə azad olunmuş ərazilərdə yerləşən məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılıb. Qətnamədə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunub.
Erməni vandalizminin faktoloji sübutuna çevrilmiş tarixi-dini abidələrimizin dağıdılması və ya mənimsənilməsi artıq bütün dünya tərəfindən təsdiqlənir. İƏT-in qəbul etdiyi bu qətnamə Ermənistan tərəfindən pozulmuş beynəlxalq hüquq kodekslərinin qarşılığında yaranan məsuliyyətin müəyyələşdirilməsi və tətbiqi üçün mühüm amilə çevrilə bilər. O baxımdan ki, İƏT ilə yanaşı işğaldan azad edilmiş bölgələrə səfər edən beynəlxalq nümayəndələr, hətta Qərb ölkələrinin diplomatları belə qarşılaşdıqları mənzərədən dəhşətə gəldiklərini etiraf edirlər. Erməni vandalizminin bu kimi qətnamələr vasitəsilə pislənməsi həm də Azərbaycanın apardığı fəaliyyətə mühüm dəstəkdir.
Beynəlxalq institutlar Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini
dəstəkləməyə çağırılıb
“Azərbaycan Respublikasına iqtisadi yardım” adlı qətnamədə isə Azərbaycan ərazilərinin işğaldan azad olunmasının Azərbaycan ərazisindəki bir milyondan çox məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və şərəfli qayıdışına və beləliklə də ciddi humanitar problemlərin aradan qaldırılmasına imkan verəcəyi qeyd olunub. Bu xüsusda üzv ölkələrə, İslam İnkişaf Bankı və digər İslam institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin geri dönüşünü təmin etmək üçün bu ərazilərin yenidən qurulması və bərpasında Azərbaycan hökumətinə və xalqına yardım etməyə çağırış öz əksini tapıb. Burada, habelə bütün beynəlxalq institutlar Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini dəstəkləməyə çağırılıb.
Ümumiyyətlə, Azərbaycan qısa zaman kəsiyində işğaldan azad edilmiş regionların bərpası istiqamətində işlər aparmaqdadır. Həmin regionlarda mühüm infrastruktur bərpa edilir, kommunikasiya sistemlərinin tam gücü ilə fəaliyyət göstərməsi üçün addımlar atılır. Ölkəmiz bu işdə dost ölkələrin yaxından iştirakını dəstəkləyir. Bu mənada, İƏT-in sözügedən qətnaməsi xarici sərmayədarların fəaliyyətinə hər zaman açıq olan Azərbaycan üçün də məqsədəuyğundur. O baxımdan ki, bu kimi dəstək həmin ərazilərin daha qısa zamanda bərpası ilə yanaşı, ölkələrarası əməkdaşlığın inkişafına da yeni təkan verə bilər.
Erməni vandalizmi presedentə çevrilməməlidir
İƏT XİN Şurasının 48-ci iclasında ölkəmizlə bağlı qəbul edilmiş sonuncu qətnamə isə “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlanır. Qətnamədə 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhali və hərbi şəxslərə qarşı törədilmiş kütləvi vəhşiliklər qəti şəkildə pislənilib. Təşkilat üzv dövlətləri həm də münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımı səy göstərməyə səsləyir. Qətnamədə “Xocalıya ədalət” Beynəlxalq təşviqat kampaniyasının fəaliyyəti də yüksək qiymətləndirilib və üzv dövlətlər kampaniyanı dəstəkləməyə və onun fəaliyyətində yaxından iştirak etməyə dəvət edilib.
Nəticə etibarı ilə, qəbul edilmiş bu qətnamələr Azərbaycanın əməkdaşlığa əsaslanan xarici siyasət kursunun növbəti təntənəsidir. Dünya ictimaiyyətinin, eləcə də, İslam ölkələrinin Azərbaycanın ədalətli mübarizəsinə göstərdiyi diqqət dünyada davamlı sülhün bərpasına dəstək, terrorun və təcavüzün aradan qaldırılması yönündə səy kimi dəyərləndirilməlidir. Bu kimi səylər isə erməni vəhşiliyinin dünyanın başqa regionlarında başqa adla təzahür etməsinin və presedentə çevrilməsinin qarşısını uğurla alacaq.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

