Əfqanıstan: “Taliban”a qarşı genişmiqyaslı müqavimətin bərpasını gözləməyə dəyərmi?
24.02.2022 [10:34]
Taleh AĞAVERDİEV
Əfqanıstanda nisbi sakitliyə baxmayaraq, bahara yaxın, gizli dağ yolları qardan təmizlənərkən, “Taliban”ın gücünü tanımaq istəməyən müqavimət qüvvələri ilə taliblər arasında döyüşlərin bərpası məsələsi yenidən aktuallaşır. Belə ki, Əfqanıstanın Pəncşir, Bamiyan, Pərvan və Kapis əyalətlərində “Taliban”a qarşı müqavimət qüvvələri artıq fəallaşıb. Bamiyandakı qüvvələrə müqavimət göstərmək üçün “Taliban” şərqi Paktiya əyalətindən 1,5 min yaraqlıdan ibarət əlavə qüvvələr göndərib.
Mübarizəni davam etdirmək niyyətində olan əsas qüvvələr - kiçik Əhməd Məsudun rəhbərliyi altında Pəncşir əyalətində Milli Müqavimət Cəbhəsi, “İslam Dövləti - Xorasan vilayəti” və taciklər, özbəklər və həzəralardan ibarət müxtəlif etnik birləşmələrdir, hansılar ki, “Taliban” hakimiyyətə gəldikdən sonra repressiyalara məruz qaldı. Belə ki, əsasən şiə həzəraların məskunlaşdığı yuxarıda qeyd edilən Bamiyan əyalətinin sakinləri deyirlər ki, silahlılar yerli sakinlərin axtarışı üçün bölgədə nəzarət-buraxılış məntəqələrinin sayını artırıblar.
Müqavimətin əsas qüvvəsini, əlbəttə ki, Milli Müqavimət Cəbhəsi təşkil edir. Kiçik Məsud çoxları üçün əfsanəvi atası - Əfqanıstanın milli qəhrəmanı, “Pəncşir aslanı” Əhməd Şah Məsudun birbaşa varisi olaraq qalır. Bəziləri, hətta yeni “Şimal Alyansı”nın yaranacağını proqnozlaşdırırlar. Bundan əlavə, Pəncşir dərələrində gizlənərək, düşməni uzun müddət yormaq və böyük qüvvələrin hücumunu dəf etmək mümkündür. Yerli əhali də lazım gələrsə, “Taliban”la vuruşmağa kifayət qədər həvəslidir.
Lakin çox güman ki, “Pəncşir aslan balası” (sadəcə kiçik Məsud) qələbə qazana bilməyəcək. Birincisi, xaricdə təhsil almış və ömrünün çox hissəsini orada keçirmiş bir insan üçün Əfqanıstan hərbi və siyasi uğur əldə etmək üçün bir o qədər uyğun ölkə deyil. Çünki Pəncşirdən kənar kiçik Məsudu az adam dəstəkləyir, çünki o, əfqanlara yad olan Qərb dəyərlərinin daşıyıcısıdır. Təcrübə göstərdi ki, Əfqanıstanda insanlar 500 il əvvəlki kimi yaşamağa öyrəşiblər, buna görə də, saqqallı və bir qədər vəhşi “Taliban” onlara maariflənmiş ABŞ və Avropadan daha yaxın və daha başadüşülən oldu.
Bir vaxtlar atasının rəhbərlik etdiyi “Şimal Alyansı”nı dirçəltməyi bacarsa belə, onun şansı azdır. O zaman hamı “Taliban”a qarşı “Şimal Alyansına” kömək edirdi - ABŞ, Rusiya, İran, Tacikistan, Özbəkistan. Lakin kənar oyunçular “Taliban”la danışıqların mümkün olduğunu başa düşən kimi “Şimal Alyansı” dərhal məğlub oldu.
İndiki vəziyyətdə belə bir ittifaq qətiyyən ciddi dəstək almayacaq. Bəli, Məsudun qərbpərəstliyi, yardım çağırışı Qərbin xoşuna gəlir. Ola bilsin ki, Qərb bir növ maddi yardım edəcək, lakin onunla çiyin-çiyinə “Taliban”a qarşı çıxmayacaq. Məsələn, bu yaxınlarda ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest Amerika Sülh İnstitutunda seminar zamanı açıq şəkildə bildirdi ki, Vaşinqton kiçik Əhməd Məsudun “Taliban”a qarşı Milli Müqavimət Cəbhəsini dəstəkləmir. Onları başa düşmək olar: ABŞ və Avropa artıq Əfqanıstanla kifayət qədər problem yaşayıb və bir daha oraya qarışmaq niyyətində deyil, hamı kimi “Taliban”la əlaqələr qurmağa üstünlük verirlər. ABŞ-ın imicinə sarsıdıcı zərbə vuran Amerika kontingentinin tələsik təxliyəsi ilə bağlı qalmaqal hələ də Amerika isteblişmentinin (elitasının) yaddaşında dəhşətli kabus olaraq qalır.
“Taliban”a qarşı genişmiqyaslı müqaviməti dəstəkləyə biləcək başqa real oyunçular yoxdur. Bir çox ölkələr, o cümlədən Rusiya, hətta Özbəkistan düşmənçilik etməməyə, əksinə, Kabilin yeni hökuməti ilə münasibətləri yaxşılaşdırmağa üstünlük verir.
Bundan əlavə, “Taliban” hökuməti ilə normal münasibətləri olan Çinin maraqlarını da unutmaq olmaz. Bəli, rəsmi Pekin, əvvəllər “Taliban”ı tanımırdı. Ancaq bugünkü Çin çox fərqlidir. Onun qlobal maraqları var və ABŞ ilə geosiyasi rəqabətdədir. Bundan əlavə, Çin çox güman ki, nəhəng regional rəqibə çevrilmiş Hindistana qarşı Pakistanla yanaşı, dost Əfqanıstandan da istifadə etməyə çalışacaq. Və təbii ki, çinlilərə Əfqanıstanın təbii ehtiyatlarına çıxış lazımdır. Axı ekspertlərin fikrincə, Əfqanıstanda təxminən 1 trilyon dollar dəyərində çıxarıla bilən mineral ehtiyatlar ola bilər. Bundan əlavə, Pekin Əfqanıstanla və onun bütün ərazisi ilə avtomobil və dəmir yolu əlaqələri yaratmaqla “Bir kəmər-bir yol” təşəbbüsünü genişləndirəcək. Yeri gəlmişkən, Əfqanıstanın keçmiş hökuməti öz ölkələri üçün aşkar faydalı olmasına baxmayaraq, bu təşəbbüsü dəstəkləməkdən yayınırdı.
Aydındır ki, hazırda kənar oyunçular “Taliban” hökumətini devirməkdə maraqlı deyillər. Buna əsaslanaraq demək olar ki, müqavimət qüvvələrinin heç bir şansı yoxdur. Və əgər müxalifətin başında duran kiçik Məsud ciddi təhlükə yaradarsa, o, ya atası kimi öldürüləcək, ya da bəxti gətirsə, Avropaya və ya ABŞ-a qaçacaq. Və sonradan vəziyyət dəyişərsə, Qərb onu öz planlarını həyata keçirmək üçün alət kimi istifadə edə bilər.
Xəbər lenti
Hamısına baxSosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39

