Putin mesaj verdi - Qarabağ məsələsi bitib!
09.02.2022 [10:49]
Taleh
Moskvada Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında 5 saatdan çox davam edən danışıqların əsas mövzusu Ukrayna ətrafındakı vəziyyət oldu. Bu səpkidə Avropadakı gərginlik və Rusiya Federasiyası üçün təhlükəsizlik təminatları da müzakirə edildi.
Bununla belə, danışıqlar zamanı dövlət başçıları Qarabağ ətrafındakı vəziyyətə də toxundular. Rusiya Prezidenti fransalı həmkarı ilə danışıqların yekunlarına dair birgə mətbuat konfransında tərəflərin sülhməramlıların Qarabağdakı fəaliyyətini yüksək qiymətləndirdiyini bildirdi. “Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin regionda mövcud humanitar və sosial-iqtisadi problemlərin həlli istiqamətində fəaliyyətinin əhəmiyyətini bir daha təsdiq etdik”, - deyə Rusiya dövlətinin başçısı bildirdi.
Azərbaycan 44 günlük müharibədə qələbə qazanmaqla münaqişəyə son qoydu. Münaqişədən sonrakı nizamlanma prosesinin bir çox məsələləri Rusiyanın vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşlər çərçivəsində həll olunub. ATƏT-in Minsk Qrupu isə uzun illər ərzində münaqişənin sülh yolu ilə həlli üçün üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmədi. Prezident İlham Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə fevralın 4-də videoformatda keçirilən görüşdə də ATƏT-in Minsk qrupunun reanimasiyası ilə bağlı heç nə deyilmədi.
Tanınmış rusiyalı ekspert, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin kafedrasının ekstremist ideologiyaya qarşı mübarizə üzrə müşaviri Yevgeni Mixaylovun fikrincə, indiki mərhələdə bu təşkilatın proseslərdə iştirakından danışmağa dəyməz: “Amma güman edə bilərəm ki, Rusiya və Fransa prezidentləri arasında bu mövzunun müzakirəsi təsadüfi deyil. Rusiya bununla ATƏT-in Minsk qrupunun digər həmsədrlərinə sülh prosesində iştirak imkanı yarada bilər. Fransa Ermənistana açıq və birtərəfli dəstək verməklə dəfələrlə özünü gözdən salıb. Lakin Prezident Putin təcrübəli siyasətçi və diplomat kimi Parislə necə davranmağı yaxşı bilir. O, Fransanı Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasında iştiraka cəlb edə bilər”.
Siyasi şərhçi İlqar Vəlizadə isə deyib ki, əvvəlki gündəm artıq öz əhəmiyyətini itirib, ona görə də münaqişədən əvvəl mövcud olan məsələləri müzakirə etməyə ehtiyac yoxdur: “Bu gün, ilk növbədə, humanitar problemlərin, yeni regional nizamın formalaşması ilə bağlı məsələlərin həlli vacibdir. Burada əsas məsələ sülh müqaviləsinin hazırlanmasıdır. Sülh müqaviləsi ATƏT-in Minsk qrupunun köməyi ilə hazırlana bilər. Bu müqavilə Avropa təhlükəsizlik sisteminin əsas prioritetlərini ehtiva etməlidir. Yekun Helsinki Aktında təsbit edilmiş və ATƏT-in sonrakı sənədlərində təsdiqlənmiş dövlətin suverenliyinin və ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının təsdiqi kimi”.
Nəticə etibarilə belə qənaətə gəlmək olar ki, əslində, Rusiya Prezidenti Azərbaycanın bu məsələdə mövqeyini təsdiqləyib. O, Minsk qrupunun qalan həmsədrlərinə bildirdi ki, artıq “Qarabağ münaqişəsi” yoxdur. Bu konkret mesajdır - Minsk qrupu ancaq regionda mövcud humanitar və sosial-iqtisadi problemlərin həllində iştirak edə bilər və “münaqişənin nizamlanması”ndan söhbət gedə bilməz. Bu, yanaşma Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür. Eyni zamanda, Putin Ermənistana mesaj verdi ki, Qarabağ məsələsi artıq bitib və onu yenidən gündəmə gətirmək cəhdləri, sadəcə olaraq, vaxt itkisidir.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

