Vətən müharibəsi Cənubi Qafqazı böyük güclərin savaşından nece xilas etdi
11.12.2021 [10:19]
Pərviz Sadayoğlu
Donbas probleminə fərqli baxış - Ukraynanı da Gürcüstanın taleyi gözləyirmi?
Beynəlxalq ictimaiyyətin geniş müzakirə predmetinə çevirdiyi və dünyada diqqətlə izlənilən Donbas problemi artıq Ukrayna hüdudlarını aşmaqdadır. Belə ki, Rusiya-ABŞ qarşıdurmasının növbəti raundu kimi tarixə düşən Donbas məsələsi yeni əsrin soyuq müharibəsinin təzahürlərindən biridir. Bir neçə gün öncə Vladimir Putinlə Co Bayden arasındakı görüşün nəticəsiz sonlanması da dediklərimizi təsdiqləyir. ABŞ indiki mərhələdə Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyü məsələsində israr edir. Rusiya isə bunun baş verəcəyi təqdirdə, böyükmiqyaslı hərbi əməliyyatlara başlayacağını bəyan edir. Bütün bunlarla yanaşı, dialoq da davam edir. Tərəflər hələlik danışmağa üstünlük verir...
Şərqə doğru “demokratiya yürüşü”nün sərhədləri haraya qədərdir?
NATO-nu Şərqə doğru genişləndirməklə öz təsir - nüfuz zonalarını artırmağa çalışan Birləşmiş Ştatlar Ukraynaya verdiyi “demokratiya vədi”ni yerinə yetirməyə çalışır. Paralel olaraq rəsmi Kiyevi NATO-ya cəlb etməklə ən böyük rəqiblərinə - Rusiyaya və Çinə “yaxınlaşmaq” istəyir. ABŞ üçün birinci mərhələdə açıq hədəf Rusiyadır. Bunu Bayden də təsdiqləyir. Hətta onun seçki kampaniyasının əsas prioritetini belə Rusiyaya qarşı demarşlar təşkil edirdi. Bu mənada, Baydenin yeni “demokratiya oyunu”nun konturları bəllidir: Rusiya sərhədlərinə daha yaxın dayaq nöqtəsi tapmaq. Açıq etiraf olunmalıdır ki, Cənubi Qafqazda bu “dayaq nöqtəsi”ni axtarmaqdan yorulan Qərb yenə də üzünü Rusiyanın Qərb qapısına çevirməli oldu. Ukrayna bu mənada onun üçün əsl fürsətdir.
Yeri gəlmişkən, Putindən sonra Ukrayna prezidenti Zelinski ilə də danışıqlar aparan Bayden ABŞ-ın Donbas nizamlanmasında iştirak formatlarını müzakirə edib. Anlaşılan odur ki, ABŞ sülh və ya müharibə - hər iki halda prosesin fəal iştirakçısı olmaq qərarındadır. Vaşinqtonun digər qərarı da hələ qüvvədədir: Ukraynanın mümkün NATO üzvlüyü istisna olunmur. Bunun baş verəcəyi təqdirdə isə Rusiyanın davranışı fərqli olacaq. Bayden Zelinskiyə “Ukraynaya təcavüz olacağı” təqdirdə Rusiya Federasiyasına qarşı sərt sanksiyalar tətbiq ediləcəyini söz verib.
Tanış koordinat, eyni vədlər - ABŞ-ın oyun qaydaları dəyişmir
ABŞ-ın bu davranışı 2008-ci ildə Gürcüstandakı bir neçə günlük müharibəni xatırlatmırmı? O zaman da Qara dənizə gəmi göndərən, Gürcüstanın arxasında dayanacağı vədini verən, anti-Rusiya koalisiyası yaradacağını iddia edən ABŞ son nəticədə qeybə çəkildi və öz müttəfiqini meydanda tək qoydu. Proseslər analoji xətlə inkişaf edə bilər. Bu gün də ABŞ Qara dəniz hövzəsindən müdafiə və ya hücum taktikalarından danışır, hansısa sanksiyalardan söhbət açır və yardımlar vəd edir. Bayden görüşdə Zelinskiyə bildirib ki, “Putinə çox açıq şəkildə Ukrayna sərhədləri boyunca eskalasiyaya və Ukraynaya müdaxilə etməyə qərar verəcəyi təqdirdə bütün nəticələr barədə xəbərdarlıq edib”. Bu da eyni koordinatdır. 2008-ci ilin yayında da oğul Buş Rusiyaya bəzi “xəbərdarlıqlar” edirdi. Bəs görəsən, Zelinski də Saakaşvili kimi Qərbə arxayın olacaq və ya “stavka” edəcəkmi? Bunu yalnız zaman göstərə bilər.
Donbasın “siyasi proyeksiyası” Avrasiyada necə əks olunacaq?
Qeyd olunmalıdır ki, Donbasda qızışan siyasi və hərbi ehtiraslar nəinki Ukrayna və ya Qara dəniz hövzəsinə, eləcə də digər yaxın regionlara təsirini göstərməkdədir. Donbasın proyeksiyası artıq iqtisadi-siyasi gedişata yeni “ruh gətirir”. Bu, dünyanın aparıcı birjalarından tutmuş, geosiyasi proseslərə və münasibətlərə qədər özünü hiss etdirməkdədir. Artıq neftin və digər enerji resurslarının qiymətində nizamsız dəyişmələr baş verir, Avropanın qaz bazarında rekord bahalaşmalar qeydə alınır. Bəzi cəbhələşən dövlətlər öz müttəfiqinin yanında yer almaqla tərəfini bəlli edir. Çin müdafiə xərclərini görünməmiş səviyyəyə qaldırır. Eləcə də tərəflər aktiv müttəfiq axtarışındadırlar. Bu qarışıqlıqda hətta bəzi radikal dini qruplaşmaları belə yanında görmək istəyənlər tapılır...
Cənubi Qafqazın geosiyasi mənzərəsi nə vəd edir?
Təbii ki, Donbasda baş verənlər və ya baş verəcəklərin Cənubi Qafqaza təsirsiz olacağanı düşünmək olmaz. Amma yerləşdiyimiz regionda mənzərə tamam fərqlidir. Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə regionu nüfuz savaşından xilas edib. Artıq münaqişə yoxdur. Bir sözlə, ölkəmiz bölgədə yeni siyasi, hərbi və iqtisadi tarazlıq yaradıb. Zəngəzur dəhlizinin reallaşması ilə yeni əməkdaşlıq platforması formalaşacaq. Bu isə fərqli qütblərin, ayrı-ayrı ölkələrin vahid tərəfdaşlıq platformasında bir araya gəlməsini şərtləndirəcək. Məsələn, NATO ölkəsi olan Türkiyə, Qərbin sanksiyalarına məruz qalmış Rusiya və İran, məğlubiyyət sindromundan ayılmaq və ayağa qalxmaq üçün dayaq axtaran Ermənistan Azərbaycanın yaratdığı yeni reallıqlardan faydalanaraq mühüm dividendlər qazana bilər. Bu reallıqlar bütövlükdə təkcə Cənubi Qafqazda deyil, Avrasiyada yeni proseslərə təkan verəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58

