Ermənistan ilə ortaq siyasi korrupsiya layihəsi...
03.12.2021 [10:29]
Bəzi ölkələr, təsisatlar və fondlar maliyyə yardımı adı altında rəsmi İrəvanla birgə iqtisadi cinayətlərə yol verirlər
Nurlan QƏLƏNDƏRLİ
Yerli və xarici informasiya resurslarında tez-tez bəzi ölkə və ya təsisatların Ermənistana maliyyə yardımı ayırması barədə məlumatlara rast gəlirik. Bu yaxınlarda Avropanın bir təsisatının ölkənin inkişafına yönəlmiş bəzi layihələrin reallaşdırılması üçün Ermənistana 1,6 milyard avro maliyyə yardımı ayıracağı, qurumun iqtisadi çətinliklərin öhdəsindən gəlmək üçün daha bir milyard da ayırmağa hazır olması barədə xəbəri oxuduq. Hətta məqsəddə aydın göstərilmişdi: “Ermənistanda güclü iqtisadiyyatın qurulmasına, yeni iş yerlərinin açılmasına dəstək veriləcək”. İllərdir ki, Ermənistanda “güclü iqtisadiyyat quruculuğu”na dəstək təşəbbüslərinin şahidi oluruq - nəticə isə səfalət, yoxsulluq, miqrasiya, demoqrafik böhran, regional iqtisadi təcrid vəziyyəti və s. formasında təzahür olunur. Bu barədə statistik göstəricilər elə Ermənistana maliyyə vəsaiti ayıran qurumların öz hesabatlarında, bu ölkənin rəsmi məlumatlarında, iqtisadi reytinq agentliklərinin dəyərləndirmələrində əks olunur. Yəni pul axını davamlı xarakter daşıyır, ortada isə konkret iş və real nəticə yoxdur.
Avropa təsisatlarının birinin Ermənistana maliyyə yardımı ilə əlaqədar məlumatında deyilir ki, vəsaitin əhəmiyyətli hissəsi kommunikasiyaların inkişafına, Ermənistanın nəqliyyat layihəsi olan “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasına yönləndiriləcək: “Qurum Ermənistana “Şimal-Cənub” nəqliyyat dəhlizinin daha mürəkkəb hissələrinin inşası üçün 600 milyon avro ayırmağa hazırdır”. Bəs ayrılan vəsait Ermənistanda müasir infrastruktur quruculuğunu mümkün edibmi? Gerçəklik odur ki, bu ölkə hələ də regionda iqtisadi təcrid vəziyyətindədir, heç bir layihədə iştirak etmir, beynəlxalq aləmdə Ermənistan perspektivsiz dövlət kimi dəyərləndirilir. Yeri gəlmişkən, sözügedən “Şimal-Cənub” dəhlizinin inşası Ermənistanda 2012-ci ildə başlayıb, 2019-cu ildə işlərin başa çatdırılacağı planlaşdırılsa da, rəsmi məlumata əsasən, indiyə qədər magistralın cəmi 20 faizinə yaxını tamamlanıb: bu isə işlərin heç beşdə biri də deyil. Üstəlik, ekspertlərin dəyərləndirməsinə görə, bunlar yolun ən asan hissələridir. Bəs ayrılan maliyyə vəsaiti haraya, yaxud havaya sovruldu? Hətta erməni ekspertlərin özləri maliyyə dəstəklərinin fantastik olduğunu etiraf edirlər. Məsələn, siyasi şərhçi Hakop Badalyan qeyd edir ki, “ölkə iqtisadiyyatının miqyasını nəzərə alsaq, deyə bilərik ki, ayrılmış pullar Ermənistan üçün nəhəng vəsaitdir”. Maliyyə vəsaiti fantastikdir, bəs o fantastik inkişaf niyə əldə olunmayıb, nəhəng vəsait niyə kiçik nəticələr belə vermir?
Bir müddət əvvəl Qərb ölkələrdən birinin Konqresi Ermənistana 40, başqa bir Qərb institutu 60 milyon dollar və s. (siyahını uzada bilərik- N.Q.) maliyyə yardımı ayırdığını bəyan etsə də, Ermənistan elə həminki - köhnə Ermənistandır. Nəinki iqtisadi irəliləyiş yoxdur, hətta tənəzzül sürətlənib, hansısa layihənin reallaşdırılması, sərmayə qoyuluşundan söhbət belə getmir. Yeri gəlmişkən, Ermənistanın Statistika Komitəsinin “Ermənistanda sosial mənzərə və yoxsulluq, 2021” statistik və analitik hesabatında əks olunan məqamlar da bu reallığı təsdiqləyir. Hesabata əsasən, ölkədə yoxsulluğun səviyyəsi artıb, əvvəlki illərlə müqayisədə görünməmiş yüksək inflyasiya qeydə alınıb, ölkə iqtisadiyyatı böhrandan çıxa bilməyib. Hətta hesabata istinad edən xarici ekspertlər və tədqiqat mərkəzləri bu ölkədə yoxsulluq probleminin daha da kəskinləşəcəyini, sosial problemləri daha da ağırlaşdıracağını və mühacirət dalğasının davam edəcəyini proqnozlaşdırırlar.
Görünən odur ki, Ermənistana ayrılan maliyyə yardımları bu ölkənin sosial-iqtisadi yaralarına məlhəm olmur. Amma ekspertlərin üzərində durduqları başqa bir məqam da var: əsaslı şəkildə iddia olunur ki, bəzi ölkələr və qurumlar maliyyə yardımı adı altında Ermənistandan çirkli pulların yuyulması vasitəsi kimi istifadə edirlər. Eyni zamanda, bu ölkəyə ayrılan pullar kağız üzərində rəsmiləşdirilir, müəyyən bir hissəsi Ermənistanın hesabında qalır, digərləri maliyyə əməliyyatı vasitəsilə həmin qurum və ölkə tərəfindən mənimsənilir. Beləliklə, Ermənistandan bir “proyekt dövlət” kimi istifadə olunaraq böyük siyasi korrupsiya əməliyyatı - maliyyə maxinasiyası həyata keçirilir. Özü də bu prosesdə təkcə ölkələr, regional təşkilatlar deyil, ayrıca fondlar da iştirak edirlər. Regionun geoiqtisadi həyatından kənarda qalaraq təcrid vəziyyətinə düşən Ermənistanın acınacaqlı durumda olmasının səbəbi işğalçı və ağılsız siyasətlə yanaşı, həm də bu cür maliyyə cinayətləridir. Bu, həm də bu gün beynəlxalq arenada özünü “yardımsevər” obrazında göstərən bəzi dövlət və təşkilatların da əsl simasını - yırtıcı biznes mahiyyətini nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09

