Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Axına qarşı üzmək Ermənistana uğurlu gələcək vəd etmir

Axına qarşı üzmək Ermənistana uğurlu gələcək vəd etmir

28.11.2021 [21:21]

Prezident İlham Əliyev noyabrın 28-də Türkmənistanın paytaxı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV zirvə toplantısında Azərbaycanı Qalib ölkənin lideri kimi təmsil edib. Zirvə toplantısında üzv dövlətlər iştirak etsə də, əsas diqqət mərkəzində Cənubi Qafqazın iqtisadi cəhətdən ən potensiallı ölkəsi Azərbaycan və onun Müzəffər Lideri Prezident İlham Əliyev idi. 
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür 
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına İƏT Nazirlər Şurasının 1992-ci ilin 28 noyabr tarixində İslamabadda keçirilmiş növbədənkənar iclası zamanı üzv olub. Dövlət başçımızın da dediyi kimi, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri kimi 1992-ci ildən bəri irəli sürdüyü uğurlu təklif və layihələrlə aktivlik nümayiş etdirib. Buna missal olaraq Ümumilli lider Heydər Əliyevin digər beynəlxalq qrum və təşkilatlarla olduğu kimi İqtisadi Əməkdaşlıq Təçkilatı ilə fəal və nəticə doğuran əməkdaşlığını qeyd edə bilərik. Beləki, 1996-cı ilin 13-14 may tarixində mərhum Prezidentimiz Heydər Əliyev Aşqabadda İƏT-in IV sammitində iştirak edib. Uzaqgörən siyasətini bu təşkilatda nümayiş etdirən Heyər Əliyev nəqliyyat və kommunikasiyanın inkişafına dair (1998-2007-ci illər) proqramın qəbul olunmasına öz tövhəsini verib. Ümumilli liderimizin təşkilata və üzv dövlətlərə göstərdiyi dəstək bununla yekunlaşmayıb. 2002-ci ilin 14 oktyabrında Heyər Əliyev İstanbulda İƏT-in VII sammitində iştirak edərkən Əfqanıstana yardım Fondu təsis olunub. Həmçinin Türkmənistandan Pakistana qaz nəqli üçün kəmərin çəkilişinin vacibliyi vurğulanıb. Bu səbəbdəndir ki, nəinki ölkəmizdə dünyanın müxtəlif ölkələrində belə Heydər Əliyev böyük dahi şəxsiyyət və yardımsevər siyasətçi kimi tanınıb. 
Hazırda gündəmində olan Zəngəzur dəhlizinin açılması məsələsi region dövlətləri üçün müsbət və faydalı qarşılanan prosüslərdən biridir. Əslində iqtisadi və nəqliyyat yollarının açılması və bərpası məsələsini mərhum Prezident Heydər Əliyevlə də bağlamaq olar. Çünki 2000-ci ilin 9-10 iyununda Tehranda keçirilən İƏT VI sammitində Prezidenti Heydər Əliyev region iqtisadiyyatının yaxşılaşdırılması üçün Böyük İpək yolu nun bərpasına tərəfdar olduğunu bildirib. Keçirilən son sammit zamanı Dövlət başçımızın Ulu Öndər Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürünü bildirməsi Azərbaycanın siyasi yolunun normal münasibətlər üzərində inşa edildiyini göstərdi. 

Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək 

Azərbaycan keçən il noyabrın 10-da tarixi Zəfərə imza atmaq regionda və beynəlxalq arendalarda yeni sistem formalaşdırdı. Beləki 10 noyabrda Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatına əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməsinə başlanıldı. Bu layihə bölgədəki bütün dövlətlərə faydası il birgə, dünya bazarına çıxış üçün ən əlverişli iqtisadi, turizm nəqliyyat yollarından biri kimi bugün reallaşmaqdadır. 44 günlük savaşda Ermənistanın məğlubiyyətə uğradılması Azərbaycan üçün yeni ticarət və iqtisadi yollar açdı. Lakin Ermənistan Zəngəzur dəhlizinin açılmasına qarşı çıxaraq, üçtərəfli Bəyanatda “dəhliz” Laçın” koridoruna adidir kimi fikirlər səsləndirərək Azərbaycanın başlatdığı prespektivli prosesi ləngitmək istəyirdilər. Amma bu istəkləri də boş fikirlər olaraq qaldı. Beləki 26 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladlıqları Soçi Bəyanatı Zəngəzur dəhlizinin açılmasının rəsmi qarantisi oldu. Təbii ki, Zəngəzur dəhlizinin açılması 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il Bəyanatlarında göstərilmiş və Azərbaycan, Rusiya və Ermənistan tərəfindən rəsmi sənədlə təsdiq olumuşdu. Amma Ermənistan hər zamankı gedişatlarından istifadə edərək, prosesi müxtəlif bəhanələrlə ləngitmək niyyətində idi. Azərbaycanın işğaldan azad edilmiş zonalarda gördüyü qurucluq işlərinə mane olmaq üçün sərhəddə təxribatlara da əl atırdı. Amma Azərbaycan Ordusunun sayıqlığı və gücü sayəsinədə bütün təxribatların qarşısı alınırdı. Əlbətdə bu təxribatlar birbaşa olmasa da dolayısı ilə Zəngəzur dəhlizinin açılmasına mane olmaq niyyəti güdürdü. Ermənistan rəhərliyi anlayırdı kı, bu, baş tutacaq. Çünki Zəngəzur dəhlizi məsələsi həm üçtərəfli Bəyanatda, həm də 11 yanavr 2021-ci il Bəyanatlarında qeyd olunmuşdu. Həmçinin Prezident İlham Əliyevin 2021-ci ilin aprelində Hacıqabul şəhərinə səfəri zamanı jurnalistlərə müsahibəsində səsləndirdiyi “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”- fikirləri artıq bu məsələnin həllini labüd edirdi. Son nöqtə isə bir neçə gün öncə Soçi Bəyanatının imzalanması ilə qoyuldu. Soçi görüşündə həm Azərbaycan, həm də Rusiya Prezidentləri Zəngəzur dəhlizinin açlmasının yaxın zamanda baş tutacağını bildirdi. Əlbətdə Ermənistan baş naziri bunun əksinə idi, lakin onun fikri bu qərarı dəyişdirməyə qardir olmadığı məlumdur. Amma Zəngəzur dəhlizi Ermənistan üçün də yeni qapılar açacağ, onları 30 ilə yaxın blokada şəraitindən xilas edəcək. Bunu özləri də yaxşı anlayır. Görünür ki, bəzi dövlətlərdən tərfindən maliyələşən Ermənistan öz sahiblərinin fikrini əsas götürərək, Zəngəzur dəhlizinin açılmamasını istəyir. Əks halda axına qarşı üzmək Ermənistana uğurlu gələcək vəd etmir. Amma Ermənistanın da fikri bölgənin önəmli dövlətləri tərəfindən qəbul olunmadı və tək qaldı desək, yanılmarıq. Rusiyadan əlavə beynəlxalq siyasi müstəvidə real güc olan Türkiyə Zəngəzur dəhlizinin reallaşdırlması istiqamətində Azərbaycana ciddi dəstək nümayiş etdirməsi bu məsələnin də həllini asanlaşdırdı. Türkiyə 44 günlük müharibə daxil olmaqla, Azərbaycana həm daxili siyasətdə, həm də beynəlxalq səviyyədə bütün istiqmətlərdə ən çox dəsətk verən ölkə idi. Bu gün keçirilən İƏT Zirvə toplantısında fikirlərini bildirən Türkiyə lideri deyib ki, Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdəki səylərimizin ən əyani təzahürüdür. Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür. Bütün bu fikirlər Zəngəzur dəhlizinin açılmasının bölgədə söz sahibi olan Azərbaycan, Türkiyə və Rusiya tərəfinfən yekdilliklə razılaşdırlmasını göstərir. Bu qərar əslində gözlənilən idi. Çünki pandemiyanın bütün dünyaya təsiri nəticəsində ölkələrarası əlaqlər zəifləmiş, bunun da nəticəsində iqtisadiyyat böyük ölçüdə ziyan görmüşdür. Ona görə də “birlikdə gələcəyə” devizi ilə keçirilən Zirvə Toplantısı ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsət olması proqnozlaşdırılır. Ərazilərin azad olunmasından dərhal sonra Azərbaycan genişmiqyaslı yenidənqurma işlərinə başlayıb 44 günlük müharibədən Qalib ayrılan Azərbaycan dərhal genişmiqayslı bərpa-quruculuq işlərinə başladı ki, artıq bunun da nəticələri göz önündədir. Ermənitandan fərqli olaraq, Azərbaycan öz niyyətini, yolunu göstərərək düşmənin 30 ilə yaxın müddətdə viran qoyduğu ərazilərə yenidən həyat verməyə başladı. Dövlət başçımızın əmri ilə 2021-ci ildə bu məqsədlər üçün dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrıldı. Qarabağın dirçəldiməsi üçün ayrılan pullar yenidənqurma və təmir-tikinti işlərinin aparılması istiqamətində sərf olundu. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə bir ərazində gördüyü işlər Prezident İlham Əliyevin qurucu Lider olmasını dünya arenasında göstərdi. HəttaTürkiyə, İsrail, İtaliya, Rusiya və digər dövlətlərin də şirkətləri Azərbaycanın başlatdığı şərəfli işə dəstək vermək üçün müraciət edir. Həmçinin yenidənqurma işlərini Azərbaycanla çiyin-çiyinə görürlər. Dövlət başçımızın göstərişi ilə bir il ərazində işğaldan azad olunan ərazilərdə sürətli şəkildə işlər aparılıb. Misal olaraq qeyd edə bilərik ki, “Azərenerji” ASC qısa vaxtda işğaldan azad olunan torpaqlarda mühüm infrastruktur yaradıb. Belə ki, 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 3 elektrik stansiyası - 8 MVt-lıq “Güləbird” SES (Laçın), 4,8 MVt-lıq “Suqovuşan-1” və 3 MVt-lıq “Suqovuşan-2” KSES-lər yenidən qurulub, 4,4 MVT-lıq “Kəlbəcər-1” KSES-də yenidənqurma işləri tamamlanmaq üzrədir. Bundan başqa, 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya – “Şuşa”, “Füzuli”, “Kəlbəcər”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı”, “Ağdam-1”, “Ağdam-2” tikilib və “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. “Şükürbəyli” yarımstansiyasından iki istiqamətdə - Şuşaya 75, Zəngilana 110 kilometr, Daşkəsəndən Kəlbəcərə 70 kilometr, Xındırıstandan Ağdama isə 35 kilometr məsafədə ikidövrəli olmaqla, 110 kV-luq ötürmə xətti çəkilib. Yaxın perspektivdə Laçında və digər ərazilərdə 110 kV-luq yarımstansiyaların və əlaqələndirici xətlərin çəkilməsi və Qarabağın dairəvi elektrik təchizat sxeminin gerçəkləşdirilməsi nəzərdə tutulub. Gələcəkdə Cəbrayıla Ağcabədidən 130 kilometr, İmişlidən isə 132 kilometr məsafədə 330 kV-luq xətt çəkilməsi, o cümlədən Cəbrayılda və Naxçıvanda 330 kV-luq yeni yarımstansiyanın tikilməsi planlaşdırılıb. Bunun icrası nəticəsində Xudafərin və Qız Qalası layihələri ilə yanaşı, Naxçıvanın ölkənin ümumi enerji sistemi ilə əlaqələndirilməsi də təmin ediləcək.

Elmir Səftərov
Siyasi şərhçi

Paylaş
Baxılıb: 230 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Müsahibə

Xəbər lenti

Siyasət

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31