Qərb ilə Rusiya arasında...
27.11.2021 [10:10]
Və ya nəhənglərin Ukrayna döyüşü
Son günlər dünya mediasında aktual müzakirə predmetinə çevrilən məsələlərdən biri Rusiya-Ukrayna cəbhəsində baş verən hadisə və proseslərdir. Ekspertlər bu səpkidə bir neçə suala cavab axtarmağa çalışırlar:
- Tərəflər arasında hərbi-siyasi gərginlik hazırkı şəraitdə hansı amillərlə əlaqədardır?
- Kollektiv Qərb ilə Rusiyanın geostrateji rəqabətində Şərqi Avropa nə üçün daha cəlbedici olmağa başlayıb?
- Güc mərkəzləri regionu öz geosiyasi orbitlərində saxlamaq üçün daha hansı addımlar atacaqlar?
- Yeni situasiya, həm Ukraynaya, həm Rusiyaya, həm də ABŞ-a nə vəd edir?
Şərqi Avropa geostrateji cazibə mərkəzi kimi...
Ümumiyyətlə, vaxtaşırı tərəflər - həm Rusiya, həm də Ukrayna, o cümlədən ABŞ və bir sıra Qərb ölkələri müxtəlif bəyanatlar səsləndirir, məsələni fərqli rakursdan qlobal ictimai rəyə təqdim edirlər. Ekspertlərin üzərində durduqları nüans isə budur ki, cərəyan edən proses lokal - məhəlli xarakter daşımır. Strateji tədqiqat mərkəzlərinin araşdırma və analitik materiallarında da əks olunduğu kimi, Ukrayna yenidən Qərb və Rusiya arasındakı geosiyasi mübarizənin episentrinə çevrilib. Söyləmək olar ki, beynəlxalq aləmin böyük həssaslıqla izlədiyi bu hadisələr dünyanın yenidən nizamlanmasının, Şərqi Avropa cəbhəsinə aid mürəkkəb proseslərin tərkib hissəsidir. Sirr deyil ki, Ukrayna həm təbii-coğrafi və siyasi sərhədlərinə, həm iqtisadi-siyasi resurslarına və təsir mexanizmlərinə, həm də strateji önəminə görə qlobal aktorların planlarında yer alan ölkələrdəndir. Klassik geosiyasi konsepsiyalarda ifadə olunduğu kimi, “heartland” (dünyanın qəlbi-idarəetmə məntəqəsi) önəmi kəsb edən nöqtələrdən olan Şərqi Avropada, beləliklə də Avrasiyada möhkəmlənmək üçün dünyanı idarə edən güclər Ukraynanı uzunmüddətli strateji tərəfdaşa çevirmək, yaxud mövqe uyğunluğu yaratmaq üçün gərgin mübarizə aparır. Yəni geostrateji planlarda ifadə edilən “Şərqi Avropada üstün olan böyük ölçüdə Avrasiyaya hakim olacaq, Avrasiyanı idarə edən isə dünyanı idarə edəcək” strateji prinsip Ukrayna üzərindən baş verən proseslərin fonunda özünü göstərir. Bu gün Ukrayna faktiki olaraq Qərb və Rusiyanın geostrateji savaşının hərbi-siyasi platsdarmını təşkil edir. Təbii ki, bu, təsadüfi deyil...
Moskvadan Kiyevə: geosiyasi baxış
İlk növbədə, qeyd etmək lazımdır ki, Avropa ilə Asiyanı birləşdirən Ukrayna Rusiya üçün Avropa və Qara dənizdə möhkəmlənmək baxımından əhəmiyyətli strateji limandır. Xəzər-Qara-Baltik dənizi hövzəsində strateji balans və təhlükəsizlik sistemi formalaşdırmaq, bu bölgədə əks-güclərin - Qərbin mövqeyini - müqavimət gücünü “sındırmaq”, eləcə də Şərqi Avropaya doğru nüfuz-təsir dairəsini genişləndirmək baxımından Ukrayna faktoru Rusiya üçün çox önəmlidir. Belə ki, Qara dənizdə geniş miqyasda “siyasi lövbər” salmaq üçün imkanlar yaradan məhz Ukraynadır. Moskva Kiyevi özünün tərəfdaşına çevirməyə və ya tabe etməyə çalışmaqla Qara dənizdə və dənizaşırı ərazilərdə böyük ölçüdə nəzarəti öz əlinə almağa çalışır. Bu amil, həmçinin Rusiyaya geosiyasi fəaliyyətin əhatə dairəsini olduqca genişləndirməyə imkan verir. Bir sözlə, Ukraynasız Rusiya Avrasiyaçılıq konsepsiyasını reallaşdıra bilməz. Rusiya bu amili xüsusi olaraq nəzərə alır və müxtəlif vasitələrlə Kiyevi özünün “təhlükəsizlik çətiri”nin altına salmağa cəhd göstərir.
Qərbin strateji mübarizəsində Ukrayna faktoru
Öz növbəsində, Qərb cəbhəsi də Ukrayna məsələsində geostrateji konsepsiya ortaya qoymaqdadır. Əsas xətt ondan ibarətdir ki, Qərb isə Ukrayna kimi lokomotiv aktordan vaz keçmək niyyətində deyil. Çünki ABŞ-ın və Avropa İttifaqının aparıcı aktorlarının Ukrayna ilə təmasları tamamilə “əritməsi” Rusiyanın Qara dəniz və Şərqi Avropada mövqeyinin olduqca möhkəmlənməsinə və Qərbin Moskva tərəfindən tədricən regiondan sıxışdırılmasına səbəb olar. İndi enerji təhlükəsizliyindən tutmuş müxtəlif məsələlər ətrafında Qərb Ukraynanı öz orbitində saxlamağa çalışır. Nəzərə alaq ki, Ukrayna Avropanın Rusiyadan qorunmaq üçün “müdafiə səddi”dir. Həmçinin bununla yanaşı, Avroatlantik məkanın təhlükəsizlik sistemində də önəmli ölkələrdən biridir. Elə buna görədir ki, hazırda Ukrayna Qərb ölkələrinin iqtisadi və hərbi cəhətdən yardım etdiyi ölkələrin siyahısında ön sıralardadır. Eyni zamanda, Polşanın, Bolqarıstan və Rumıniyanın Avropa İttifaqının üzvü olması Kiyevi Avropa İttifaqının “siyasi qonşu”suna çevirib. Qısası, Qərb sözügedən ölkəni bu gün geostrateji əməkdaşlıq orbitində saxlayır. Hadisələrin sonrakı axarına nəzarəti əldən vermək istəməyən Avroatlantik cəbhə strateji savaşın Ukrayna cəbhəsində Rusiyanın birbaşa müdaxilələrindən qorunmaq üçün regionda bu ölkə ətrafında siyasi təhlükəsizlik çətiri formalaşdırır.
Proseslərin gedişatını necə proqnozlaşdırmaq olar?
Hadisə və proseslərin gedişatını təhlil edən siyasi analitiklər müxtəlif proqnozlar verirlər. Lakin bütün hallarda görünən odur ki, Qərb-Rusiya qarşıdurması fonunda Ukrayna cəbhəsində “isti proses”lərin davam etməsi gözlənilir. Xüsusilə də ABŞ yeni mərhələdə Rusiyanın strateji nəzarət məntəqələrində hərbi-siyasi təmizlik aparılmasında maraqlı görünür və fəal təşəbbüslərlə çıxış edir. Rusiya isə nəinki mövqe itirmək, hətta yeni həmlələr etmək niyyətindədir.
Belə olan halda, +6Ukrayna məsələsi ətrafında da zaman-zaman eskalasiyanın müşahidə olunacağı proqnozlaşdırıla bilər. Əsas müzakirə olunan məsələlərdən biri Ukraynanın bundan sonra hərbi-siyasi təhlükəsizlik kontekstində hansı fəaliyyəti həyata keçirəcəyidir. Hazırkı situasiyada bu ölkənin NATO-ya inteqrasiya prosesinin güclənəcəyini proqnozlaşdırmaq olar. Ehtimal ki, rəsmi Kiyev bundan sonra yeni hərbi strategiya ilə fəaliyyət göstərəcək. Ola bilsin, ortamüddətli perspektivdə Ukrayna ilə NATO-nun aparıcı ölkələri arasında hərbi əməkdaşlığa dair sazişlər imzalansın. Yeni mərhələdə regionda Ukraynanın Avropa İttifaqının siyasi və iqtisadi cəhətdən aparıcı dövlətləri ilə strateji yaxınlaşması və yeni işbirliyi platformalarının yaradılması da müşahidə edilə bilər.
Nəticə etibarilə, Qərb və Rusiya arasında geostrateji mübarizənin Şərqi Avropa cəbhəsində çoxkombinasiyalı geostrateji gedişlər, mürəkkəb proseslər və hərbi-siyasi hərəkətlilik müşahidə olunur. Nəhənglərin Ukrayna döyüşü isə təkcə bəhs olunan bölgəyə deyil, Avrasiyada bir çox geostrateji məntəqəyə geosiyasi və geoiqtisadi təsir gücündədir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
