Ana səhifə »  Analitik »  31 mart soyqırımı erməni vandalizminin bariz nümunəsidir
A+   Yenilə  A-
31 mart soyqırımı erməni vandalizminin bariz nümunəsidir

Ermənilərin 1918-ci ilin yazında Bakıda və bölgələrdə törətdikləri kütləvi qırğınlar nəticəsində aralarında çoxlu sayda uşaq, qadın, qoca olmaqla 50 mindən çox soydaşımız həyatını itirib
Əzəli Azərbaycan torpaqlarında məskunlaşaraq burada özlərinə dövlət quran ermənilər tarixboyu xalqımıza qarşı xəyanətlərə əl atıblar. Onlar uydurduqları “böyük Ermənistan” mifinin əsrinə çevrilib və bu mifi reallaşdırmaq üçün ən çirkin vasitələrə əl atmaqdan belə çəkinmirlər. Bir etnos olaraq tarixlərini saxtakarlıqla yazan, maddi və mədəniyyət abidələrimizi, mətbəximizi mənimsəyib öz adlarına çıxmağa çalışan ermənilər, eyni zamanda, zaman-zaman azərbaycanlılara qarşı misli görünməyən vəhşiliklər, qətliamlar, vandalizm əməlləri, soyqırımları törədiblər. Təkcə XX əsrdə xalqımız dörd dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə ermənilər tərəfindən soyqırımı və etnik təmizləmələrə məruz qalıb.
31 mart soyqırımı xüsusi qəddarlığı ilə diqqəti cəlb edir
Azərbaycan xalqının zaman-zaman üzləşdiyi faciələr sırasında 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar xüsusi yer tutur və qəddarlığı ilə diqqəti cəlb edir. Buqələmun kimi cilddən-cildə girməyi yaxşı bacaran erməni millətçiləri bu dəfə həmin dövrdə regionda yaranan vəziyyətə uyğun olaraq bolşevizm ideyalarından sui-istifadə etdilər. Sıralarında çoxlu sayda erməninin “lövbər” saldığı Bakı Kommunası əks-inqilabçılara qarşı mübarizə şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başladı. Mart ayının son üç günü ərzində təkcə Bakıda təxminən otuz mindən çox azərbaycanlı ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirildi. Eyni zamanda, şəhər camaatının o dövrün pulu ilə 400 milyon manatlıq daş-qaşı və əmlakı qarət edildi. Bakıda baş verən mart qırğınları ilə bağlı ingilis arxiv sənədində belə yazılır: “Ermənilərin qoşun qüvvələri bolşeviklərə ümid edirdilər. Belə hesab edirdilər ki, onların yaxşı silahlanmış dəstələri müsəlmanlara qarşı çıxıb onları məhv edə biləcəklər. Ağır döyüşlər oldu. Müsəlmanların dörddə bir hissəsi öldürüldü...”.
Mart soyqırımı zamanı ermənilər Bakıda azərbaycanlı-müsəlman əhalisini soyqırıma məruz qoyduqları kimi, mədəniyyət abidələrimizi, qəbiristanlıqları, məscidləri, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Azərbaycanda 1918-ci il martın sonu və aprelin əvvəlində ermənilər tərəfindən törədilən qırğınların coğrafiyası yalnız Bakı ilə məhdudlaşmayıb, respublikanın bir sıra bölgələrini də əhatə edib. Arxiv sənədlərində göstərilir ki, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə də azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirilib. O cümlədən Şamaxıda 58 kənd dağıdılıb, 7000 insan xüsusi qəddarlıqla öldürülüb. Qubada 122, Qarabağda 150, Zəngəzurda 115 kənd yerlə-yeksan edilib. Ümumiyyətlə, ermənilərin 1918-ci ilin yazında Bakıda və bölgələrdə törətdikləri qırğınlar nəticəsində aralarında çoxlu sayda uşaq, qadın, qoca olmaqla 50 mindən çox soydaşımız həyatını itirib.
31 mart soyqırımına siyasi və hüquqi qiymət verilməsi erməni vəhşilikləri haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük önəm daşıyır
Tarixboyu saysız-hesabsız cinayətlərə, terror hadisələrinə, qətliamlara əl atan, “lövbər” saldıqları bütün ərazilərdə etnik təmizləmə aparan, başqa xalqların, o cümlədən də azərbaycanlıların mədəni irsinə sahib çıxmağa çalışan ermənilər, bir qayda olaraq, beynəlxalq miqyasda özlərinin məzlum obrazlarını yaratmağa cəhd göstərirlər. Onlar hər vəchlə ona nail olmaq istəyirlər ki, tarix, törətdikləri çirkin əməllər unudulsun, dünya ermənilərin Cənubi Qafqazın aborogen sakinləri olduqlarına, burada hansısa bir mədəniyyət yaratdıqlarına inansın. Bundan ötrü ermənilər min cür fərziyyələr uydururlar, havadarlarının köməyi ilə yalan üzərində qurulmuş təbliğat aparırlar. Faciələrimizin gələcəkdə də təkrarlanmaması naminə biz tariximizi yaxşı öyrənməli, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri faciələr barədə ətraflı bilgilərə yiyələnməli, onların yalanlarını, uydurmalarını hər zaman, hər yerdə faş etməliyik. İndiki dövrdə internet resursları, sosial şəbəkələr erməni yalanlarını dünyada yaymaq üçün geniş imkanlar açır.
Ermənilərin 1918-ci ilin martında azərbaycanlılara qarşı törətdikləri soyqırımına ilk dəfə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən hüquqi və siyasi qiymət verilib ki, bu da erməni vəhşilikləri haqqında həqiqətlərin bütün dünyaya yayılması baxımından böyük önəm daşıyır. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin 1918-ci ilin mart-aprel aylarında törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Lakin Xalq Cümhuriyyətinin ömrü az oldu və başlanılan işlər yarımçıq qaldı. Sovet hakimiyyəti illərində isə 1918-ci ilin yazında xalqımıza qarşı törədilən vəhşiliklər cəmiyyətə tamam başqa rakursdan təqdim edilirdi. Soyqırımının təşkilatçıları lənətlənmək əvəzinə, qəhrəmanlar kimi dərsliklərdə təbliğ edilirdi, onlara heykəllər ucaldılır, şənlərinə mahnılar bəstələnirdi. Müstəqilliyimizin ilk illərində zorla hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarı da bəhs olunan soyqırımı hadisəsinə hüquqi-siyasi qiymət verməyə tələsmədi. Halbuki, ermənilərin respublikamıza qarşı yeni ərazi iddiaları ilə çıxış etdikləri, elan olunmamış müharibəyə başladıqları bir dövrdə bu, çox vacib idi.
Yalnız xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanın siyasi rəhbərliyinə gələn Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq Fərman imzalayıb. Fərmanda 1918-ci ildə baş verən soyqırımı hadisəsinə siyasi-hüquqi qiymət verilib və 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Eyni zamanda, Prezident İlham Əliyev 18 yanvar 2018-ci il tarixində “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sənəddə bildirilir ki, ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir. Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fond çox mühüm rol oynayır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir. Fond, həmçinin beynəlxalq miqyasda “Xocalıya ədalət!” kampaniyasını uğurla həyata keçirir. Artıq bir neçə ölkə rəsmi qaydada Xocalı faciəsini soyqırımı kimi tanıyıb və bu proses hazırda davam etdirilir.
Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan erməni vandallarını layiqli şəkildə cəzalandırdı
Son 30 ildə Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistan saysız-hesabsız müharibə cinayətləri törədib. Məkrli düşmən üç onillik ərzində öz nəzarətində saxladığı ərazilərimizdə bir vaxtlar çiçəklənən şəhər və kəndlərimizi, çoxsaylı mədəniyyət abidələrimizi dağıdaraq yerlə-yeksan edib. Ümumiyyətlə, artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salsaq, görərik ki, Ermənistanın hərbi birləşmələri heç vaxt Silahlı Qüvvələrimizlə açıq döyüşlərdə hər hansı bir uğura imza atmayıblar. Mənfur düşmən öz niyyətinə çatmaq üçün daim təxribatlara əl atıb, şəhər və kəndləri atəşə tutub, dinc insanları qətlə yetirib. Üstündən 29 il ötən Xocalı soyqırımı ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Xocalı soyqırımı zamanı 613 nəfər dinc sakin xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. 44 günlük müharibə zamanı isə Ermənistanın hərbi birləşmələri münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Biləsuvar kimi yaşayış məntəqələrini qadağan olunmuş silahlardan atəşə tutub və nəticədə 100-dək dinc sakin həyatını itirib, mülki obyektlərə ciddi ziyan dəyib.
44 günlük Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Silahlı Qüvvələrimiz düşmənə öz cavabını bilavasitə döyüş meydanında verirdi. Müharibədə işğalçı dövlətin hərbi birləşmələri tamamilə tar-mar edildi. Düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı və bu sənədlə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Ağdam, Kəlbəcər, Laçın rayonlarını döyüşsüz geri qaytardı. Beləliklə, Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan erməni vandallarını layiqli şəkildə cəzalandırdı və özünün ərazi bütövlüyünü təmin etdi.
“Yeni Azərbaycan”ın Analitik Qrupu

 
  • Oxunub:  5400  |  
  • Tarix:  31-03-2021  |  
  •    Çap et   |  
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir

05 May 22:02
“Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib
05 May 21:58
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 May 21:37
“Ulu Öndərin siyasətində dövlət-din münasibətləri: dünyəvilik və mənəvi birlik” mövzusunda videokonfrans keçirilib
05 May 21:35
Milli Məclis sədrinin müavini Adil Əliyev bir qrup gənc müəllimlə görüşüb
05 May 21:19
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər
05 May 21:12
AQUPDK ilə UNICEF arasında 2021-2022-ci illərə dair Fəaliyyət Planı imzalanıb
05 May 21:11
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
05 May 20:33
Milli Məclisin komitə iclasında 12 məsələyə baxılıb
05 May 19:23
Gəmiçiliyin alınması tələb olunmayan lisenziyaları və icazələrinin siyahısı təsdiqlənib
05 May 19:19
Türkiyə və Rusiya prezidentləri Qarabağ məsələsini müzakirə ediblər
05 May 19:18
Heydər Əliyev dühası Azərbaycanın tarixi zəfərə gedən yoluna işıq saçan günəşdir
05 May 19:14
Türkiyənin “Qanuni” kəşfiyyat-axtarış gəmisi Qara dənizdə seysmik araşdırmalar aparacaq
05 May 19:03
“İsrael HaYom” qəzeti: Azərbaycan ordusu İsrailin “Tamuz” raketləri ilə silahlanır
05 May 18:57
Baş nazir Əli Əsədov: Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar
05 May 18:45
Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
05 May 18:35
Azərbaycan könüllüləri tərəfindən aprel ayı ərzində görülmüş işlər müzakirə edilib
05 May 18:29
Azərbaycan və Gürcüstan parlamentlər səviyyəsində də uğurla əməkdaşlıq edirlər
05 May 18:17
Bahar Muradova: 2021-2022-ci illərə dair Fəaliyyət Planı milli mexanizmlərin təkmilləşdirilməsinə töhfə vermək üçün nəzərdə tutulub
05 May 18:14
Dünya prokurorlarının 29-cu illik konfransı və ümumi yığıncağının Bakıda keçirilməsinə dair ilkin razılıq əldə olunub
05 May 17:49
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib
05 May 17:47
Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib
05 May 17:45
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
05 May 17:38
Heydər Əliyev ideyaları Azərbaycanı daha böyük hədəflərə çatdıracaq
05 May 17:37
YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib
05 May 17:31
Tarixə sığmayan dahi ömrü!
05 May 17:25
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elmaz Hacıyevin ailəsinə baş çəkiblər
05 May 17:24
Nazir: “ƏDVGeriAl” layihəsi üzrə indiyədək vətəndaşlara 70 milyon manatdan çox vəsait qaytarılıb
05 May 17:19
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
05 May 17:14
Rusiyalı deputat: Ağdamda gördüklərim hərbi cinayətdir
05 May 17:09
Smartfonların yuxuya hansı təsir göstərdiyi aşkar olunub
05 May 17:00
Mayın 5-də Azərbaycanda yeni koronavirusa qarşı 30 minə yaxın vaksin vurulub
05 May 16:54
Deputat: Azərbaycan Prezidenti üç erməni hərbçini ölkəsinə qaytarmaqla humanizm ənənələrinə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi
05 May 16:53
Maliyyə naziri Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 54-cü illik toplantısında iştirak edib
05 May 16:44
Azərbaycanda koronavirusa 1080 yeni yoluxma faktı qeydə alınıb
05 May 16:29
DİN: Xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlərin keçirilməsi qadağandır
05 May 16:22
“Xalçaçı günü”ndə 149 yeni xalça kəsilib
05 May 16:19
Xalq şairi Fikrət Qoca son mənzilə yola salınıb
05 May 16:11
Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşən livanlı terrorçu ilə bağlı cinayət işi məhkəməyə göndərilib
05 May 16:09
Şəhidlərin xatirəsinə ehtiram
05 May 16:07
Gürcüstanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
05 May 16:03
“Təkmilləşdirilmiş su idarəçiliyi: Kənd Təsərrüfatının Davamlı İnkişafına Doğru” layihəsinin təqdimatı keçirilib
05 May 15:51
Rusiyalı deputat Dmitri Savelyev Ağdamda erməni vəhşiliklərinin şahidi olub
05 May 15:38
“SOCAR Turkey”in 3 müəssisəsi “Sıfır tullantı sertifikatı” alıb
05 May 15:31
Dövlət Məşğulluq Agentliyi Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
05 May 15:18
AFFA aşağı yaş qrupları üzrə yarışları bərpa edir
05 May 15:13
Hüquqi şəxslər paytaxt əhalisinə 840,7 milyon manatlıq xidmət göstərib
05 May 14:56
Azərbaycan Texniki Universitetində yeni strukturlar yaradıldı
05 May 14:54
Efendinin “Avroviziya-2021” üçün geyiminin dizaynı dünya şöhrətli modelyerə həvalə olunub
05 May 14:48
Prezident İlham Əliyev: Bizim birgə layihələrimiz regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişib
05 May 14:46
Hərbi Prokurorluq: İtkin düşmüş daha bir hərbi qulluqçunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib
05 May 14:43
Tahir Mirkişili: “Dövlət satınalmaları haqqında” qanun layihəsi ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə hazırlanıb
05 May 14:34
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib
05 May 14:30
Gülşad Məmmədova: Axşam saatlarından başlayaraq şimal-qərb küləyi tədricən zəifləyəcək
05 May 14:26
Sevinc Fətəliyeva: Növbədənkənar seçkilər Ermənistanda siyasi böhranı daha da dərinləşdirəcək
05 May 14:24
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən Müharibəsi Qəhrəmanının ailəsini ziyarət ediblər
05 May 13:31
Su ehtiyatlarından səmərəli istifadə günün tələbidir - VİDEO
05 May 13:27
Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisidir
05 May 13:25
Misir portalı: Azərbaycan işğaldan azad olunmuş ərazilərində tarixi-mədəniyyət abidələrini bərpa edəcək
05 May 13:23
Anastasiya Pojar: Ulu öndər Heydər Əliyev azərbaycançılıq siyasətinin müəllifidir
05 May 13:18
Azərbaycan Texniki Universiteti ilə Sumqayıt Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalanıb
05 May 13:16
Bakı Ali Neft Məktəbi ilə “Halliburton” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
05 May 13:12
YAP Samux rayon təşkilatının nümayəndələri şəhid Abdullayev Qəzənfər Nəcəf oğlunun ailəsini ziyarət ediblər
05 May 13:10
YAP Səbail rayon təşkilatının nümayəndələri Ucar rayonunda şəhid ailələrini ziyarət ediblər
05 May 13:09
Türkiyədən Azərbaycana yeni mühəndis texnika və avadanlığının növbəti hissəsi gətirilib
05 May 12:31
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərə gəlib
05 May 12:28
Azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri ölkəmizin əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək
05 May 11:06
“Memarlıq və şəhərsalma ili” çərçivəsində elmi-praktiki konfrans təşkil edilib
05 May 11:05
Baş ağrısından, stresdən xilas edir, qan təzyiqini aşağı salır...
05 May 11:01
Ermənistan Azərbaycanın humanist addımları qarşılığında şovinizm, faşizm, təcavüzkarlıq niyyətini nümayiş etdirir
05 May 10:53
DİN: Ötən gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA