Qrenlandiya ilə bağlı yeni razılaşma əldə olunub
24.01.2026 [10:16]
Artıq uzun müddətdir ki, davam edən Qrenlandiya ilə bağlı problem yeni həll yoluna qədəm qoyur. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı iddialarından geri çəkilmir. Qrenlandiyanı qorumaq baxımından Danimarkanı həddən artıq zəif adlandıran Donald Tramp bu məsələ ilə bağlı əsas mövqeyini açıqlayıb. O, deyib: “Ora bizim üçün strateji milli və beynəlxalq təhlükəsizlik baxımından zəruri ərazidir. Bu nəhəng, qorunmayan ada faktiki olaraq Şimali Amerikanın bir hissəsidir. Ora bizim ərazidir. Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçirilməsi məsələsinin müzakirəsinin bərpası üçün danışıqlara dərhal başlanılmasında israr edirəm”.
5 əsas komponentdə nələr var?
Ağ Evin rəhbəri Davosda NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi görüşdən sonra isə pozitiv açıqlama verib. O, Alyansın Baş katibi ilə görüşü çox məhsuldar hesab edib və deyib ki, görüşə əsasən, Qrenlandiya və əslində bütün Arktika bölgəsi ilə bağlı gələcək razılaşmanın çərçivəsi formalaşdırılıb. ABŞ Prezidenti “Truth” sosial şəbəkəsində yazıb ki, fevralın 1-dən qüvvəyə minməsi planlaşdırılan tarifləri tətbiq etməyəcək: “Bu həll yolu tətbiq olunarsa, Amerika Birləşmiş Ştatları və bütün NATO ölkələri üçün əla olacaq. Qrenlandiya məsələsi çərçivəsində “Qızıl qübbə” ilə bağlı əlavə müzakirələr aparılır. Müzakirələr irəlilədikcə əlavə məlumatlar təqdim ediləcək. Vitse-prezident C.D. Vens, Dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Uitkoff danışıqlara cavabdeh olacaqlar”.
“The Times” qəzeti də öz mənbələrinə istinadən yazıb ki, ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte tərəfindən razılaşdırılmış Qrenlandiya ilə bağlı çərçivə sazişi adada ittifaq komandanlıq mərkəzindən tutmuş Rusiya və Çin investisiyalarının qadağan edilməsinə qədər 5 əsas komponenti əhatə edir. Qəzet bildirir ki, Tramp və Rutte arasında müzakirə edilən sazişdə 1951-ci ildə Vaşinqton və Kopenhagen tərəfindən imzalanmış Qrenlandiya Müdafiə Müqaviləsinin yenilənəcəyi nəzərdə tutulur. Qrenlandiyada hərbi infrastruktur, stansiya və komandanlıq qoşunları yaratmaq azadlığına malik olan ABŞ, hərbi personalı üçün tam muxtariyyət və mütləq toxunulmazlıq əldə edəcək.
Qeyd olunur ki, çərçivə müqaviləsindəki digər vacib məqamlar adada NATO komandanlıq mərkəzinin yaradılması, ABŞ-ın Qrenlandiyanın mineral sərvətlərinə çıxış əldə etmək imkanı, adada Rusiya və ya Çin investisiyalarına, həmçinin digər layihələrə mane olacaq eksklüziv rejim müqaviləsidir. Nəhayət, ada satışa çıxarılacağı təqdirdə ABŞ-a Qrenlandiyanı əldə etmək üçün birincilik hüququ təmin etmək təklif olunur. Məqalədə deyilir ki, bunun müqabilində ABŞ Avropa ölkələrinə qarşı tariflərdən imtinaya və müqavilənin təfərrüatlarını müzakirə etməyə başlamağa razılaşıb.
“Daily Mail” nəşri isə yazır ki, Qrenlandiya əhalisi ABŞ-ın tərkibinə keçməyə səs verərsə, Donald Tramp adanın hər bir sakininə 1 milyon dollar ödəməyi düşünür. Qəzet qeyd edir ki, adanın hazırkı əhalisi 57 min nəfərdir. Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı Tramp Qrenlandiya üzərində nəzarətə nail olmaq üçün güc tətbiq etməyi planlaşdırmadığını desə də, Avropa hələ də narahatdır. Belə ki, Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanın paytaxtı Nuukda keçirilən mətbuat konfransında hökumətinin ABŞ ilə danışıqlara hazır olduğunu bildirib. Bununla yanaşı, vurğulayıb ki, Qrenlandiyanın suverenliyi “qırmızı xətt”dir. Hökumət başçısı hazırda müzakirə olunan saziş barədə ətraflı məlumata malik olmadığını da qeyd edib.
Aİ Qrenlandiyaya investisiya yatıracaq
Qrenlandiyanın Baş naziri hətta, hakimiyyət orqanlarına və sakinlərə ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazır olmağı tapşırıb. “Bloomberg” agentliyinin məlumatına görə, Qrenlandiya hökuməti, həmçinin əhalini evlərində beşgünlük ərzaq ehtiyatı saxlamağı tövsiyə edib. Danimarka parlamentinin müdafiə komitəsinin üzvü Rasmus Yarlov isə “CNN” telekanalına müsahibəsində ABŞ-ın Qrenlandiyaya hücum edəcəyi təqdirdə, müharibənin başlayacağını və işğalçıya qarşı müqavimətin göstəriləcəyini bildirib: “ABŞ-ın bizdən güclü olduğunu bilirik, lakin bizim vəzifəmiz torpağımızı və xalqımızı müdafiə etməkdir”.
Bütün bunların fonunda Avropa İttifaqı da Qrenlandiya məsələsində yeniliklərdə öz rolunu uğurlu hesab edir. Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bəyan edib ki, Avropa İttifaqının Qrenlandiya ilə bağlı strategiyası öz bəhrəsini verib. Onun sözlərinə görə, Qrenlandiya və Danimarka ilə birmənalı həmrəylik nümayiş etdirilib, tariflərin tətbiqi ilə hədələnən 6 üzv dövlətə möhkəm dəstək göstərilib və ABŞ-la müxtəlif səviyyələrdə əməkdaşlıq həyata keçirilib. “Biz qətiyyətlə hərəkət etdik, lakin eskalasiyaya yol vermədik”,-deyən xanım Lyayen etiraf edib ki, Aİ Arktikaya kifayət qədər investisiya qoymayıb. Ona görə də indi bunun üçün ən uyğun vaxtdır. “Keçən il biz əlavə investisiyalara səbəb olacaq təmiz enerji, ən vacib xammal və rəqəmsal rabitə sahələrində sazişlər imzaladıq. Hazırda Aİ-nin Qrenlandiya ilə münasibətlərini gücləndirmək üzərində işləyirik, komissiya yaxın vaxtlarda əhəmiyyətli investisiya paketi təqdim edəcək”, - deyə o vurğulayıb. Fon der Lyayen, həmçinin həftənin əvvəlindən bəri dəfələrlə səsləndirdiyi ABŞ və digər tərəfdaşlarla Arktikanın təhlükəsizliyi sahəsində əməkdaşlığın dərinləşdirilməsi planlarını bir daha təkrarlayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20

