Qəzza üzrə Sülh Şurası nə vaxt elan olunacaq?
15.01.2026 [10:12]
Böyük Britaniya Sülh Şurasına qoşulmaq imkanını nəzərdən keçirir
ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planı Yaxın Şərqdə vəziyyəti sabitləşdirməyə yönəlib. Ötən il oktyabrın 9-da İsrail və HƏMAS hərəkatı Yaxın Şərqdə vəziyyətin nizamlanması üçün sülh planı çərçivəsində ilk razılaşmaları imzalayıb. Bu münasibətlə Misirin Şarm əl-Şeyx şəhərində Sülh Sammiti keçirilib. Atəşkəsin birinci mərhələsi hərbi əməliyyatların dayandırılmasına və HƏMAS tərəfindən saxlanılan girovların İsrail tərəfindən saxlanılan yüzlərlə fələstinli ilə dəyişdirilməsinə imkan yaratdı. Bəzən qarşılıqlı ittihamlar səslənsə də, prinsip etibarı ilə, razılaşma qüvvədə qalıb.
Donald Trampın 20 maddəlik sülh planı çərçivəsində Qəzza Sülh Şurasının yaradılması nəzərdə tutulur. Şura yeni texnokratik Fələstin hökumətinin yaradılmasına, HƏMAS-ın tərksilah edilməsinə, beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə, əlavə İsrail qoşunlarının çıxarılmasına və Qəzzanın yenidən qurulmasına nəzarət etməlidir.
“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ lideri yaxın günlərdə müharibədən sonrakı planların həyata keçirilməsi üçün Qəzza üzrə Sülh Şurasının tərkibini elan etməyi nəzərdə tutur. Nəşr qeyd edir ki, şuranın tərkibinin elan olunduqdan sonra ilk iclasının Davos Forumu çərçivəsində keçiriləcəyi gözlənilir. Məlumata görə, şura dövlət və hökumət başçılarından ibarət olacaq və ona şəxsən Tramp rəhbərlik edəcək. Trampın sədrliyi ilə təxminən 15 dünya liderinin şuraya daxil olacağı bildirilir. Şuraya qoşulması gözlənilən ölkələr arasında Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Qətər, Misir və Türkiyə də var. İsrailin Baş naziri Benyamin Netanyahu planı dəstəkləyib, lakin HƏMAS-ın silahsızlaşdırılması və Qəzzanın tam demilitarizasiyası üzərində israr edir.
Yanvarın 7-də isə Qahirədə görüşən Misir və Avropa İttifaqı liderləri oktyabr atəşkəsini izləmək üçün Qəzzaya beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini tələb ediblər. “Vəziyyət son dərəcə ağırdır. HƏMAS tərksilah olmaqdan imtina edir və sülh planının növbəti mərhələsinə doğru irəliləyişi əngəlləyir. İsrail isə beynəlxalq QHT-lərin fəaliyyətini məhdudlaşdırmaqla humanitar yardıma çıxışı ciddi şəkildə təhlükə altına alır”, - deyə Aİ-nin ali nümayəndəsi Kaya Kallas bildirib. O vurğulayıb ki, Qəzzada humanitar vəziyyətin hazırkı səviyyəyə qədər pisləşməsi üçün heç bir səbəb yoxdur.
Bu arada, BMT-nin Qaçqınlar Agentliyinin rəhbəri xəbərdarlıq edib ki, İsrailin təşkilata təzyiqi xidmətlərdə “böyük boşluq” yaratmaq riski daşıyır. BMT-nin Fələstin Qaçqınları üzrə Yardım və İşlər Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini isə jurnalistlərə bildirib ki, başqa heç bir təşkilatın bu ərazilərdə səhiyyə, təhsil və sosial xidmətlər göstərmək qabiliyyəti və ya “icma etibarı” yoxdur.
Yanvarın 12-də isə ABŞ, Türkiyə, Misir və Qətər Qəzza sektoru üzrə sülh planının ikinci mərhələsinin hazırlanmasına həsr olunmuş onlayn görüş keçiriblər. Bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. “Türkiyə xarici işlər naziri Hakan Fidan Qəzza üzrə sülh planının ikinci mərhələsinin hazırlanmasına həsr olunmuş onlayn görüşdə iştirak edib. Dekabr ayının sonunda Mayamidə keçirilən görüşün davamı olan müzakirələrdə, həmçinin ABŞ, Misir və Qətərdən olan rəsmi şəxslər iştirak ediblər”, - deyə məlumatda bildirilib.
Böyük Britaniyaya gəlincə, Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılması planlaşdırılan Qəzza Sülh Şurasına qoşulmaq imkanını nəzərdən keçirir. Böyük Britaniya diplomatları hazırda ABŞ Dövlət Departamentindən şuranın səlahiyyətləri və üzvlərinin rolu ilə bağlı daha ətraflı məlumat almağa çalışır. “The Sunday Times” nəşri Kir Starmerin bu quruma qoşulmaq üçün dəvət edildiyini yazıb.
Bütün bunlar göstərir ki, beynəlxalq birlik Qəzzada sülhün və sabitliyin təmin olunmasına çalışır. Lakin hələ də davam edən gərginlik Yaxın Şərqdə qan tökülməsinin dayandırlması üçün daha böyük səylər tələb edir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53

