Paşinyan Almaniyada...
11.12.2025 [10:45]
Azərbaycanın 2020-ci ildən sonra bölgədə yaratdığı yeni reallıqların mühüm perspektiv vəd etməsi bütün dünya, o cümlədən, Ermənistanın siyasi rəhbərliyi tərəfindən də etiraf olunur. Təsadüfi deyil ki, Ermənistan baş nazirinin Almaniyaya son səfərində verilən açıqlamaların mütləq əksəriyyəti də bu faktı təsdiqləyir.
Dekabrın 9-da Almaniyaya səfər edən Nikol Paşinyan Almaniyanın kansleri Fridrix Mertslə görüşüb. Fridrix Merts ilə birgə mətbuat konfransında Azərbaycana nəzərən bildirib ki, “Biz iki ölkə arasındakı düşmənçilik fəslinin bağlanması üçün yol açmağa sadiqik. Həm indi, həm də gələcəkdə hər hansı bir revanşizm cəhdini qətiyyətlə rədd edirik və istisna edirik.”
Paşinyan Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsinin Ermənistan və Türkiyə arasında əlaqənin açılması ilə yanaşı, Orta Dəhlizin vacib bir hissəsinə çevrilmək və Avropa, Cənubi Qafqaz və Orta Asiya arasında maneəsiz ünsiyyəti təmin etmək üçün hər cür şansa malik olduğunu da söyləyib: “Gələn il icra və tikinti mərhələsinə keçəcəyik. Bu layihənin həyata keçirilməsi regionda əlavə əlaqələr və qarşılıqlı münasibətlər yaradacaq və sülhün daha bir vacib amili olacaq”. O, 8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycan arasında Birgə Bəyannamənin imzalandığını xatırladıb.
“TR?PP Company” qeydiyyatdan keçəcək...
Paşinyan qeyd edib ki, Vaşinqtonda əldə edilən əsas irəliləyişlərdən biri hər bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında iki ölkə arasında daxili, ikitərəfli və beynəlxalq nəqliyyat üçün əlaqələrin açılması barədə razılaşma olub. o vurğulayıb ki, “Bu səylərə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikası ərazisindən maneəsiz əlaqənin təmin edilməsi, beynəlxalq və daxili daşımalar üçün qarşılıqlı faydaların təmin edilməsi daxildir”.
Baş nazir bildirib ki, TRIPP layihəsinin həyata keçirilməsi üçün ilkin şərtlər ABŞ ilə müzakirə olunur: bu, Ermənistanda dəmir yolu və avtomobil yolları, neft və qaz boru kəmərləri və fiber-optik rabitə sahələrində zəruri infrastrukturun qurulması hüququna malik olacaq birgə erməni-amerikan şirkətinin qeydiyyatdan keçirilməsini nəzərdə tutur. Məlumata görə, bu şirkət “TRIPP Company” adlanacaq.
Rəsmi Ankara ilə çox aktiv danışıqlar aparılır...
Paşinyan Almaniya Xarici Əlaqələr Şurasında “Ermənistanın sülhün, regional əlaqənin və Aİ ilə münasibətlərin institusionallaşdırılmasına yanaşmaları” mövzusunda panel müzakirəsi zamanı Ermənistan və Türkiyə arasında əlaqələrin intensivləşdiyini deyib. “Bu əlaqələr demək olar ki, bütün səviyyələrdə baş verir: mənimlə Prezident Ərdoğan, xarici işlər nazirlərimiz və xüsusi nümayəndələrimiz, iki Xarici İşlər Nazirliyi, eləcə də müvafiq sektor nazirlikləri arasında müvafiq görüşlər reallaşır. “Praktikada, hətta de-yure diplomatik münasibətlər olmadığı halda belə, rəsmi Ankara ilə çox aktiv danışıqlar aparılır və münasibətlər saxlayırıq”, - deyə Paşinyan vurğulayıb.
Baş nazir Paşinyan Ankaranın müsbət qərar verəcəyinə ümid etdiyini bildirib: “Ümid edirəm ki, Türkiyə Ermənistanla sərhədi açmaq və diplomatik münasibətlər qurmaq üçün siyasi qərarı verəcək”.
Baş nazirin sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, Ermənistan və Azərbaycan arasında sülh, TRIPP layihəsi, Gürcüstan və İranla mehriban qonşuluq münasibətləri və Rusiya ilə konstruktiv dialoq Cənubi Qafqazı Şimal-Cənub və Şərq-Qərb marşrutları ilə yanaşı, ən cəlbedici tranzit dəhlizlərindən biri kimi təqdim edə bilər. “Və biz bu tarixi fürsəti reallaşdırmaq üçün bütün səylərimizi göstəririk”, - deyə Ermənistanın Baş naziri vurğulayıb.
Bu gün Ermənistan ərazisindən yük keçə bilər...
Nikol Paşinyan onu da bildirib ki, Ermənistan bu gün Türkiyə ilə Azərbaycan arasında yüklərin öz ərazisindən keçməsinə icazə verməyə hazırdır. O, Azərbaycanın öz ərazisindən Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını xatırladıb. “Azərbaycan Prezidentinin bu qərarını və bəyanatını çox yüksək qiymətləndirirəm, çünki bu, çox mühüm və müsbət hadisədir. Cəmi bir neçə ay əvvəl mümkünsüz görünən bu proses artıq reallığa çevrilib. Qazaxıstandan Ermənistana Azərbaycan və Gürcüstan ərazisindən keçməklə dəmir yolu ilə taxıl daşınıb”, - deyə o bildirib.
Baş nazir bunun müstəqil Ermənistan tarixində misilsiz hadisə olduğunu vurğulayıb. Paşinyanın sözlərinə görə, Ermənistan həm siyasi, həm də texniki baxımdan Türkiyə ilə Azərbaycan arasında yüklərin öz ərazisindən tranzitinə icazə verməyə artıq bu gündən hazırdır. “Əminəm ki, sülhün bərqərar olunmasına gündəlik səylər, Vaşinqton bəyannaməsinin mətninə və ruhuna riayət edilməsi, eləcə də bu prosesi poza biləcək narrativlərdən imtina sayəsində Ermənistan və Azərbaycan hökumətləri iki ölkə arasında dayanıqlı sülhü institusionallaşdıra biləcəklər”, - deyə Paşinyan bildirib.
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

