Çexiyanın yeni hökuməti...
08.11.2025 [09:12]
“Çex Trampı” Babiş əsas namizəddir
Çexiya Prezidenti Petr Pavel Baş nazir Petr Fialanın hökumətinin istefasını qəbul edib və mövcud kabinetə yeni tərkib formalaşana qədər ölkəni idarə etməyi tapşırıb. Dövlət başçısı bildirib ki, baş nazirin, hökumətin istefasını qəbul edirəm və eyni zamanda, yeni kabinet təyin olunana qədər onlara vəzifələri yerinə yetirməyi tapşırıram. Daha sonra o, Fialadan bütün nazirliklərin yeni hökumətə rahat şəkildə ötürülməsini təmin etməsini xahiş edib. Qeyd edək ki, Petr Fialanın hökuməti Çexiya parlamentinin açılış sessiyasından sonra istefa vermək qərarına gəlib. Çexiyanın yeni hökumətinin dekabrın ortalarından gec olmayaraq vəzifələrinin icrasına başlaması planlaşdırılır.
Təkbaşına hökumət alınmadı...
Xatırladaq ki, bu ilin oktyabrın əvvəlində Çexiyada baş tutan parlament seçkilərində ANO partiyası qalib gəlib. Amma əldə olunan mandatların sayı bu partiyanın təkbaşına hökumət qurmağa kifayət etməyib. Qeyd edək ki, ANO partiyası Ukraynaya yardımın azaldılmasına dəstək verməsi ilə tanınır. Sabiq Baş nazir Babişin rəhbərlik etdiyi partiya seçkidə 35 faiz səs toplamışdı. Hazırda istefa verən qərbyönlü koalisiya olan SPOLU isə 23 faizlə ikinci yeri tutmuşdu. Bundan başqa, Avropayönümlü STAN (11,1 faiz) və “Piratlar” (8,7 faiz), həmçinin sağ təmayüllü SPD (7,9 faiz) və “Avtomobilçilər” (6,8 faiz) partiyaları da yeni parlamentdə iştirak etmək hüququ qazanmışdı.
Babiş Çex Respublikasında yeddinci ən varlı şəxs sayılır və “Forbes” jurnalı onun sərvətini 3,3 milyard avro qiymətləndirir. ANO lideri 2017-ci ildən 2021-ci ilə qədər baş nazir vəzifəsində çalışıb və holdinq şirkəti Agrofert ətrafındakı korrupsiya qalmaqalı səbəbindən seçkilərdə məğlub olduqdan sonra istefa verib. O dövrdə Babiş kurort tikintisi üçün qanunsuz olaraq Aİ subsidiyaları almaqda ittiham olunurdu, lakin sonradan bəraət qazandı.
Politico analitikləri isə seçkidən həmən sonra bildirirdilər ki, ANO-nun parlament seçkilərində qələbəsi Çex Respublikasının Avropa Birliyi və NATO ilə münasibətlərində gərginliyə səbəb ola bilər.
3-lü “hakim partiya”...
Qeyd edək ki, yeni hökuməti qurmaq üçün Babiş noyabrın 3-də ifrat sağçı SPD və “Avtomobilçi” paritya ilə koalisiya müqaviləsi imzalayıb. Dörd həftəlik danışıqlardan sonra tərəflər gələcək hökumətin əsas proqram məqsədləri, eləcə də nazir portfellərinin partiyalar arasında bölüşdürülməsi barədə razılığa gəliblər. Xarici mətbuatın yazdığına görə, saziş siyasi prioritetləri, nazirlərin sayını və hökumət üçün kadr formalaşması prinsiplərini müəyyən edib. Növbəti addım hökumət tərkibi ilə bağlı təkliflərin təqdimatı olacaq və bundan sonra parlamentdə səsvermə baş tutacaq. SPD lideri Tomio Okamuranın parlamentin sədri olacağı gözlənilir. İlkin məlumatlara görə, Babişin kabineti 15 nazirdən ibarət olacaq ki, onların yarısı ANO, beşi SPD, ikisi isə Avtomobilçilər tərəfindən təyin olunacaq.
Qatı Ukrayna əleyhdarı olan koalisiya...
Vurğulandığı kimi, Babişin rəhbərlik etdiyi ANO partiyası Ukraynaya hərbi yardımın azaldılması tərəfdarıdır və Kiyevin Aİ üzvlüyünə qarşı çıxır. Konkret olaraq, Babiş Çexiyanın Ukraynaya artilleriya sursatının tədarükü üçün “Çexiya təşəbbüsü” adlanan layihədə iştirakını dayandırmaq niyyətindədir. O, həmçinin Aİ-nin ekoloji gündəmini və miqrasiya paktını tənqid edir. Babişi tez-tez “Çex Trampı” adlandırırlar - o, dəfələrlə ABŞ Prezidentini “dost” adlandırıb. ANO-nun müttəfiqləri də eyni mövqeni bölüşür . SPD avroskeptik və miqrasiya əleyhinə ritorikası ilə tanınır. Bu partiya da Ukraynaya hərbi və maliyyə yardımının və ukraynalı qaçqınların qəbulunun qəti əleyhinədir. Seçki kampaniyası zamanı SPD sədri Okamura dəfələrlə Ukrayna əleyhinə, xüsusən də Çexiya Respublikasında ukraynalı qaçqınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı açıqlamalar verib. Digər müttəfiq isə Aİ-nin iqlim siyasətini tənqid edir.
SADİQ
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

