Yaponiya tarixində ilk qadın Baş nazir...
24.10.2025 [09:35]
Sanae Takaiçi inflyasiya ilə mübarizə üzrə genişmiqyaslı tədbirlər hazırlayır
Yaponiyada Baş nazir Şiqeru İşibanın hakim Liberal Demokrat Partiyasının (LDP) sədri vəzifəsindən istefa verməsindən sonra yeni hökumət başçısının seçilməsi gündəmə gəlmişdi. Xatırladaq ki, Şiqeru İşiba ötən ilin oktyabrında Fumio Kişidanın başçılıq etdiyi hökumətin istefasından sonra Liberal Demokrat Partiyasının rəhbəri vəzifəsini icra edirdi.
İyulun 20-də Yaponiyada parlamentin yuxarı palatasına keçirilən seçkilərdə Ş.İşibanın rəhbərlik etdiyi Liberal Demokrat Partiyası (LDP) və onun koalisiya tərəfdaşı “Komeito” qələbə çalsa da, palatadakı bir çox yerləri itirib. Ölkənin müasir tarixində bu, ilk belə siyasi hadisə idi. Demək olar ki, yuxarı palatada hakim koalisiya 248 yerin yarısından azına nəzarət edir, bu da hökumətin qanun qəbul etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Son seçkilərin nəticələrinə görə, müxalif partiyalar - Konstitusiya Demokratiya Partiyası və Xalqın Demokratiya Partiyasının parlamentin yuxarı palatasında mandatının sayı artıb.
İyulun 20-dəki seçkilərdə istədiyi nəticəni əldə etməyən Şiqure İşiba LDP-nin rəhbəri və baş nazir vəzifəsindən istefa vermək barədə düşünürdü. Yaponiya KİV-ləri iddia edirdi ki, İşiba avqustun sonunda istefa verə bilər. Lakin İşiba istefa verməyə tələsmədi - o, qərarını verməmişdən öncə keçmiş hökumət başçıları - Yoşihide Suqa, Fumio Kişida və Taro Aso ilə görüşlər keçirdi - məlumatlara görə, görüş zamanı yeni hökumətin formalaşması ilə bağlı məsələni onlarla ətraflı müzakirə edib. Nəticə etibarilə , o, oktyabrda istefa verdi.
Artıq Yaponiya parlamenti ölkənin yeni Baş nazirini seçib. Bu, hakim Liberal Demokrat Partiyasının (LDP) sədri, xanım Sanae Takaiçidir. O, İşiba hökumətində iqtisadiyyat və xarici işlər naziri kimi yüksək postları tutub. Şiqeru İşibanın hakim partiyanın rəhbəri vəzifəsindən istefa verdiyini açıqlamasından sonra oktyabrın 4-də keçirilən seçkidə S.Takaiçi partiyanın sədri seçilmişdi. Parlamentin aşağı palatasından sonra yuxarı palata da 64 yaşlı S.Takaiçinin ölkənin Baş naziri vəzifəsinə seçilməsi barədə qərar qəbul edib. Beləliklə, Yaponiya tarixində ilk dəfə olaraq hökumətə qadın rəhbərlik edəcək.
Qeyd edək ki, hakim LDP müxalifətin əsas siyasi gücü olan Yaponiya İnnovasiya Partiyası (JIP) ilə oktyabrın 20-də koalisiya hökuməti qurmaq barədə razılığa gəlib. Bu da LDP lideri Sanae Takaiçinin ölkənin ilk qadın Baş naziri olmasına zəmin yaradıb. Razılıq Takaiçi və JIP rəhbəri Hirofumi Yoşimura arasında telefon danışığından sonra əldə edilib. Bu addım “Komeito” partiyasının LDP ilə 26 illik koalisiyasına son qoymasından sonra atılıb və Yaponiyanın siyasi mənzərəsində böyük dəyişiklik olduğunu göstərir.
Xatırladaq ki, LDP-nin 465 üzvü olan aşağı palatada 196 yeri var və onun iclasında 233 səslə Baş nazir seçilməli idi.
Parlamentdə Yaponiya Konstitusiya Demokratik Partiyası 148, JIP 35, Xalq Naminə Demokrat Partiyası 27 və “Komeito” 24 mandata malikdir. Digər tərəfdaşlarla razılaşmadan sonra hakim partiya seçkilərdə lazımi səs toplaya bilib.
Yaponiyanın NHK kanalının məlumatına görə, yeni Baş nazir kabinet üzvlərini tezliklə açıqlayacaq. LDP-də sədr seçkisində onun əsas rəqibi olan Koizumi Şincironun müdafiə naziri, digər rəqibi Hayaşi Yoşimasanın isə daxili işlər və kommunikasiya naziri təyin olunacağı güman edilir. Bildirilir ki, Takaiçi Sanae artıq partiyanın keçmiş Baş katibi Moteqi Toşimitsunu xarici işlər naziri, Katayama Satsukini isə maliyyə naziri təyin etməyi qərarlaşdırıb.
Yeni Baş nazir artıq bir sıra hədəflər istiqamətində tədbirlərə başlayıb. Belə ki, Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi ev təsərrüfatlarının inflyasiya ilə mübarizə aparmasına kömək etmək üçün keçənilki 92 milyard dolları keçəcək iqtisadi stimul paketi hazırlayır. “Reuters” agentliyi xəbər verir ki, yeni Baş nazirin strategiyası 3 əsas sütun üzərində qurulacaq: inflyasiya ilə mübarizə tədbirləri, inkişaf edən sənaye sahələrinə investisiyalar və milli təhlükəsizlik.
İnflyasiyanın azaldılması səylərinin bir hissəsi olaraq, Takaiçi administrasiyası müvəqqəti benzin vergisi dərəcəsini tez bir zamanda ləğv etməyi planlaşdırır. O, həmçinin əməkhaqqını artırmaq üçün mövcud vergi güzəştlərindən istifadə edə bilməyən kiçik və orta biznesin dəstəklənməsinə diqqət yetirəcək. Yeni hökumət bu məqsədlə subsidiyalarını genişləndirməyi hədəfləyir.
Paket, həmçinin hökumətin strateji iqtisadi inkişafa diqqət yetirdiyi üçün süni intellekt və yarımkeçiricilər kimi inkişaf sektorlarına investisiyaları da əhatə edəcək. “Reuters”in mənbələrinin məlumatına görə, paketin dəqiq həcmi hələ müəyyən edilməyib və məbləğ gələn ayın əvvəlində elan edilə bilər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

