Yaxın Şərq yenidən qaynar nöqtəyə çevrilir
02.10.2025 [09:31]
Qərb bölgəyə hərbi qüvvələrini cəmləşdirir
Yaxın Şərqdə bütün regiona öz təsirini göstərəcək yeni siyasi proseslər meydana gəlməkdədir. Beynəlxalq və regional güc mərkəzlərinin geosiyasi mübarizə poliqonuna çevrilən bu regionda böyük müharibəyə və hərbi qarşıdurmalara gətirib çıxaran proseslər yenidən qaynamağa başlayıb. Hər zaman olduğu kimi, regiondaxili və regiondan kənar güc mərkəzləri Yaxın Şərqdə öz geosiyasi və geostrateji maraqlarını təmin etməkdə israrlıdır. Bəzən bu maraqlar dialoq, bəzən isə hərbi güc yolu ilə təmin olunub. Regionda bu günə qədər baş verən hadisələr bunu deməyə əsas verir. Son proseslər fonunda ABŞ-ın Yaxın Şərqə fokuslanması, xüsusilə də hazırkı administrasiyanın region ölkələri ilə əməkdaşlığı genişləndirməsi, regionla bağlı böyük layihələr hazırlaması və regionla sərhəd olan Aralıq, Qırmızı və Ərəb dənizlərində, o cümlədən Körfəz sularında hərbi qüvvələrini cəmləşdirməsi onu deməyə əsas verir ki, Vaşinqton Yaxın Şərq strategiyasında ciddi dəyişikliklər etmək niyyətindədir. Böyük ehtimalla, bu dəyişiklik özünü ilk növbədə hərbi gücdə göstərəcək. Belə ki, ABŞ-ın aviadaşıyan və kontinental ballistik raketlərlə təcili olunmuş hərbi gəmiləri Yaxın Şərqə doğru hərəkət etməyə başlayıb - ABŞ-ın iki qırıcı təyyarədaşıyan gəmisi - Ronald Reyqan Hörmüz boğazına, USS Gerald R. Ford gəmisi isə Cəbəllütariq boğazını keçərək İsrail sahillərinə tərəf irəliləyir. Bununla yanaşı, ABŞ-ın yanacaq daşıyan təyyarələri də Yaxın Şərqə yollanıb - “Clash Report”un məlumatına görə, artıq iki-üç təyyarə Böyük Britaniyanın RAF Mildenhall aviabazasına və ABŞ-ın Qətərdəki Əl Udeid Hərbi Hava Qüvvələri bazasına enib. Böyük Britaniya da hərəkətə keçib - rəsmi London Kral Hərbi Hava Qüvvələrinə məxsus RC-135W Rivet Joint gəmisini Yaxın Şərqə göndərib. Qeyd edək ki, Vaşinqton bu qərarı sentyabrın 30-da “Müharibə Departamenti” tərəfindən təşkil olunan generalların görüşündən sonra verib. Bu görüşdə ABŞ-ın 800 general və admiralı, o cümlədən Avropa, Yaxın Şərq və Asiya-Sakit okean regionunda xidmət edən komandirlər və yüksək rütbəli zabitlər iştirak ediblər.
Heqsetdən beynəlxalq ictimaiyyətə mesaj
“Müharibə Departamenti”nin katibi Pit Heqset ABŞ-ın generallarının toplantısında mühüm bəyanatlar səsləndirib, dünya ictimaiyyətinə mesajlar ötürüb. Heqset qeyd edib ki, ABŞ-ın əsas vəzifəsi müharibələrin qarşısını alan gücə sahib olmaqdır. “Əgər düşmənlərimiz ağılsızcasına bizə meydan oxumaq qərarına gəlsələr, Müharibə Departamentinin gücü, dəqiqliyi və şiddəti onları əzəcək. Oyunlara vaxt yoxdur, biz müharibəyə hazır olmalıyıq,” - deyə Heqset əlavə edib ki, “Müharibə Departamenti”nin yeni missiyası yalnız döyüş əməliyyatları olacaq: “Heç kim müharibə istəmir, biz sülhü sevirik. Bizim planetin ən güclü, ən ölümcül və ən yaxşı təlim keçmiş ordusu var. Heç kim bizimlə bərabər ola bilməz, heç kim bizimlə rəqabət apara bilməz. Sülh istəyiriksə, savaşa hazır olmalıyıq. Bütün Amerika ordusunu və yüksək zabit heyətini hazır vəziyyətdə olmağı tapşırıram”. Heqset, həmçinin vurğulayıb ki, ABŞ ordusu öz tarixi köklərinə qayıdır: “Pentaqon bu gündən etibarən müharibə departmenti olaraq yalnız döyüşə hazırlaşmağa başlayacaq. Pentaqon 1947-ci ildə olan köklərinə qayıdır və müharibə üzrə departmentə çevrilir”. “Müharibə Departamenti”nin toplantısında Prezident Donald Tramp da çıxış edib - Ağ Evin rəhbəri də ABŞ-ın dünyanın ən güclü, dayanıqlı və dünyanın hər yerində ölkənin maraqlarını təmin etmək iqtidarında olan orduya malik olduğunu bildirib.
İki hadisə arasında uzlaşma
Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Tramp administrasiyası Yaxın Şərq siyasətində hərbi gündəmdən istifadə etməsi istisna deyil.
“Generalların görüşü və dərhal ABŞ donanmasının Hörmüz bölgəsinə yönləndirilməsi arasında aydın sinxronluq var. Bu, həm daxili, həm də xarici auditoriyaya mesajdır. ABŞ həm güc nümayiş etdirərək İran və digər regional aktorlara xəbərdarlıq göndərir, həm də müttəfiqlərinə dəstək siqnalı verir. Yəni siyasi bəyanat və hərbi hərəkət birlikdə istifadə olunaraq “söz və güc” arasında balans yaradılır. Məqsəd qarşı tərəfi təzyiq altında saxlamaq və diplomatik manevr imkanlarını genişləndirməkdir,” - deyə V.Zifəroğlu vurğulayıb ki, Tramp administrasiyası Yaxın Şərqdə hərbi gücdən istifadəyə açıqdır. “Bu, genişmiqyaslı müharibədən çox “ölçülü və seçmə” hücumlarla müşahidə oluna bilər. Potensial hədəflər İranın nüvə və hərbi infrastrukturu, xüsusən də İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı obyektlər, Hörmüz boğazındakı İranın dəniz qüvvələri və raket sistemləri, İranın dəstəklədiyi proksi qüvvələr, regionda ABŞ və müttəfiqlərinə təhdid yaradan dron və raket bazaları ola bilər. Beləliklə, ABŞ-ın hədəfi birbaşa “rejim dəyişikliyi” deyil, daha çox maraqlarına uyğun güc balansını yaratmaqdır”.
Sərt güc siyasəti Vaşinqtona uğur qazandıra bilər, amma....
V.Zifəroğlu bildirib ki, Trampın sərt güc siyasəti perspektivdə ABŞ-a üstünlük qazandırsa da, regionda gərginliyi artıracaq. “ABŞ-ın güc nümayişi İranı və onun proksi qüvvələrini daha ehtiyatlı davranmağa məcbur edə bilər. Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi təmin oluna bilər, ABŞ müttəfiqləri Vaşinqtonun dəstəyini daha açıq şəkildə hiss edər. Lakin eskalasiya riski çox yüksəkdir. İran asimmetrik cavablarla regiondakı ABŞ bazalarına, dəniz marşrutlarına və müttəfiq ölkələrə zərbə endirə bilər. Bu isə enerji bazarlarını silkələyər, qlobal iqtisadiyyata mənfi təsir göstərər.
Nəticə etibarilə, Trampın sərt güc yanaşması daha çox “təzyiq vasitəsi” rolunu oynayacaq, lakin onun davamlı tətbiqi bölgədə sabitliyi sarsıdacaq və genişmiqyaslı qarşıdurma riskini artıracaq”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

