Qatı sağçı fəal Çarli Kirk öldürüldü
12.09.2025 [10:29]
Sui-qəsdin arxasında hansı səbəb dayanır?
Amerikalı siyasi fəal və Prezident Donald Trampın qatı tərəfdarı Çarli Kirk sui-qəsd nəticəsində öldürülüb. O, Yuta Universitetində çıxış edərkən boyun nahiyəsinə atəş açılıb. Atəş nəticəsində tədbir yarıda kəsilib, Kirk mühafizəçilər tərəfindən ərazidən aparılıb. Siyasi fəal xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Çarli Kirk “Turning Point USA” adlı sağ yönümlü tələbə təşkilatının qurucusudur və ABŞ-da gənclər arasında mühafizəkarlığın təbliğatçısıdır.
Amerika ictimaiyyətində qatı mühafizəkar siyasi fəal, yazar və media nümayəndəsi kimi tanınan Çarli Kirk 1993-cü ildə ABŞ-ın Çikaqo ştatında anadan olub. Qeyd edək ki, Ç.Kirkin siyasətə marağı kollecdə tələbə olarkən başlayıb - o, 16 və ya 17 yaşında ABŞ Senatına respublikaçı namizəd Mark Kirkin seçki kampaniyasının təşkilatçılardan biri olub. Ç.Kirk universitetə qəbul olunsa da, ali təhsilini davam etdirməyib və 18 yaşından etibarən aktiv siyasi fəaliyyətə cəlb olub - o, 2012-ci ildə “Turning Point USA” (TPUSA) adlı sağ yönümlü tələbə təşkilatının əsasını qoyub. Bu təşkilat ABŞ universitetlərində və kolleclərində gənclər arasında mühafizəkar ideologiyanı və azad bazar iqtisadiyyatı prinsiplərini təbliğ edir. ABŞ-da geniş siyasi təsir imkanlara malik olan təşkilat hesab olunur. ABŞ KİV-lərinin məlumatına görə, Kirkin TPUSA təşkilatı mühafizəkarlığı dəstəkləyən milyarderlər tərəfindən maliyyələşdirilir. Eyni zamanda Kirk mütəmadi olaraq “Fox News”, o cümlədən mühafizəkarlığı təbliğ edən kanallarda çıxış edirdi. Çarli Kirkin özünün “The Charlie Kirk Show” adlı məşhur podkastı və radio proqramı da olub. Bu proqram çərçivəsində Ç.Kirk əsasən ABŞ siyasəti, mədəni, dini və ailə dəyərlərinin təbliğatı ilə bağlı mövzulardan danışırdı. Ç.Kirk Donald Trampın güclü tərəfdarlarından biri olub - o, ABŞ-da solçuluğu, liberal ideologiyanı kəskin tənqid edirdi. Kirkin əleyhdarları onu radikal irqçi və dindar olmaqda ittiham edirdilər. “Vaşinqton Post” qəzeti Ç.Kirki ultra-sağ cəbhənin ən öndə gedən simalardan biri hesab edirdi.
Ç.Kirk qatı İsrail tərəfdarı idi - o, çıxışlarında dəfələrlə hazırkı Fələstin torpaqlarının Allah tərəfindən yəhudilərə verildiyini və İsrailin mövcudluğunun və müstəqilliyinin qorunması və təminatında ABŞ-ın xristianlıq qarşısında öhdəlik daşıdığını bəyan edirdi. Mühafizəkar fəal, həmçinin İsrailin Qəzzada hərbi əməliyyatlar aparmaq haqqı olduğunu qeyd edirdi. Ç.Kirkin Rusiyaya da münasibəti çox müsbət idi və Kremlin rəhbəri Vladimir Putinin siyasi mövqeyini dəstəkləyirdi. Belə demək mümkünsə, Kirk qatı Putin sevdalısı idi. O, Ukrayna Prezidenti Volodimir Zelenskini qeyri-legitim lider kimi görürdü - bir neçə çıxışında Krım daxil olmaqla Cənub-şərqi Ukrayna ərazilərini Rusiyanın tarixi torpaqları, eləcə də Ukraynanın “süni” dövlət olduğunu qeyd etmişdi. ABŞ-Rusiya münasibətlərinə dair çıxışlarında Ç.Kirk iki nəhəng ölkə arasında diplomatik-siyasi, iqtisadi-ticari və hərbi-təhlükəsizlik sahələrində ikitərəfli əlaqələrin bərqərar olmasının zəruriliyini vurğulayıb.
Artıq Çarli Kirkin öldürülməsi ilə bağlı müəyyən iddialar dolaşmaqdadır. Bəzi iddialara görə, Kirk öz siyasi baxışlarına görə əleyhdarları tərəfindən öldürülüb. Bəzilər isə bu sui-qəsdin ölkə daxilində ciddi çaxnaşma yaratmaq üçün məqsədyönlü şəkildə təşkil edildiyini hesab edir. Amma yayılan iddialara baxmayaraq, Kirkin öldürülməsinin səbəbləri tam və dəqiq sübuta yetirilməyib - bu, uzun zaman apara bilər. Xüsusilə qeyd edək ki, Kirkə sui-qəsd təşkil etməkdə şübhəli bilinərək saxlanılan şəxs sərbəst buraxılıb.
Sui-qəsddən dərhal sonra Prezident Donald Tramp Çarli Kirki güllələyən şəxs üçün dərhal və əfvsiz ölüm hökmü nəzərdə tutan əmr imzalayıb. Ağ Evin rəhbəri öz “Truth Social” şəbəkə hesabında hadisədən dərin kədərləndiyini qeyd edib - “Böyük və hətta əfsanəvi Çarli Kirk vəfat edib. ABŞ-da gənclərin ürəyini və düşüncələrini Çarli qədər heç kim anlamamışdı. O, hər kəs tərəfindən sevilir və hörmət edilirdi, xüsusilə, mənim tərəfimdən və indi artıq bizimlə deyil. Melanya və mənim başsağlığımız onun gözəl həyat yoldaşı Erika və ailəsinə çatır. Çarli, səni sevirik!” Hadisənin Amerikanı qaranlığa qərq etdiyini bildirən Tramp bu kimi zorakılıq hallarına qarşı mübarizə aparacaqlarını deyib: “Mənim administrasiyam bu və digər siyasi zorakılıqlarda əli olan hər bir şəxsi, o cümlədən bu əməlləri maliyyələşdirən və dəstəkləyən təşkilatları, eləcə də ölkəmizdə nizam-intizamı təmin edən hakimlərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və digər şəxslərə qarşı çıxanları tapacaq”, - deyə Tramp bildirib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

