Azərbaycan - Türkiyə: Bütün istiqamətlərdə uğurlu əməkdaşlıq
02.09.2025 [12:59]
Hazırda dostluq, qardaşlıq münasibətləri zirvədə olan Azərbaycan və Türkiyə ikitərəfli formatda sıx əməkdaşlıq etdikləri kimi, beynəlxalq səviyyədə də koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünlərdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çinin Tiencin şəhərində baş tutan Zirvə görüşündə bir araya gəlibər. Liderlərin görüşündə qardaşlıq və strateji müttəfiqliyə əsaslanan ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən enerji, nəqliyyat sahələrində daha da genişlənməsindən məmnunluq ifadə olunub.
Mühüm regional və qlobal əhəmiyyət daşıyan enerji dialoqu
Qardaş ölkələr olan Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə əməkdaşlıq çoxvektorludur və burada enerji sektoru xüsusilə fərqlənir. Məlumdur ki, zəngin resurslara malik Azərbaycanın müstəqillik dövründə enerji siyasəti üç mərhələdən keçib. Birinci mərhələdə respublikamız yalnız neft ölkəsi kimi tanınırdı. Sonradan enerji siyasətimizin mavi yanacaq dövrünə start verildi. Hazırda isə respublikamız özünün uğurlu enerji siyasətinin üçüncü mərhələsinə başlayıb. Bu mərhələdə Abşeronun, işğaldan azad edilmiş ərazilərin, Naxçıvanın zəngin “yaşıl enerji” potensialından istifadə olunur. Əlamətdar haldır ki, hər üç mərhələdə enerji siyasətimizin uğurla həyata keçirilməsində qardaş Türkiyə Azərbaycanın yanında olub. İndiyədək Azərbaycanın moderatorluğu ilə reallaşdırılan Bakı - Tbilisi - Supsa, Bakı - Tbilisi - Ərzurum, Bakı - Tbilisi - Ceyhan, Cənub Qaz Dəhlizi kimi regional və qlobal əhəmiyyət daşıyan nəhəng enerji layihələrinin həyata keçirilməsində Türkiyə böyük fəallıq göstərib. Bir sıra hallarda müəyyən dairələr qeyd olunan layihələrin həyata keçirilməsinə maneçilk törətməyə çalışıblar. Məsələn, zamanında Azərbaycan özünün Xəzərdəki “Şahdəniz” yatağının ehtiyatlarının Avropa məkanına çatdırılmasını hədəfləyən Cənub Qaz Dəhlizi ideyasından çıxış edərkən buna ayrı-ayrı ölkələrdən və beynəlxalq təsisatlardan etirazlar gəldi. Həmin dairələr layihənin guya səmərəsiz olduğunu əsaslandırmağa çalışırdılar. Belə olanda Azərbaycan və Türkiyə qardaş ölkələr olaraq məsuliyyəti öz üzərlərinə götürdülər. Qısa müddətdə Türkiyənin ərazisində Cənub Qaz Dəhlizinin çox mühüm seqmenti olan Trans -Anadolu (TANAP) boru kəməri çəkildi. Bu xətt Trans - Adriatik (TAP) boru kəməri ilə birləşməklə Azərbaycan qazının Avropaya ötürülməsində müstəsna rol oynayır.
Bugünlərdə Azərbaycanla Türkiyənin enerji əməkdaşlığında yeni bir səhifə açılıb. Söhbət Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Suriyaya ötürülməsindən gedir. Avqustun 2-də Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya təbii qaz boru kəmərinin rəsmi açılış mərasimi keçirilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır.
Azərbaycan və Türkiyə arasında “yaşıl enerji” üzrə əməkdaşlığın perspektivləri də kifayət qədər böyükdür. Birgə səylərlə “yaşıl enerji” dəhlizinin yaradılması planlaşdırılır. Qeyd edək ki, cari ilin aprel ayında “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Liderlərin görüşündə bütün bu məsələlərin müzakirəsinə geniş diqqət çəkilib. Söhbət zamanı SOCAR ilə Türkiyənin “Botaş” şirkəti arasında əməkdaşlığa toxunulub və bu xüsusda Azərbaycan qazının Qətərin maliyyə dəstəyi ilə Türkiyə ərazisindən Suriyaya çatdırılmasının önəmi qeyd edilib. Həmçinin Azərbaycanla Türkiyənin digər ölkələrdə birgə enerji layihələrinin icrasına dair məsələlər müzakirə olunub.
Böyük perspektiv vəd edən nəqliyyat layihələri
Liderlərin ŞƏT çərçivəsində baş tutan görüşündə bir neçə gün əvvəl Qars-İğdır-Dilucu dəmir yolu xəttinin təməlinin qoyulmasının əhəmiyyəti vurğulanıb, Azərbaycanda, o cümlədən Naxçıvan regionunda həyata keçirilən dəmir yolu layihələri barədə fikir mübadiləsi aparılıb.
Bütövlükdə, nəqliyyat sektoru da Azərbaycan - Türkiyə əməkdaşlığının prioritet istiqamətlərindən birini təşkil edir. Qardaş ölkə yenə də Azərbaycanın moderatorluğu ilə inşa olunan Bakı - Tbilisi - Qars (BTQ) dəmir yolu xəttinin ərsəyə gəlməsində yüksək fəallıq göstərib. Ötən il Azərbaycan Prezidentinin siyasi iradəsi və uzaqgörənliyi sayəsində BTQ-nin illik ötürücülük imkanları 5 milyon tanadək artırıldı. Hazırda BTQ Avrasiya regionunda çox mühüm bağlantı qismində çıxış edir və onunla daşımalar getdikcə artır.
Liderlərin görüşündə diqqət çəkilən layihələr Zəngəzur dəhlizinin (Tramp marşrutunun) inkişaf etdirilməsi məqsədi ilə inşa olunur. Məlum olduğu kimi, bir qədər bundan əvvəl Vaşinqtonda Zəngəzur dəhlizinin (Tramp marşrutunun) yaradılması ilə bağlı prinsipial razılaşma əldə olunub. Zəngəzur dəhlizi Transxəzər marşrutunun önəmli bir qolu olacaq. Çindən, Mərkəzi Asiya dövlətlərindən gələn yüklər Azərbaycan üzərindən keçməklə Zəngəzur dəhliszi vasitəsilə Türkiyəyə, oradan isə Avropaya ötürüləcək. Yeri gəlmişkən, liderlərin görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi müzakirə olunub və bu xüsusda Türkiyənin regional məsələlərdə sabitləşdirici rolu yüksək qiymətləndirilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

