Suriya ilə İsrail arasında saziş imzalanacaq?
26.08.2025 [10:35]
Yaxın zamanda Suriya və İsrail ABŞ-ın vasitəçiliyi ilə təhlükəsizlik barədə saziş imzalaya bilərlər. Ərəb KİV-nin məlumatına görə, Vaşinqton Suriyanın keçid dövrünün prezidenti Əhməd Əl-Şaraa, İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüşün təşkili yönündə fəal iş aparır - onların məlumatında qeyd olunur ki, bu istiqamətdə prosesi intensivləşdirmək üçün bu yaxınlarda Suriyanın yeni hakimiyyəti BMT-də danışıqlar aparmaq üçün xüsusi səlahiyyətlərə malik yeni nümayəndəsini təyin edib. Üçtərəfli görüş sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tuta bilər. Bu görüşdə tərəflərin Suriya ilə İsrail arasında gərginliyin azaldılmasına yönəlmiş bir sıra sənədlər imzalamaq niyyətində olduğu iddia olunur. “Al-Arabiya” qeyd edir ki, bu həftə Parisdə İsrailin Strateji məsələlər naziri Ron Dermer və Suriyanın Xarici İşlər naziri Əsəd əl-Şibani arasında baş tutan danışıqlarda mühüm irəliləyiş əldə olunub - tərəflər mübahisəli məsələlərin 80 faizi üzrə razılığa gəliblər və məsləhətləşmələri Bakıda və Parisdə davam etdirməyə hazırdırlar. Əhməd Əl-Şaraa da yerli KİV-lərə açıqlamasında İsrail və Suriya nümayəndələrinin Parisdəki son görüşündə bəzi məsələlər üzrə müəyyən razılaşmaların əldə olunduğunu bildirib. “Biz ikitərəfli razılaşmalara doğru irəliləyiş əldə etmişik. Hazırda müzakirə olunan razılaşma təhlükəsizlik və stabilliyi təmin etmək məqsədi daşıyır,” - deyə Suriyanın dövlət rəhbəri vurğulayıb. Qeyd edək ki, Bakıda da İsrail və Suriya nümayəndələri arasında bir neçə görüş baş tutub.
Saziş imzalana bilər, amma...
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Suriya və İsrailin bütün məsələlər üzrə tam yekun razılaşmaya gəlməsi üçün uzun zamana ehtiyac var. “Həm Suriya, həm İsrail danışıqları davam etdirməkdə maraqlıdır. Amma Suriyanın yeni rəhbərliyi İsrailə bir sıra tələblər irəli sürür. Bu tələblər budur ki, İsrail qoşunlarını Colan təpələrindən geri çəkməli, Suriyanı bombalamağı dayandırmalı və Suriyanın ərazisində müəyyən silahlı birləşmələri hökumətə qarşı üsyana təşviq etməyə son verməli, ən əsası da Suriyanın ərazi bütövlüyünə hörmət etməlidir. Suriya ilə İsrail arasındakı hazırki danışıqlar məhz bu istiqamətdə aparılır. Bu günə kimi ortaya çıxan dəlillər onu deməyə əsas verir ki, Suriyada bəzi etnik qrupların, xüsusilə də ölkənin cənubunda məskunlaşan druzların təşkilatlanmasına və silahlanmasına İsrail tərəfindən dəstək verilir. Bu da Suriyanın yeni hakimiyyətini narahat etməyə bilməz. İsrail Suriyada öz strateji maraqlarına nail olmaqda israrlıdır. Ona görə də Suriya ilə İsrail arasındakı mövcud problemlərin tez bir zamanda öz həllini tapması inandırıcı görünmür,” - deyə S.Hümbətov Suriya ilə İsrail arasında hər hansı sazişin imzalanmasını mümkün hesab edib. “Suriya ilə İsrail arasında hər hansı mühüm saziş imzalana bilər. Amma bu ehtimalın nə zaman baş tutacağına gəlincə, bu, yalnız danışıqlar prosesinin gedişatından asılıdır”.
Bütün tərəflər maraqlıdır
Politoloq Asif Nərimanlı qəzetimizə məsələ ilə bağlı şərhində qeyd edib ki, Suriya ilə İsrail arasında xüsusi əhəmiyyət kəsb edən anlaşmanın əldə edilməsində bütün tərəflər maraqlıdır. “Hər bir tərəfin bu məsələdə öz maraqları var və öz maraqlarının təmin olunmasını istəyir. Başlıca olaraq, ABŞ buna daha çox səy göstərir. Bildiyimiz kimi, Donald Tramp Ağ Evə qayıtdıqdan sonra ABŞ beynəlxalq səviyyədə sülh təşəbbüskarı kimi çıxış edir. Tramp administrasiyası Suriya ilə İsrail arasında mühüm bir sazişin imzalanmasına nail olmaqla öz sülh gündəliyində növbəti böyük uğura imza atmaq istəyir. Eyni zamanda, Suriya ilə İsrail arasında anlaşmaya nail olduqdan sonra “İbrahim” razılaşmaları üzərindən Yaxın Şərqdə yeni geosiyasi vəziyyət formalaşdırmaq niyyətindədir. Əgər Suriya ilə İsrail arasında anlaşma əldə olunmazsa, iki ölkə arasında danışıqlar prosesi fiaskoya uğrayarsa, Yaxın Şərq Türkiyə ilə İsrail arasında qarşıdurma meydanına çevrilə bilər. Belə bir halın baş verməsi Tramp administrasiyası üçün arzuolunan deyil,” - deyə A.Nərimanlı vurğulayıb ki, Türkiyə və İsrailin Suriyada geosiyasi və geostrateji maraqları toqquşsa da, nə Ankara, nə də Təl-Əviv qarşıdurmaya cəhd göstərmirlər. “Belə bir hal hər iki tərəfin maraqlarına da uyğun deyil. Xüsusilə, İsrail çox yaxşı başa düşür ki, Türkiyə ilə qarşıdurmaya getmək onun üçün çox ağır nəticələr gətirib çıxara bilər. Çünki Türkiyə NATO-da ən güclü hərbi potensiala və qüdrətə malik olan dövlətdir. Türkiyə artıq Yaxın Şərqdə öz sözünü demək iqtidarında olan regional güc mərkəzinə çevrilib”.
Proses uzana bilər
“Suriya ilə İsrail arasında anlaşmanın əldə olunması ehtimalı olunur. Ancaq əsas məsələ burasındadır ki, bu anlaşmaya daxil olacaq təfərrüatlar hələ də qeyri-müəyyən olaraq qalır. İsrailin Suriyada öz hədəfləri var. İsrailin birinci hədəfi Suriya ilə İsrail arasında xüsusi təhlükəsizlik zonasının yaradılmasına və bununla da Colan təpələrini öz əlində saxlamaq imkanı qazanmasına, ikinci hədəfi isə Suriyanın cənubundakı etnik xalq olan druzlara de-fakto səviyyəsində özünüidarəetmə hüququnun verilməsinə nail olmaqdır. İsrail bu iki məsələni Suriya ilə imzalanması gözlənilən sazişə daxil etmək istəyir. Lakin İsrailin bu tələbləri rəsmi Dəməşq tərəfindən məqbul hesab olunmur. Əl-Şara hakimiyyəti hesab edir ki, İsrailin bu tələbləri Suriyanın ərazi bütövlüyünə və suverenliyinə birbaşa təhdid yaradır,” - deyə A.Nərimanlı əlavə edib ki, hazırki danışıqlar prosesində bu məsələlər ətrafında müzakirələr aparılır; “Ortaq bir nöqtənin tapılması üçün tərəflər arasında bütün maraqlara cavab verən razılaşma irəli sürülməlidir. Suriya ilə İsrail arasında sazişin imzalanması, hazırda danışıqlarda müzarikə olunan təfərrüatların razılaşdırılmasından asılı olacaq. Tərəflərin maraqları bir-biri ilə kifayət qədər ziddiyyət təşkil edir. Bu da prosesin uzanmasına gətirib çıxaracaq”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
