Çin-Pakistan-Əfqanıstan formatı Regiona nə qazandırır?
23.08.2025 [13:56]
Cənub-Şərqi Asiyada sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində regional əməkdaşlıq daha da möhkəmləndirilir. Belə ki, avqustun 20-də Əfqanıstanın paytaxtı Kabildə Əfqanıstan, Çin və Pakistan xarici işlər nazirlərinin üçtərəfli dialoquna dair altıncı sessiya keçirilib. Görüşdə üç ölkə arasında diplomatik-siyasi, iqtisadi-ticari və hərbi-təhlükəsizlik üzrə əməkdaşlığın prioritetləri, o cümlədən regional təhlükəsizlik mexanizmin formalaşması və terrorizmə qarşı mübarizənin əhəmiyyəti barədə ətraflı müzakirələr aparılıb. Bir çox sahələrdə, xüsusilə də regional təhlükəsizlik və nəqliyyat-kommunikasiya sahəsində üçtərəfli əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi vurğulanıb. Görüşdə, həmçinin dövlətlərarası mədəni əlaqələrin inkişafı ilə bağlı məsələyə də toxunulub.
Üç nazirin bəyanatı
Əfqanıstan XİN başçısı Əmir Xan Muttaki qeyd edib ki, regionda qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açılır və son dörd ildə iqtisadi-ticari və investisiya layihələrində irəliləyişlər əldə edilib. Onun sözlərinə görə, üç ölkənin iqtisadi potensialından maksimum şəkildə səmərəli istifadə edilməlidir. Pakistan XİN başçısı İshak Dar öz növbəsində görüşün əhəmiyyətini vurğulayıb və bunu əməkdaşlığı dərinləşdirmək üçün yaxşı fürsət adlandırıb. O, Əfqanıstan və Pakistan arasında münasibətlərin müsbət dinamikasını qeyd edərək gələcək irəliləyişlərə ümidvar olduğunu bildirib. Çinin xarici işlər naziri Vanq İ isə öz çıxışında rəsmi Pekinin Kabillə bir çox sahələrdə münasibətlərinin inkişaf etdiyini və ikitərəfli əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb. Çinin XİN rəhbəri, həmçinin Əfqanıstan və Pakistan arasında diplomatik nümayəndəliklərin səfir səviyyəsinə qaldırılmasını müsbət qiymətləndirib. Bununla yanaşı, Vanq İ regional problemlərin yalnız region dövlətlərinin maraqlarına uyğun həll edilməsinin və regiondan kənar dövlətlərin müdaxiləsinin qarşısının alınmasının zərurliyini də vurğulayıb. İclasın yekununda tərəflər üçtərəfli formatın davam etdirilməsinə və qarşılıqlı əlaqələrin genişləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Çin Əfqanıstanı öz layihəsində görmək istəyir
Pakistanlı politoloq, Sülh Araşdırmaları və Diplomatiya İnstitutunun rəhbəri Məhəmməd Asif Nur “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Çin-Pakistan-Əfqanıstan əməkdaşlıq formatında ilkin və əsas hədəf Cənub-Şərqi Asiyada siyasi sabitlik və iqtisadi inkişafı təmin etməkdir. “Çin, Pakistan və Əfqanıstan arasında üçtərəfli dialoqun əsas mahiyyəti Çin-Pakistan İqtisadi Dəhlizini genişləndirmək və Əfqanıstanı bu dəhlizə daxil etməkdir. Regionda yeni siyasi və iqtisadi dinamikaların formalaşması üçün bu, strateji cəhətdən əhəmiyyətlidir. Çinin “Bir kəmər, bir yol” layihəsinin bir qolu olan Çin-Pakistan İqtisadi Dəhlizi avtomobil və dəmir yolları, enerji layihələri şəbəkəsi vasitəsilə Çinin Sincan şəhərini Pakistanın Qvadar limanı ilə birləşdirir. Pekinin Əfqanıstanı bu dəhlizə daxil etməkdə başlıca məqsədi həm özünün və regionun təhlükəsizlik problemlərini həll etmək, həm də bu ölkədə öz iqtisadi layihələrini həyata keçirməkdir. Əfqanıstanda sabitliyin bərqərar olması Pekin üçün vacibdir. Çünki Əfqanıstanda qeyri-sabitliyin mövcud olması Çinin regionda investisiya layihələrinin təhlükəsizliyinə birbaşa təsir göstərir,” - deyə M.A.Nur vurğulayıb ki, Əfqanıstanın Çin-Pakistan İqtisadi Dəhlizinə daxil olması onun iqtisadiyyatı üçün də faydalıdır: “Əfqanıstanda yeni hakimiyyət ölkəni bu dəhliz üzərindən Pakistanın Qvadar limanı vasitəsilə beynəlxalq bazarlara, xüsusilə Çin bazarına çıxarmaq istəyir. Çin bu məsələdə Əfqanıstana öz köməkliyini göstərməyə hazırdır. Sözsüz ki, Əfqanıstanın Çin-Pakistan İqtisadi Dəhlizinə inteqrasiyası ölkədə yeni dəmir yollarının salınmasına və mühüm enerji layihələrinin həyata keçirilməsinə yol açacaq. Əfqanıstanda sabitliyin və təhlükəsizliyin təminatı istiqamətində addımların atılması Pakistan üçün də əhəmiyyətlidir - bu istiqamətdə irəliləyişlərin olacağı təqdirdə rəsmi İslambad həm Mərkəzi Asiyaya çıxış yolu, həm də Çin investisiyalarının ölkəyə cəlb etmək imkanları əldə edəcək”. Ekspertin sözlərinə görə, həm Pakistanın, həm də Əfqanıstanın təhlükəsizliyi Çinin Cənub-Şərqi Asiya startegiyasında xüsusi prioritet təşkil edir: “Moskvanın Talibanı tanımasından sonra Çin ilə Taliban arasında diplomatik təmaslar daha da intensivləşib. Çin Əfqanıstanda yeni hakimiyyətlə diplomatik-siyasi, iqtisadi-ticari və təhlükəsizlik sahələrində münasibətləri genişləndirməklə Hindistanın regionda təsir imkanlarını neytrallaşdırmaq niyyətindədir. Çin Dehlinin regionda söz sahibi olmasına imkan verə bilməz. Çin Cənub-Şərqi Asiyanın yeni geosiyasi və geoiqtisadi mənzərəsini formalaşdırmaqda maraqlıdır”.
Əfqanıstanın “Bir kəmər, bir yol”a qoşulması realdırmı?
Politoloq Tural İsmayılov hesab edir ki, Çin, Pakistan və Əfqanıstan arasında üçtərəfli əməkdaşlığın gücləndirilməsi, əslində, təkcə Cənub-Şərqi Asiya üçün deyil, bütövlükdə Asiya qitəsinin təhlükəsizlik arxitekturası üçün mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu format, bölgədə radikalizm, narkotik ticarəti, qeyri-leqal miqrasiya və transsərhəd cinayətkarlıq kimi problemlərin həllində vacib rol oynaya bilər: “Əfqanıstanın taleyi regionun sabitliyi ilə birbaşa bağlıdır və Çin də bunun fərqindədir. Ona görə Pekin Əfqanıstanın tamamilə xaos mənbəyinə çevrilməsinin qarşısını almaqda maraqlıdır. İqtisadi baxımdan bu üçtərəfli əməkdaşlığın əsas sütunu Çinin “Bir kəmər, bir yol” təşəbbüsüdür. Pakistan bu layihədə artıq önəmli iştirakçıdır - CPEC (Çin-Pakistan İqtisadi Dəhlizi) bunun nümunəsidir. Əfqanıstanın isə bu layihəyə qoşulması hələ də siyasi qeyri-sabitlikdən asılıdır. Amma nəzəri baxımdan Əfqanıstan üzərindən Mərkəzi Asiya və Cənubi Asiyanı birləşdirən yeni dəhlizlərin açılması həm Çinin, həm də Pakistanın maraqlarına tam cavab verir. Burada infrastruktur, enerji daşımaları və logistika mərkəzlərinin yaradılması prioritet ola bilər”. Ekspert qeyd edib ki, Taliban rejiminin beynəlxalq legitimliyi zəifdir və bu, Çinin tamhüquqlu inteqrasiyasını çətinləşdirir: “Amma Çin praqmatik siyasət yürüdür - o, Taliban hökumətini tanımasa da, faktiki olaraq iqtisadi dialoqu davam etdirir. Bu, gələcəkdə Əfqanıstanın “kəmər və yol” layihəsinin periferik deyil, əsas həlqələrindən birinə çevrilməsi üçün zəmin yarada bilər”.
Pekin vasitəçi rolunda
T.İsmayılov əlavə edib ki, Çin həm də Əfqanıstanla Pakistan arasında siyasi və təhlükəsizlik problemlərinin həllində vasitəçi ola bilər: “Birincisi, Çinin regionda neytral və güclü iqtisadi tərəfdaş kimi imici var. İkincisi, Pekin sabitlikdən birbaşa qazanır - sabit olmayan Əfqanıstan Çinin Sincan bölgəsinə də təhlükə yaradır. Ona görə də Çin həm islam radikalizminin qarşısını almaq, həm də enerji və ticarət marşrutlarını təmin etmək üçün İslamabad-Kabil xəttində dialoqu təşviq etməyə çalışır.Yekunda demək olar ki, üçtərəfli əməkdaşlıq sabitlik, iqtisadi inteqrasiya və geosiyasi balans üçün həyati əhəmiyyət daşıyır. Çin oyunun qaydalarını müəyyən edən əsas güc mərkəzi, Pakistan strateji tərəfdaş, Əfqanıstan isə bu prosesin ən zəif, amma həlledici həlqəsidir. İndiki mərhələdə bu format tam sabitlik gətirməsə də, regionda alternativsizlik statusu qazanmaq üzrədir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

