Proses başladı...
20.08.2025 [08:51]
Minsk Qrupu ləğv edilir
Yaxın zamanda ATƏT-nin Minsk Qrupunun ləğv olunması gözlənilir. Belə ki, Finlandiyanın Xarici İşlər Nazirliyində yaradılmış Hədəf Qrupu rəhbərinin müavini, finlandiyalı diplomat Toni Sandell “Report” İnformasiya Agentliyinin Avropa bürosuna şərhində bildirib ki, ATƏT-ə sədrlik edən Finlandiya Azərbaycan və Ermənistanın Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətinə cavab olaraq lazımi tədbirlərə başlayıb. Onun sözlərinə görə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Şurasının sədri kimi Finlandiya avqustun 8-də Vaşinqtonda imzalanmış sazişləri alqışlayır. Sandell qeyd edib ki, bu sazişlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında və regionda davamlı sülhün əldə olunmasında mühüm mərhələdir - o, bildirib ki, Finlandiya iki ölkənin birgə müraciətinin cavablandırılması prosesinə başlayıb və əlavə məlumat daha sonra veriləcək. Daha əvvəl də ATƏT-in Parisdəki mənzil-qərargahından “Report”a bildirilmişdi ki, hazırkı sədr bu barədə təşkilata üzv olan ölkələrlə məsləhətləşmələr aparmağa hazırlaşır. Qeyd edək ki, Azərbaycan və Ermənistan Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət edib. Avqustun 8-də iki ölkənin xarici işlər nazirləri bu sənədi Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə imzalayıblar. ATƏT-in Minsk Qrupunun ləğvi Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalanması üçün iki mühüm şərtindən biri olub.
Bu ilin sonunda...
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ATƏT-nin Minsk Qrupunun ləğvi ilə bağlı qərar bu ilin sonunda Helsinkidə ATƏT-nin üzv ölkələrinin XİN rəhbərlərinin görüşündə qəbul ediləcək.
“Azərbaycan və Ermənistanın birgə müraciətindən sonra artıq Minsk Qrupunun ləğvi ilə bağlı proses başlayıb. ATƏT-nin daxili qərarvermə prosedurlarına uyğun olaraq, ATƏT-ə sədrlik edən Finlandiyanın Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanın birgə müraciətini ATƏT-nin bütün üzv ölkələrinə göndərib. Bu prosesə birbaşa Finlandiya rəhbərlik edəcək. Bu ilin sonunda məhz bu ölkənin paytaxtı Helsinki şəhərində ATƏT-nin üzv ölkələrinin XİN rəhbərlərinin görüşü keçiriləcək. Bu görüşdə ATƏT-nin Minsk Qrupunun ləğvi ilə bağlı məsələ müzakirəyə çıxarılacaq. Hesab edirəm ki, bu proses uzun çəkməyəcək. Keçmiş münaqişə tərəflərinin müraciətini, o cümlədən Minsk Qrupuna vaxtilə həmsədrlik etmiş ABŞ və Fransanın, eləcə də Minsk Qrupunun digər üzv ölkələrinin mövqeyini nəzərə alsaq, ATƏT-nin üzv ölkələrinin Helsinkidə baş tutacaq görüşündə Minsk Qrupunun ləğvi ilə bağlı yekun qərar qəbul olunacaq. Təkcə Minsk Qrupu deyil, həmçinin keçmiş münaqişə ilə bağlı yaradılan Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-nin sədrinin Minsk Qrupundakı şəxsi nümayəndəliyi strukturunun ləğvi barədə də məsələ qaldırılacaq. Yekun qərar ATƏT-nin bütün üzv ölkələrinin konsensusu əsasında qəbul olunacaq”, - deyən R.Bayramov əlavə edib ki, çox maraqlı siyasi proseslər baş verir. “ATƏT-in Minsk Qrupu 1992-ci ildə Finlandiyada təsis edilib. Bu qurumun ləğvi ilə bağlı qərar da Finlandiyanın ev sahibliyi edəcəyi ATƏT-nin XİN rəhbərlərinin görüşündə qəbul ediləcək. Əgər ABŞ və Fransa Minsk Qrupunun ləğvini dəstəkləyirsə, quruma üzv olan digər ölkələr də eyni mövqedən çıxış edəcək. Nəhayət ki, uzun müddət fəaliyyətdə olduğu dövrdə münaqişə tərəfləri arasında sülh yarada bilməyən, münaqişənin həllində maraqlı olmayan, üzərinə düşən vəzifələri yerinə yetirməyən və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrası istiqamətində heç bir addım atmayan Minsk Qrupunun ləğvi prosesinə şahidlik edirik”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52

