Sentyabrın əvvəlində...
19.08.2025 [11:40]
Aİ 19-cu sanksiyalar paketini qəbul edəcək
Rusiyanı nə gözləyir?
Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işləyir. Paketin sentyabrın əvvəlində qəbul olunması gözlənilir. Belə ki, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bu yaxınlarda keçirilən son mətbuat konfransında bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları gücləndirməyə davam edəcək. Onun sözlərinə görə, diplomatik səylərdən asılı olmayaraq sentyabrın əvvəlində Aİ-yə üzv ölkələrin nümayəndələri Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar bu ölkəyə qarşı 19-cu sanksiyalar paketini qəbul etmək niyyətindədir. “Döyüşlər davam etdiyi müddətdə biz Rusiyaya diplomatik və iqtisadi təzyiq göstərməyə davam edəcəyik və 19-cu sanksiyalar paketini hələ sentyabrın əvvəlində qəbul etmək niyyətindəyik”, - deyə Lyayen vurğulayıb. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas özünün sosial şəbəkə hesabında Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar paketi ilə bağlı niyyətini təsdiqləyib - o, Aİ-nin Rusiya əlehinə 19-cu sanksiyalar paketi üzərində işlədiyini qeyd edib. “Moskva bu müharibəni davam etdirə bilməyəcəyini anlayana qədər müharibəni dayandırmayacaq. Buna görə də Avropa Ukraynanı dəstəkləməyə davam edəcək, buraya Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işləmək də daxildir” - deyə Kallas bildirib.
Yeni sanksiya paketinə nələr daxil olacaq?
Aİ-nin 17-ci və 18-ci sanksiyalar paketlərində Rusiyanın hərbi-sənaye kompleksinə birbaşa və ya dolayı dəstək verən və ya sanksiyalardan yayınma?da iştirak edən 31 şirkətə, o cümlədən Rusiya Müdafiə Nazirliyinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunları, 27-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutu və 33-cü Mərkəzi Tədqiqat və Sınaq İnstitutuna qarşı tədbirlərin görülməsi, xüsusilə də “Şimal axını”nın istifadəsinə qadağa, Rusiyaya məxsus bankların və tankerlərin “qara siyahı”ya salınması, Aİ ölkələrinin Rusiya neftinin alınmasına qadağa qoyulması və neftin qiymətinin aşağı salınması ilə bağlı müddəalar öz əksini tapıb. Maraqlıdır, bəs Aİ-nin 19-cu
sanksiyalar paketinə hansı tədbirlər daxil ediləcək? Bəzi ekspertlərin fikrincə, növbəti sanksiyalar paketində əsasən Rusiyanın enerji bazarlarına, rəqəmsal texnologiyalara və müasir avadanlıqlara çıxış imkanlarının məhdudlaşdırılması, Rusiya ilə gizli əməkdaşlıq edən Avropa şirkətlərinə qarşı sərt tədbirlərin görülməsi, eləcə də bir çox rus şirkətlərinin sanksiya siyahısına əlavə edilməsi ilə bağlı məsələlər öz əksini tapacaq. Onlar hesab edirlər ki, Aİ-nin sanksiyaları orta və uzun müddətli dövr ərzində öz təsirini göstərəcək.
Sanksiyalar öz təsirini göstərə bilib?
Məsələ ilə bağlı iqtisadçı Razi Abbasbəyli “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Qərbin sanksiyaları Rusiya iqtisadiyyatında müəyyən qədər inkişaf tempini dayandırıb, amma tam çökdürə bilməyib. “Avropa İttifaqı bu günə qədər Rusiyaya qarşı 18 sanksiya paketi tətbiq edib. Bu paketlər bütövlükdə mövcud durumda Rusiya iqtisadiyyatı üzərində müəyyən təsirlər yaradıb. Bəzi Qərb dairələrinin son araşdırmalarına görə, 2022-ci ildə Rusiya iqtisadiyyatında 2.01 faiz, 2023-c? ildə 2.15 faiz və 2025-ci ilin ikinci rübündə 4 faiz azalma müşahidə olunub. Rusiyanın ümumi iqtisadiyyatında ciddi geriləmə var və son proqnozlarda qeyd olunur ki, 2025-ci ildə ölkə iqtisadiyyatında 0,9 faiz böyümə olacaq. Ümumilikdə, 2022-2025-ci illərdə Rusiya iqtisadiyyatında inkişaf indeksi 12 faiz geriləyib. Fərdi gəlirlərdə isə 25 faiz azalma olub - bu da ölkədə sosial bərabərsizliyin yaranmasına yol açır. Amma buna baxmayaraq, Rusiya öz iqtisadi dözümlüyünü qoruyub saxlaya bilib. Rusiya öz neft, qaz və strateji əhəmiyyət kəsb edən digər məhsullarını ixrac etmək üçün alternativ bazarlar tapmaqla Aİ və ABŞ-ın sanksiyalarının təsirini müəyyən mənada tarazlaşdıra bilib. Alternativ bazarlar isə Çin, Hindistan və Braziliyadır. 2024-c? ildə Rusiya xam neft və neft məhsulları satışından 192 milyard dollar gəlir əldə edib,” - deyə R.Abbasbəyli bildirib. Ekspertin sözlərinə görə, tətbiq edilən sanksiyalar müəyyən müddətdən sonra daha effektli şəkildə öz təsirini göstərəcək: “Yaxın zamanda Rusiyada əhalinin sosial vəziyyətinin ağırlaşması, rublun alıcılıq qabiliyyətinin aşağı düşməsi və büdcə kəsirinin artmasının şahidi ola bilərik. Hazırda Moskva müharibə xərclərini daha da artırıb. Sözsüz ki, bu da büdəcədə çox ciddi problemlər yaradır. Demək olar ki, Rusiya iqtisadiyyatında inkişaf tempi dayanıb. Vəziyyət bu şəkildə davam edərsə, Rusiyanı daha ağır təlatümlər gözləyir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

