Türkiyə-Azərbaycan-Gürcüstan formatı...
14.08.2025 [11:17]
Regional sabitliyə töhə verən amil
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili avqustun 12-də Türkiyəyə rəsmi səfər edib. Səfər zamanı M.Kavelaşvili ilə Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Görüşdə Türkiyə ilə Gürcüstan arasında ikitərəfli diplomatik-siyasi və iqtisadi-ticari əməkdaşlığın istiqamətləri ilə yanaşı, hərbi-təhlükəsizlik, təhsil və mədəniyyət sahələrində münasibətlərin genişləndirilməsi və regional əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb. Qarşılıqlı müzakirələr aparılarkən hər iki ölkənin prezidenti ikitərəfli tərəfdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüşdən sonra R.T.Ərdoğan və M.Kavelaşvili birgə mətbuat konfransı keçiriblər.
Regional əməkdaşlıq ilkin prioritetdir
Prezident Rəcəp Tayyip Ərdoğan M.Kavelaşvili ilə mətbuat konfransında çıxışı zamanı regional əməkdaşlığın xüsusi əhəmiyyətinə toxunub - Türkiyənin dövlət rəhbəri qeyd edib ki, Türkiyə və Gürcüstan regionda və onun hüdudlarından kənarda sülh, əməkdaşlıq və inkişafa töhfə vermək üçün birgə səylərini davam etdirəcəklər. Türkiyə liderinin sözlərinə görə, Ankara Tbilisi ilə iqtisadi əməkdaşlığı daha da genişləndirməyi və birgə ticarət dövriyyəsini ildə 5 milyard dollara çatdırmağı hədəfləyir. “Bu gün Gürcüstanda 2 mindən çox türk şirkəti fəaliyyətini davam etdirir. Gürcüstan iqtisadiyyatına yatırılan türk sərmayələrinin həcmi 1,5 milyard dollara yaxınlaşıb. Türkiyəli podratçılar bu günə qədər Gürcüstanda ümumilikdə 5,5 milyard dollar dəyərində 300 layihə həyata keçirib”, - deyə Ərdoğan bildirib. Eyni zamanda, R.T.Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun Orta Dəhlizin mühüm bir parçası olduğunu diqqətə çatdırıb - bu dəmir yolunun bütün tərəflərin maraqlarına cavab verdiyini qeyd edib. Ərdoğan Ankaranın Gürcüstanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeyinin dəyişməz qaldığını, həmçinin Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə üçtərəfli dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb. “Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli formatının mexanizmi regional sülhə və əməkdaşlığa mühüm töhfə verir”, - deyə Türkiyə lideri yaxın vaxtlarda Türkiyədə üç ölkənin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini bildirib və əlavə edib ki, bu ilin sonunadək Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin sədrlərinin görüşü planlaşdırılır.
Gürcüstan sülhə töfhə verməyə hazırdır
Birgə mətbuat konfransında çıxı edən Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bildirib ki, Gürcüstan Azərbaycan ilə Ermənistan arasında davam edən dialoqa töhfə verməyə hazırdır. Region ölkələri arasında əməkdaşlığın vacibliyini qeyd edən M.Kavelaşvili söyləyib ki, Tbilisi həmişə regionda dinc yaşayış və konstruktiv əməkdaşlıq formulunun tərəfdarı olub. Prezident, həmçinin Gürcüstan - Türkiyə - Azərbaycan dialoq formatının əhəmiyyətinə də toxunub: “Regional əməkdaşlığın rolu dünyadakı geosiyasi vəziyyət fonunda artır. Azərbaycan - Gürcüstan - Türkiyə formatı ölkələrin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətə əsaslanan dövlətlər arasında qarşılıqlı fəaliyyətin ən yaxşı nümunəsidir”, - deyə M.Kavelaşvili Bakı - Tbilisi - Qars dəmir yolunun xüsusi regional potensiala malik olduğunu bildirib. Gürcüstan Prezidenti daha sonra münaqişə zonalarında sülhün yaxınlaşmasında Türkiyə liderinin rolunu yüksək qiymətləndirib. “Mən Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Ukrayna arasında sülhə yaxınlaşması səylərinə xüsusi töhfəsini yüksək qiymətləndirirəm”.
Mənfəət qazandıran iqtisadi əməkdaşlıq
Türkiyə Gürcüstanın ən önəmli iqtisadi tərəfdaşlardan biridir. Son on ildə Türkiyənin dövlət və özəl şirkətləri Gürcüstanda bir sıra iqtisadi və enerji sektorlarına sərmayelər yatırıb və bir çox investisiya layihələri həyata keçirib. Rəsmi statistik rəqəmlərə görə, 2024-cü ildə Türkiyə Gürcüstana 93.2 milyon dəyərində sərmayə yatırıb. Bu, 2023-cü ildə 109.5 milyon, 2022-ci ildə 102.7 milyon, 2021-ci ildə 101.4 milyon dəyərində olub. 2025-ci ilin birinci rübündə isə Türkiyə tərəfindən Gürcüstana 28.1 milyon sərmayə yatırılıb. Eyni zamanda 2024-cü ildə Türkiyə ilə Gürcüstan arasında ticarət dövriyyəsi 3.23 milyard olub - bu da Gürcüstanın ümumi xarici ticarətinin 13.8 ni təşkil edir. Ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması gözlənilir. Hər iki ölkə iqtisadi-ticari münasibətləri şaxələndirməkdə maraqlıdır. Xüsusilə, Gürcüstan Türkiyə ilə iqtisadi-ticari sahələrdə münasibətləri inkişaf etdirmək üçün səylərini artırıb. Azərbaycan da Gürcüstanda önəmli investisiya layihələri həyata keçirir. On beş ildən çoxdur ki, Azərbaycan şirkətləri Gürcüstanda əsasən enerji, nəqliyyat və kommunikasiya, tikinti, istehsalat, mehmanxana və restoran xidmətləri, daşınmaz əmlak, maliyyə və dağ-mədən sektorlarına sərmayə qoyublar. Bu sərmayələr də effektini göstərməkdədir. Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, bu ilin birinci rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 25 milyon dolları təşkil edib. Qurumun məlumatında qeyd olunur ki, hesabat dövründə Azərbaycan 13,9 payla Gürcüstan iqtisadiyyatına sərmayə yatıran beşinci investor olub. Həm Türkiyə, həm də Azərbaycan şirkətlərinin Gürcüstanda investisiya layihələri ölkədəki bir çox iqtisadi sektorların inkişafına təkan verib.
Üçtərəfli formatın əhəmiyyəti
Zaman-zaman Türkiyə-Azərbaycan-Gürcüstan formatı çərçivəsində üç ölkənin dövlət rəhbərləri, XİN rəhbərləri, müdafiə nazirləri və digər dövlət rəsmilərinin görüşləri keçirilib. Üçtərəfli format istər üç ölkə arasında üçtərəfli münasibətlərin və regional əməkdaşlığın inkişafı, istərsə regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunması, istərsə də regional iqtisadi layihələrin həyata keçirilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Sözügedən format Türkiyə, Azərbaycan və Gürcüstan arasında diplomatik-siyasi, iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, hərbi-təhlükəsizlik və enerji sahələrində üçtərəfli münasibətlərin daha da möhkəmləndirilməsi üçün münasib format hesab olunur - bu, üç ölkəyə siyasi və iqtisadi üstünlüklər qazandırıb. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələri Azərbaycan-Türkiyə-Gürcüstan formatının özünü doğrultduğunun əyani nümunələri sayıla bilər. Üçtərəfli format çərçivəsində əməkdaşlıq üçün atılan birgə səylər bu gün özünü göstərməkdədir. Bu günədək bu format çərçivəsində çox böyük işlər görülüb və üç ölkənin bundan sonra da bu istiqamətdə addımları davam edəcək. Regional təhlükəsizlik, regional iqtisadi inkişaf və regional nəqliyyat-kommunikasiya xətlərinin təminatı istiqamətində birgə əməkdaşlıq Türkiyə-Azərbaycan-Gürcüstan formatı qarşısında ilkin prioritetdir.
Tbilisi hələ də
münasib məkandır
Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in imzalanması münasibəti ilə Azərbaycan və Ermənistanı təbrik edən dövlətlər arasında Gürcüstan da olub. Qeyd edək ki, Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları prosesinin getdiyi bir zamanda Gürcüstan rəhbərliyi dəfələrlə bu danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bəyan edib. Sözsüz ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Tbilisidə müəyyən görüşləri baş tutub. Həm Azərbaycan, həm də Ermənistan Tbilisini danışıqlar üçün münasib məkan hesab edir. Bu baxımdan Azərbaycan-Ermənistan münasibətlərinin gələcək istiqamətləri üzrə bəzi görüşləri Gürcüstanda baş tutması istisna ola bilməz.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37

