Paris ziddiyyətlər burulğanında...
25.07.2025 [09:43]
Yeni etiraz aksiyaları başlaya bilər
Müasir Fransaya diqqət yetirdikdə ölkənin tarixi ənənələrindən əhəmiyyətli dərəcədə uzaqlaşması ilk baxışdan məlum olur. 2017-ci ildən hakimiyyətdə olan Makron iqtidarının həyata keçirdiyi səriştəsiz siyasətin nəticəsi olaraq hazırda ölkədə ziddiyyətli proseslər izlənilməkdədir. Son illərdə paytaxtda və regionlarda baş verən kütləvi etirazların qarşısının zor tətbiq etməklə alınması, fəalların həbs edilməsi, ötən il hakim komandanın seçkilərdə manipulyasiyalara əl atması, yeni hökumət formalaşdırılarkən konstitusiyanın kobud şəkildə pozulması və bu kimi digər reallıqlar fonunda zamanında fransızların ölkələri barəsində qürurla səsləndirdikləri “demokratiyanın beşiyi” ifadəsi artıq arxaizmə çevrilməkdədir. Yelisey Sarayı düşdüyü siyasi burulğandan çıxa bilmir. Ölkə iqtisadiyyatında tənəzzül meyilləri artır. Hökumət hiper xarici borclanmanı və büdcə kəsirini nəzərə almaqla sərt qənaət rejiminə keçid proqramını bəyan edib ki, bu da bütün ölkə boyunca ciddi sosial narazılıqlara yol açıb. Artıq həmkarlar ittifaqları yeni etirazlar dalğasının anonsunu edirlər.
Mənfi reallıqlar - irqçilik, islamofobiya
Fransanın bugünkü mənfi reallıqlarından biri də irqçiliyin güclənməsidir. Bunu ötən il Avropa Parlamentinə və Milli Assambleyaya seçkilərdə sağçıların önə keçməsi bir daha əyani şəkildə təsdiqlədi. O cümlədən Makron hakimiyyətə gələndən sonra bu ölkədə islamofobiya daha geniş vüsət alıb. Belə ki, müsəlmanlara qarşı nifrət və irqçi siyasət Fransa hakimiyyəti tərəfindən dəstəklənir. Makron hakimiyyəti müxtəlif adlar altında qanunlar qəbul edilməsinə nail olaraq, əslində, islamofobiyanı təşviq edir. Məsələn, 2021-ci il 21 avqust tarixində qəbul olunan “Respublika prinsiplərinə hörmətin möhkəmləndirilməsi haqqında” Qanun açıq şəkildə müsəlman əhalisinə qarşı etimadsızlıq mühiti yaradılmasına xidmət edir. Müsəlmanlara qarşı yönələn bu Qanunun icrası çərçivəsində hökumət aparatında İslamın və müsəlmanların müşahidə edilməsi üçün 101 struktur yaradılıb, 24 min 887 müsəlman təşkilatı, müəssisəsi gizli qara siyahıya alınıb və yoxlanılmaqdadır. Müsəlmanların sahib olduqları 718 təşkilatın, o cümlədən 4 məktəbin, 37 məscidin, 210 müəssisənin, 2 təşkilatın fəaliyyəti dayandırılıb. Bu qəbildən olan faktların siyahısı çox uzundur. Bütün bunlar Makron hakimiyyətinin müsəlmanlara, Afrika qitəsindən gələnlərə qarşı həyata keçirdiyi diskriminasiya siyasətinin sistemli xarakter daşıdığını əyani şəkildə təsdiqləyir.
Fransada İslam etiqadı olan insanlara qarşı “səlib yürüşü” artan silsilə ilə davam etməkdədir. Bu ölkədə son həftələrdə müsəlman intellektualların və nəşriyyatların maliyyə vəsaitlərinin məhkəmə qərarı olmadan dondurulması ilə bağlı qalmaqal geniş vüsət alıb. Hökumət bu tədbirləri terrorizmlə mübarizə ilə əsaslandırsa da, hüquq müdafiəçiləri və zərərçəkənlər yanaşmanı antidemokratik hesab edirlər.
Belə hallardan biri, Şato-Şinon şəhərində yerləşən Avropa İslam Elmləri İnstitutu (IESH) ilə bağlı yaşanıb. Bunun ardınca ən azı onlarla hüquqi şəxs Fransa Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə alınıb.
Ən son olaraq, Ribat nəşriyyatının sahibi İssa Meyer sanksiyalara məruz qalıb. Ona qarşı hər hansı məhkəmə qərarı və ya sübut təqdim edilmədən, separatizmə yaxın olmaqda şübhəli bilinərək bütün bank hesabları dondurulub. Nəticədə, Meyer nə kirayəsini ödəyə, nə ailəsinin ehtiyaclarını təmin edə, nə də hüquqi müdafiə ala bilir.
Zərərçəkmiş şəxslər bildirirlər ki, onların yeganə “təqsiri” - Fransadakı sistemli irqçiliyi və islamofobiyanı tənqid etmələri olub. Halbuki bu şəxslərin nəşr etdiyi kitablar hələ də “Fnac” və “Amazon” kimi platformalarda sərbəst şəkildə satışdadır. Bu isə tətbiq olunan tədbirlərin selektiv və siyasi motivli olduğunu göstərir.
Hesabların dondurulması Maliyyə və Pul Məcəlləsinin L.562-2 maddəsinə “əsaslanır”. Maddə ilkin olaraq terrorçuluğa maliyyə axınının qarşısını almaq üçün qəbul edilsə də, indi tənqid səslərini susdurmaq üçün istifadə olunur.
Vəkil Rafiq Şekkat bu praktikanı müsəlmanların səsini boğmaq və onları cəmiyyətin kənarına atmaq cəhdi kimi qiymətləndirir. Onun sözlərinə görə, heç bir cinayət törətməyən şəxslərə qarşı tətbiq edilən bu iqtisadi blokadalar, hüquqi dövlət prinsipini pozur və müsəlmanların hüquqi təhlükəsizliyini sual altına alır.
Tənqidçilər bildirirlər ki, bu cür tədbirlər, demokratik cəmiyyətdə qəbuledilməzdir və Fransa Respublikasının bərabərlik və azadlıq prinsiplərinə ziddir.
“Sarı jiletlilər”in yeni dalğası
Paralel olaraq siyasi etirazlar, tətillər Fransa həyatına yenidən qayıdır. Məlumdur ki, son illərdə bu ölkədə “peyin inqilabı”, “Sarı jiletlilər” (Gilets Jaunes) hərəkatı geniş vüsət alıb. O cümlədən son günlərdə yeni hökumətin bəyan etdiyi büdcə planına qarşı etirazlar cəmiyyətin müxtəlif təbəqələrini əhatə etməkdədir. Baş nazir Fransua Bayrunun iyulun 15-də təqdim etdiyi büdcə islahatları sosial şəbəkə seqmentində geniş narazılıq yaradıb. Xüsusilə “X” platformasında sentyabrın 10-dan etibarən ölkədə tam və müddətsiz tətilə başlanılması ilə bağlı çağırışlar yayımlanır.
Yerli mətbuatın yazdığına görə, bu təşəbbüsə solçu qruplar, eləcə də sağçı və ifrat sağçılar qoşulub. İyulun 19-dan “Mobilisation10septembre.blog” adlı veb-sayt istifadəyə verilib və bu sayt müxtəlif etiraz aksiyalarının əlaqələndirilməsi üçün mərkəzə çevrilib. Təşkilatçılar bunu “Sarı jiletlilər Akt 2” adlandırırlar.
Etirazların mərkəzində Bayrunun büdcə planında nəzərdə tutulan ictimai xərclərin 43,8 milyard avro azaldılması, xüsusilə də iki ictimai istirahət gününün (Pasxa bazar ertəsi və 8 may) ləğvi dayanır. Bu qərarların parlament tərəfindən hələ təsdiqlənməməsinə baxmayaraq, ölkəboyu ciddi narazılıq yaradıb.
“Sistem yalnız bizim gündəlik iştirakımız sayəsində ayaqda qalır. Təşkil olunmuş ümumi tətil bu sistemi bir neçə günə çökdürə bilər”, - deyə 61 min izləyicisi olan “Le Collectif” adlı hesabda edilən paylaşımda bildirilir.
Son saatlarda “#GiletsJaunes” həştəqi 6000-dən çox istifadə edilib. Bu isə 2018-2019-cu illərdəki “Sarı jiletlilər” hərəkatının yenidən canlanacağına dair ehtimalları artırır.
Etirazların əsas təşkilatçılarından biri, “Enedis” təşkilatının 37 yaşlı əməkdaşı bu hərəkatın sıravi işçilərin hüquqlarının tapdalanmasına etiraz olduğunu bildirərək qeyd edib: “Bayrunun planı hər zamankı kimi, sadə işçiləri cəzalandırır. Bunun hesabını həmişə sadə insanlar ödəyir. Artıq bu qədər bəsdir!”.
Təşkilatçıların etirazların başlanması üçün sentyabrın 10-nu seçməsi isə təsadüfi deyil. Bu, məktəblərin açıldığı, işlərin və siyasətin yenidən canlandığı dövrü əhatə edir.
Hazırda böyük həmkarlar ittifaqları bu çağırışa ehtiyatlı yanaşır, lakin ölkə miqyasında narazılığın ciddiliyini etiraf edirlər. “Hökumət insanlardan istirahət günlərini alır. Bu, haqlı bir qəzəbdir və biz bunu aydın şəkildə hiss edirik”, - deyə CGT konfederasiyasının katibi Tomas Vaşeron bildirib.
Ümumiyyətlə, Fransada sosial gərginlik yenidən artır. Əgər 10 sentyabr etirazları geniş miqyas alarsa, bu, “Sarı jiletlilər” hərəkatının ikinci dalğası ola bilər.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56

