ABŞ İranın şərtlərini qəbul edərsə...
30.05.2025 [09:52]
Uranın zənginləşdirilməsi bir il müddətinə dayandırılacaq
ABŞ-la İran arasında nüvə mövzusunda danışıqlar davam edir. Xatırladaq ki, İran uzun müddətdir nüvə fəaliyyətinə görə Qərbin genişmiqyaslı sanksiyaları ilə üzləşib. ABŞ isə İranın nüvə proqramını qlobal təhlükəsizliyə təhdid kimi dəyərləndirir. Rəsmi Tehran proqramın reallaşdırılmasının onun üçün hədəf olduğunu bildirir. Nüvə proqramına görə tətbiq olunan sanksiyalar müxtəlif sahələri, xüsusilə qonşu dövlətin neft ixracının məhdudlaşdırılmasını əhatə edir.
Vaşinqton beşinci raundu konstruktiv hesab edir
Donald Tramp ABŞ-da hakimiyyətə qayıtdıqdan sonra İranla nüvə danışıqları bərpa edilib. Belə ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün beş raund danışıqlar aparıb. Onlardan üçü - aprelin 12-si, 26-sı və mayın 11-də Maskatda, digəri isə aprelin 19-da Romada baş tutub. Sonuncu - beşinci raund isə mayın 23-də Omanın Romadakı diplomatik nümayəndəliyində gerçəkləşib. Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edib.
Görüşün detalları açıqlanmasa da, rəsmi Vaşinqton danışıqları konstruktiv hesab edir. Prezident Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar İranla yaxşı danışıqlar aparıb və Tehranın nüvə proqramı məsələsində irəliləyiş əldə edib.
“The Wall Street Journal” nəşri öz mənbələrinə istinadən yazır ki, Vaşinqton və Tehran nüvə sövdələşməsinə gedən yolda aralıq mərhələ olacaq çərçivə sazişini razılaşdırmağa çalışırlar: “İran hesab edir ki, belə bir saziş “yeni sövdələşməyə doğru bir addım” olacaq və ona mülki nüvə proqramı hüququnun təsdiqlənməsini və nüvə silahı yaratmağa çalışmamaq öhdəliyini daxil etməyi təklif edir. Bundan başqa, razılaşma İranın nüvə obyektlərində ciddi yoxlamaların keçirilməsi tələbini də ehtiva edə bilər. Vaşinqton isə aralıq sazişdə texniki qrupların gələcəkdə üzərində işləyəcəyi konkret hədəfləri sadalamaq istəyir. ABŞ həmçinin çərçivə sazişinin “daha çox təlimat xarakteri daşıyacağına” ümid edir”.
Nəşr qeyd edib ki, çərçivə sazişi üzərində işdə əsas mübahisəli məsələ İranın uran zənginləşdirmək hüququ olaraq qalır. ABŞ Tehrandan bu fəaliyyətdən tamamilə imtina etməsini tələb edir, lakin İran hakimiyyəti bu tələbi rədd edir və ölkələrinin nüvə proqramının yalnız sülh xarakteri daşıdığını bildirir.
ABŞ İranın şərtlərini qəbul edərsə...
“Reuters” agentliyi isə İran mənbələrinə istinadən məlumat yayıb ki, Tehran ABŞ bu ölkənin dondurulmuş aktivlərini blokdan çıxarmağa və uranın dinc məqsədlər üçün zənginləşdirmə hüququnu tanımağa razı olarsa, uranın zənginləşdirilməsini bir il müddətinə dayandıra bilər. Mənbələrin fikrincə, ABŞ İranın şərtlərini qəbul edərsə, iki tərəf “siyasi razılaşma” əldə edə bilər. Qeyd olunub ki, məsələ hələ amerikalı danışıq komandası ilə müzakirə edilməyib. Belə bir razılaşmanın şərtlərinə görə, İran bir il müddətinə uranın zənginləşdirilməsini dayandıracaq. Yüksək səviyyədə zənginləşdirilmiş ehtiyatların bir hissəsi digər ölkələrə göndəriləcək və ya dinc məqsədlər üçün yanacağa çevriləcək.
“Reuters” yazıb ki, ABŞ dəfələrlə İranın nüvə proqramı ilə bağlı yeni sazişin nüvə silahı yaratmaq üçün həyata keçirilə bilən zənginləşdirmənin dayandırılmasını nəzərdə tutmalı olduğunu bəyan edib. İran dəfələrlə belə silah yaratmaq niyyətində olmadığını açıqlayıb.
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Mohammad Eslami isə bildirib ki, əgər Tehran və Vaşinqton İranın nüvə proqramı üzrə razılığa gələrsə, İran Beynəlxalq Atom Enerjisi Agentliyindən (BAEA) olan amerikalı müfəttişlərin ölkənin nüvə obyektlərinə buraxılması imkanını nəzərdən keçirə bilər. O vurğulayıb ki, İran nüvə enerjisindən yalnız dinc məqsədlər üçün istifadə edir. M.Eslami qeyd edib ki, İranın uranın daha da zənginləşdirilməsi ilə bağlı mövqeyi tamamilə qanunidir.
İran güzəştə açıqdır
Bütün bunların fonunda Tehran nüvə proqramından tam imtina etmək niyyətində deyil. CNN telekanalına müsahibəsində İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai deyib ki, İran ABŞ ilə nüvə proqramı barədə danışıqlarda güzəştə açıqdır, lakin uranın zənginləşdirilməsi və dinc nüvə enerjisi məsələsi müzakirə mövzusu deyil: “Əgər danışıqların məqsədi İranın nüvə proqramının bir hissəsi kimi silah istehsal etməyəcəyinə dair zəmanət almaqdırsa, düşünürəm ki, bunu çox asanlıqla edə bilərik. Amma ABŞ-ın niyyəti iranlıları dinc nüvə enerjisindən məhrum etməkdirsə, bu, bütün prosesi sual altına qoya bilər”. Onun sözlərinə görə, iranlılar heç bir təzyiqə boyun əyməyəcəklər: “Biz sözsüz ki, milli təhlükəsizliyimizi qoruyacağıq”.
Tərəflər Romada keçirilən beşinci görüşdə danışıqların davam etdirilməsini qərar alıblar.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

