Sülhə məcburetmə taktikası
22.05.2025 [10:19]
17-ci sanksiya paketi qəbul edildi - 18-ci hazırlanır...
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı hərbi müdaxilə beynəlxalq münasibətlər sistemində yeni gərginlik mərhələsi yaratdı. Beynəlxalq miqyasda, xüsusilə, Qərbdə beynəlxalq hüququn pozulması kimi qiymətləndirilən bu hala cavab olaraq ABŞ, Avropa İttifaqı (Aİ), Böyük Britaniya, Kanada, Yaponiya və digər ölkələr Rusiyaya qarşı fərqli spektrlara əsaslanan iqtisadi və siyasi sanksiyalar tətbiq etməyə başladılar. Qeyd edək ki, adıçəkilən sanksiyalar yalnız hərbi əməliyyatları dayandırmaq məqsədi daşımırdı, eyni zamanda, Rusiyanın iqtisadi imkanlarını məhdudlaşdırmağa və gələcəkdə oxşar addımların qarşısını almağa hədəflənmişdi.
Fərqli sektorları əhatə edən 17 qadağa paketi...
2022-ci ildən bəri qəbul olunan ardıcıl sanksiya paketləri Rusiyanın enerji, maliyyə, texnologiya, nəqliyyat və hərbi sənaye sahələrini əhatə edərək ölkənin beynəlxalq iqtisadi sistemdən təcrid olunmasına yönəldi. 2022-ci ildə Aİ tərəfindən Rusiyaya qarşı 8 sanksiya paketi qəbul edildi, 2023-cü ildə daha bir neçə sanksiya paketi bu siyahıya əlavə olundu. 13-cü sanksiya paketi 2024-cü ilin 23 fevralında, 14-cü paket isə həmin ilin 24 iyunda təsdiqlənib. 2024-cü ilin son sanksiya toplusu - 15-ci paket isə 16 dekabrda qüvvəyə mindi. Bu il başlananda indiyə qədər 2 sanksiya paketi qəbul edilib. Bunlardan birincisi fevralın 24-də qəbul edilmiş 16-cı paketdir. Digəri və həlilik son 17-ci sanksiya paketi isə bir neçə gün öncə, mayın 20-də qəbul olunub.
Vurğulandığı kimi, Avropa İttifaqının sanksiyaları əsasən enerji sektorunu (beşinci sanksiyalar paketində Rusiya kömürünün idxalına embarqo qoyulub), maliyyə sektorunu (Rusiya banklarının SWIFT sistemindən çıxarılması və digər maliyyə məhdudiyyətləri tətbiq olunub), sənaye və texnologiyanı (Rusiya bayrağı altında üzən gəmilərin Aİ limanlarına girişinə qadağa qoyulub) əhatə edir. Fərdi sanksiyalara gəldikdə isə bu, Rusiya rəsmiləri, iş adamları və digər şəxslərə qarşı tətbiq edilib. Məsələn, 57 rusiyalı və Rusiyadan olan strukturlar sanksiya siyahısına daxil olunub.
ABŞ-ın sanksiyalarına gəldikdə, buraya da maliyyə sektoru, texnologiya və enerji, eyni zamanda, fərdi sanksiyalar daxildir.
Yeni sanksiyada nələr var?
Mayın 20-də Aİ ölkələri Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib, Avropa diplomatiyasının rəhbəri Kaja Kallas “X” sosial şəbəkəsində bildirib ki, Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib. Buraya “kölgə donanması”ndan olan 189 gəmi daxil edilib. Kallasın sözlərinə görə, paketə “hibrid təhdidlərlə mübarizə və insan hüquqlarının müdafiəsi” tədbirləri də daxildir. O, həmçinin Avropa İttifaqının Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlərlə bağlı gördüyü işlər barədə məlumat verib. Aİ-nin sanksiyalar paketinin məzmununu əhatə edən press-relizində bildirilir ki, yeni sanksiyalar Rusiyanın davam edən müharibəsinin xərclərini artırır, onun onsuz da gərgin və kövrək iqtisadiyyatına təzyiq xarakteri daşıyır. Bu, Aİ-nin Ukraynaya davamlı və sarsılmaz dəstəyinin bariz siqnalı kimi xarakterizə olunur. Bu paket həm də fiziki və hüquqi şəxslərin sanksiya siyahısını genişləndirir. Bundan əlavə, Yaponiyanın enerji təhlükəsizliyini təmin etmək üçün Saxalin-2 layihəsi üçün neftin qiymətinin yuxarı həddi ilə bağlı mövcud azadlığı genişləndirir. Aİ sanksiya siyahısına kölgə neft tankerləri donanmasının bir hissəsi olan və ya Rusiyanın enerji gəlirlərinə töhfə verən daha 189 gəmi əlavə edib və onların siyahıdakı ümumi sayı 342-yə çatıb. Paketə, həmçinin Rusiyanın hərbi-sənaye kompleksinə birbaşa və ya dolayı dəstək verən və ya sanksiyalardan yayınmada iştirak edən 31 yeni şirkət də daxil olunub. Fərdi sanksiyalar üzrə siyahıya isə daha 75 şəxsin adı əlavə edilib. Sanksiya siyahısına Rusiya Müdafiə Nazirliyinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunları, 27-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutu və 33-cü Mərkəzi Tədqiqat və Sınaq İnstitutu da daxildir.
Sanksiyanın siyasi şifrəsi - Aİ masaya dönmək istəyir
Qeyd olunmalıdır ki, Aİ artıq yeni, 18-ci sanksiya paketinin də anonsunu verib. Bir sıra siyasi mütəxəssislər bu sanksiya paketlərinin ard-arda anonsunun verilməsini müəyyən məcburetmə prinsipi kimi də dəyərləndirirlər. Başqa sözlə, İstanbul prosesinin daha uğurlu bir motivə qədəm qoyması üçün 17-ci sanksiya paketi Rusiya üzərində siyasi və iqtisadi təzyiq yaratmalıdır. Düşünülür ki, bu addım həm siyasi, həm də iqtisadi cəbhədə təzyiq mexanizmlərini daha da gücləndirəcək. Bu paket yalnız Rusiyanın hərbi əməliyyatlardakı gücünü deyil, iqtisadi dayaqlarına da təsir göstərəcək - nəticə etibarı ilə paket hazırda gündəmdə olan sülh təşəbbüslərinə razılıq verməyə məcbur etmək üçün alət kimi qiymətləndirilir. Nəzərə alsaq ki, yeni sanksiyalar paketində iqtisadi məhdudiyyətlərlə yanaşı, texnologiya və enerji sahəsində hədəflənmiş qadağalar, PUA və raket sistemləri üçün istifadə olunan komponentlərin ixracına qadağalar, “kölgə donanması”na qarşı tədbirlər və Rusiya ətrafında formalaşan alternativ iqtisadi şəbəkələrə qarşı məhdudiyyətlər yer alır, bu addım Rusiyanın Ukraynada davam edən hərbi əməliyyatlarına son qoyması üçün mexanizm sayılır.
Eyni zamanda, paketin qəbulunda Aİ-nin göstərdiyi canfəşanlıq həm də danışıqlar prosesinə yenidən daxil olma cəhdi kimi də dəyərləndirilir. Diqqət yetirsək, Avropa İttifaqı və tərəfdaş ölkələr bu paket vasitəsilə açıq mesaj verirlər: Moskva sülh masasına oturmadıqca, iqtisadi və texnoloji təcrid daha da dərinləşəcək. Sülh prosesinin müddəalarının formalaşmasında isə Aİ-nin iştirakı labüddür. Hər halda, yeni sanksiyanın siyasi şifrəsi bunu deməyə əsas verir.
Beləliklə, 17-ci paket, eyni zamanda, diplomatik müstəvidə növbəti siqnal sayılır. Bu paketlə Rusiya iqtisadi, siyasi və hərbi baxımdan təzyiqlərin zirvəsinə çatdırılır ki, bu da Kremlin beynəlxalq təcriddən çıxmasının yeganə yolunun konstruktiv sülh danışıqlarına razı olmaqdan keçdiyini göstərir. Sanksiyalar sadəcə, cəza vasitəsi deyil, həm də sülhə təhrik edən siyasi manevr kimi çıxış edir.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

