Kreml 3 gün, Kiyev 30 gün tələb edir...
30.04.2025 [08:34]
Rusiyanın atəşkəs təklifi Ukrayna tərəfindən birmənalı qarşılanmadı
Rusiya Prezidenti Vladimir Putin 8-10 may tarixlərində Ukraynada müvəqqəti atəşkəs rejiminin tətbiq olunması barədə göstəriş verib. Putinin atəşkəs qərarı Moskvada İkinci Dünya müharibəsində Qələbə Gününün qeyd olunduğu tədbirlərlə bağlıdır. Kremlin yaydığı rəsmi məlumatda qeyd olunur ki, bu qərar həm də sülh danışıqlarına şərait yaratmaq məqsədi daşıyır. Ukrayna rəhbərliyinin Kremlin atəşkəs təklifinə cavabı isə gecikməyib - rəsmi Kiyev bu təklifi məqbul hesab etməyib. Ukrayna xarici işlər naziri Andrey Sibiqa özünün “X” sosial şəbəkə hesabında bildirib ki, Ukrayna uzunmüddətli, etibarlı və tam atəşkəsi dəstəkləməyə hazırdır və Moskvanı dərhal 30 gün müddətinə atəşkəs elan etməyə çağırır: “Rusiya həqiqətən sülh istəyirsə, atəşi dərhal dayandırmalıdır. Niyə mayın 8-ni gözləyək? Əgər istənilən tarixdə və 30 gün müddətinə atəşi dayandırmaq mümkündürsə, niyə bunu ancaq parad üçün edək? Ukrayna davamlı, etibarlı və tam atəşkəsi dəstəkləyir. Biz daim bunu təklif edirik, lakin ən azı 30 gün müddətinə”, - deyə A.Sibiqa vurğulayıb.
Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Darya Zarivnaya Kiyevin Moskvanın 8-11 may atəşkəs təklifini rədd etdiyini bəyan edib - o, qeyd edib ki, bu, Putinin taktiki siyasi oyunudur. ABŞ Prezidenti Donald Tramp isə Rusiya ilə Ukrayna arasında müvəqqəti deyil, daimi atəşkəsin elan olunmasını istəyir. Ağ Evin sözçüsü Kerolayn Livit jurnalistlərə açıqlamasında deyib ki, Tramp hər iki ölkənin liderlərini bu istiqamətdə ciddi addımlar atmağa çağırır: “Prezident açıq şəkildə bildirib ki, ilk növbədə ölümlərin qarşısını almaq, qan tökülməsini dayandırmaq üçün daimi atəşkəs görmək istəyir. O, nikbin olsa da və razılığa gəlməyin mümkünlüyünə inansa da, eyni zamanda, həm də realistdir və anlayır ki, hər iki lider çıxış yollarını müzakirə etmək üçün masa arxasına gəlməlidir. Prezidentin Zelenski ilə görüşü onun bu işə çox səy və vaxt sərf etdiyini göstərir, çünki o, sülhməramlı prezident olmaq istəyir,” -deyə K.Livit bildirib.
Kreml mesaj verir
Məsələ ilə bağlı politoloq Tural İsmayilov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Moskva qısamüddətli atəşkəs təklif etməklə həm Ukraynaya, həm də Qərblə danışıqlara hazır olduğu mesajını verir: “Rusiya Ukrayna ilə müharibənin sona çatmasında maraqlıdır, hətta bu istiqamətdə canfəşanlıq da göstərir. Moskvanın bu müharibəni davam etdirmək üçün imkanları, gücü tükənmək üzrədir. Kremldə çox yaxşı başa düşürlər ki, bu müharibə Rusiyanın iqtisadiyyatına və insan kapitalına çox böyük mənfi təsir göstərir. Ona görə də Moskva müharibənin tez bir zamanda bitməsini istəyir. O ki qaldı, Moskvanın Kiyevin 30 günlük atəşkəs təklifinə birmənalı yanaşmamasına, Rusiya hesab edir ki, bu müddət ərzində Ukrayna ordusu yenidən toparlanaraq hücumlar təşkil edə bilər. Rusiya rəhbərliyi üç-dörd günlük atəşkəs təklif etməklə həm danışıqlara hazır olduğu mesajını verir, həm də sülh danışıqlarının qısamüddətli olmasını istəyir. Moskva Ukrayna ilə uzun müddət davam edəcək danışıqlara getmək istəmir”.
Danışıqlar davam edəcək...
“Zelenski hakimiyyətinin Rusiya ilə danışıqlara getməsi isə inandırıcıdır. Düzdür, rəsmi Kiyevin müəyyən tələbləri var, Krım məsələsində güzəştə getmək istəmir. Amma Zelenski hakimiyyəti çox yaxşı anlayır ki, Rusiya ilə danışıqlara getmədən sülhün əldə edilməsi qeyri-mümkündür. ABŞ Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara vasitəçilik etsə də, müharibənin dayanması, atəşkəsin elan olunması, sülh məsələsində hansısa çərçivə sazişinin imzalanması üçün mütləq hər iki ölkənin rəsmiləri bir masa arxasına gəlməlidir. Hesab edirəm ki, Zelenski Rusiya ilə danışıqlara razı olacaq. Sözsüz ki, yaxın üç-dörd ay ərzində Putin ilə Zelenski arasında birbaşa danışıqların keçirilməsi mümkün görünmür, ancaq danışıqlar işçi qrupları səviyyəsində aparılacaq,” -deyə T.İsmayilov vurğulayıb.
Daimi atəşkəs üçün qarşılıqlı güzəştlər...
Politoloqun sözlərinə görə, daimi atəşkəs üçün hər iki tərəf qarşılıqlı güzəştlərə getməlidir; “Rusiya-Ukrayna münaqişəsində xeyli məsələlər var ki, onların həlli o qədər də asan deyil. Təbii ki, daimi atəşkəs üçün həm Rusiya, həm də Ukrayna qarşılıqlı güzəştlərə getməlidir. Amma Ukraynada kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Kiyev öz ərazilərini heç bir zaman Rusiyaya güzəştə getməyəcək. Bu baxımdan yaxın dövrlərdə belə bir atəşkəsə nail olmaq qeyri-mümkündür”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

