Yelisey Sarayı Yeni Kaledoniyanın bayrağından niyə qorxur?
24.04.2025 [08:56]
Təxminən 500 illik müstəmləkəçilik tarixinə malik olan Fransa XXI əsrdə də yeni sivil dünya çağırışlarına məhəl qoymayaraq Afrikada, dənizaşırı ərazilərdə heç bir vəchlə sümürmə siyasətindən əl çəkmək istəmir. Əksinə, Yelisey Sarayı hələ də öz nəzarətində saxladığı müstəmləkə ərazilərində daha sərt kolonializm metodlarına keçid edir və bundan ötrü daha mühafizəkar hüquqi baza formalaşdırmağa çalışır.
Fransanın son dərəcə ağır şərtlər altında davam etdirdiyi müstəmləkəçilik siyasətinin bütün ikrah doğuran təzahürlərini Yeni Kaledoniyanın timsalında görmək mümkündür. Rəsmi Paris bu günlərdə növbəti dəfə ada sakinlərinin hüquq və azadlıqlarının pozulmasına rəvac verib.
Sürücülük vəsiqələrində milli bayraq qalmaqalı böyüyür
Söhbət Yeni Kaledoniyada sürücülük vəsiqələrində müstəqillik tərəfdarlarının (FLNKS) bayrağının yer alması ilə bağlı qalmaqalın böyüməsindən gedir. Məsələ ondadır ki, Yeni Kaledoniyada sürücülərə verilən vəsiqələrin üzərində Fransa bayrağı ilə yanaşı, milli bayraq da əks olunub. Rəsmi Paris buna qarşı çıxır, Yeni Kaledoniyanın hakimiyyət orqanları isə sürücülük vəsiqələrində milli bayrağın yerləşdirilməsində israrlı yanaşma ortaya qoyurlar.
Bayraq qalmaqalı artıq məhkəmə instansiyalarına qədər uzanıb. Yelisey Sarayı siyasi sifarişlər verməklə yerli bayrağın götürülməsi ilə bağlı iki məhkəmə qərarının çıxarılmasına nail olub. İlk qərar “Generations NC” siyasi partiyasının təşəbbüsü əsasında 2024-cü ilin iyul ayında Noumea Administrativ Məhkəməsi tərəfindən verilib. Qərarın icrasına başlanmadığı təqdirdə 2025-ci il yanvarın 1-dən etibarən hər gecikmə günü üçün 100000 CFP frank (Yeni Kaledoniya Frankı) cərimə nəzərdə tutulub. Bu qərar 2025-ci ilin fevralında Paris Administrativ Apellyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Lakin qərar qüvvəyə minsə də, Yeni Kaledoniya hökuməti onun icrasını hüquqi öhdəlik kimi qəbul etmir. Eyni zamanda, müvafiq yerli icra orqanı olan - DITTT sürücülük vəsiqələrinin dizaynında dəyişiklik aparmaqdan boyun qaçırır. Rəsmi Parisin yerli icra orqanlarına ünvanlanmış müraciətləri də cavabsız qalıb.
Həmçinin məhkəmə qərarının icrasına dair sübutedici sənədlər də təqdim olunmayıb. Bunun nəticəsi olaraq, 1-ci instansiya məhkəməsi ilkin cərimə məbləğini müəyyənləşdirib və Yeni Kaledoniya hökumətinin dövlət büdcəsinə 10 milyon CFP frank və “Generations NC” partiyasına hüquqi məsrəflərinin ödənilməsi üçün 700 000 frank verməsinə dair qərar çıxarıb. Məhkəmə daha sonra hökumətin qeyri-müəyyən mövqeyini nəzərə alaraq cəriməni hər gecikmə günü üçün 150 000 CFP franka qaldırıb. İnzibati məhkəmənin sədri hökumət başçısı Alkide Pongaya məktub göndərib. Məktub cavabsız qalıb.
Rəsmi Paris təzyiq ssenarisini təkrarlayır
Fransa missionerlərinin Yeni Kaledoniyaya ayaq açması XIX əsrin ortalarına təsadüf edir. Missionerlərin adaya gəlişi ilə yerli sakinlərin qara günləri başlayıb. 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. Ada sakinləri ötən əsrin 80-ci illərindən etibarən Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etirazlara başlayıblar. Onların yeganə məqsədi Fransanın sərhəd tanımayan zülmündən birdəfəlik qurtulmaqdır.
Yelisey Sarayı indiyədək kanak xalqının azadlıq istəyinin qarşısını ən qəddar vasitələrlə alıb. Ötən il Yeni Kaledoniyada baş verələr buna ən son nümunələrdən biridir. Məlumdur ki, 2024-cü ildə Makron iqtidarı Yeni Kaledoniyada mürtəce siyasətinin davamı olaraq bədnam “konstitusiya islahatları”nın layihəsini parlamentin müzakirələrinə çıxarmağa nail oldu. Əslində, Makronun məcburiyyət qarşısında qalaraq müvəqqəti dayandırdığı “islahatlar” Fransanın xəbis niyyətlərindən xəbər verir. Bu dəyişikliklərin yeganə məqsədi Yeni Kaledoniyada aborogen xalqın hüquqlarını məhdudlaşdırmaq, bunun əksinə olaraq gəlmə fransızların hüquqlarını genişləndirməkdir. Makron iqtidarı düşünür ki, kanak xalqının mövqelərini zəiflətmək üçün gəlmələrə hüquqi müstəvidə yeni imkanlar açılmalıdır. Bu dəfə söhbət onların seçki hüquqlarının tanınmasından gedir. Səsvermə sisteminin dəyişdirilməsi ilə bağlı Fransa parlamentinin müzakirəsinə çıxarılan qanun layihəsinə görə, 10 il Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları əyalət seçkilərində səs verə biləcəklər. Fransa hakimiyyətinin Yeni Kaledoniyada gəlmələrin seçki hüquqlarını genişləndirmək planı çox doğru olaraq elektoratın tərkibini dəyişmək hədəfi anlamında qəbul olunur. Bu isə adanın 270 min əhalisinin təxminən 40 faizini təşkil edən yerli kanak xalqının mənafeyinə ziddir. Buna görə də kanaklar müvafiq qanunun qəbul ediləcəyi təqdirdə öz tarixi vətənlərində ikinci dərəcəli etnik qrupa çevriləcəklərini düşünürlər və bunun qarşısını almaq üçün bir nəfər kimi ayağa qalxdılar.
Yenə Yelisey Sarayının güc tətbiq etmək ssenarisi işə düşüb. Belə ki, ötən ilin may ayında Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etirazlarda çoxsaylı qətllər törədilib, 200 nəfərdən çox şəxs saxlanılıb. Baş verən iğtişaşlar nəticəsində dəymiş ziyan ilkin olaraq 150 milyon avro həcmində qiymətləndirilib. Fransa Sahibkarlar Hərəkatının (MEDEF) regional bölməsinin rəhbəri Mimsi Dali bildirib ki, iğtişaşlar region iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb ola bilər. İş o yerə çatmışdı ki, Fransa hakimiyyəti davam edən etirazlar səbəbindən dəniz limanlarını və aeroportları qorumaq adı altında Yeni Kaledoniyaya ordu yeritmək məcburiyyətində qaldı. Hətta ada dövlətində “TikTok” sosial şəbəkəsinin fəaliyyəti dayandırıldı.
Bütün bunlar demokratiyadan, insan hüquqlarından danışan Yelisey Sarayının, əslində, son dərəcə mühafizəkar siyasət apardığını əyani şəkildə təsdiqləyir. Hələ də sümürmə siyasətinə sadiqlik göstərən rəsmi Paris müstəmləkə ərazilərində xalqların azadlıq istəklərinin ən kiçik işartılarını belə həzm edə bilmir. Yelisey Sarayının böyütdüyü bayraq qalmaqalı da çox doğru olaraq rəsmi Parisin təzyiq ssenarisini təkrarlaması anlamında dəyərləndirilir. Belə görünür ki, Makron iqtidarı bu ölkədə aborigen sakinlərin azadlıq, müstəqillik arzularını elə beşikdəcə boğmağa nail olmaq üçün ən çirkin vasitələrə əl atmaqdan belə çəkinmir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34

