II raund...
19.04.2025 [10:39]
ABŞ-İran danışıqları baş tutacaq?
Bu həftənin sonu Romada ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq. Belə ki, Oman Xarici İşlər Nazirliyinin məlumatına görə, aprelin 13-də Məsqətdə İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları nümayəndələri arasında keçirilən danışıqların birinci raundunda olduğu kimi, aprelin 19-da Romada keçiriləcək danışıqların ikinci raundunda da Tehranın nüvə proqramı ətrafında yaranmış fikir ayrılıqlarının həlli ilə bağlı məsələlər müzakirə olunacaq. Artıq İtaliyanın XİN rəhbəri Antonio Tajani də bunu təsdiqləyib. Qeyd edək ki, Məsqətdə baş tutacaq danışıqlarda İranın xarici işlər naziri Abbas Araqçi və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff tərəflər arasında danışıqların bir həftə ərzində davam etdirilməsi barədə razılığa gəliblər. Ağ Evin məlumatında qeyd olunur ki, Omandakı danışıqlar çox müsbət və konstruktiv keçib. Bu arada Tramp İranın nüvəsizləşdirilməsi məsələsində israrlıdır - ABŞ prezidenti jurnalistlərə son açıqlamasında bildirib ki, onun administrasiyası İrana nüvə silahı əldə etməyə imkan verməyəcək. “Mən İranın gözəl, böyük, xoşbəxt ölkə olmasını istəyirəm, lakin onların nüvə silahı ola bilməz və biz şənbə günü onlarla məsləhətləşmələr keçirəcəyik. Onlarla böyük görüşümüz var. Mən İranın çiçəklənməsini istəyirəm, lakin onun nüvə silahı ola bilməz”, - deyə Tramp vurğulayıb.
İran görüşdən imtina edə bilər?
Bəzi ekspertlər hesab edirlər ki, Romada ABŞ-İran danışıqlarının ikinci raundunun baş tutacağı inandırıcı görünmür. Onların fikrincə, İran rəsmiləri bu danışıqlarda iştirak etməyəcək. Maraqlıdır, əgər Tehran ABŞ-la görüşdən imtina edərsə, Vaşinqton İrana qarşı hansı sərt tədbirləri görəcək? Məsələ ilə bağlı politoloq Anar Əliyev “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, İran ABŞ-la görüşlərin Omanda keçirilməsinin tərəfdarıdır. “Keçən həftənin sonunda Məsqətdə ABŞ-la baş tutan görüşdən sonra İran çox maraqlı gediş etdi. İranın XİN rəhbəri Abbas Araqçi Moskvaya səfər edərək Prezident Vladimir Putin və XİN rəhbəri Sergey Lavrov ilə görüşdü. Görüş zamanı Araqçi həm Lavrovu, həm də Putini ABŞ-ın nümayəndəsi ilə görüşün təfərrüatları barədə məlumatlandırdı. Araqçi ABŞ-la növbəti görüşlər ərəfəsində Rusiya və Çinlə məsləhətləşmələr aparır. Buna görə də İranın manevr imkanları çoxdur. Bunu çox yaxşı başa düşən Tramp administrasiyası İranla mövcud problemlərin sərt taktikalarla deyil, diplomatik danışıqlar yolu ilə həll olunmasına çalışır. Qərb İrana təzyiqləri artıracağı təqdirdə Tehran Rusiya və Çinin yanında yer alacaq. Bu da ABŞ-ın qlobal strateji hədəflərinə qətiyyən uyğun deyil”.
ABŞ İrana qarşı sərt tədbirlərə əl ata bilər?
“Əgər İran hakimiyyəti növbəti dəfə ABŞ-ın diplomatik təkliflərindən sui-istifadə edib öz qaranlıq planlarını həyata keçirməyə, eləcə də bilərəkdən prosesi uzatmağa çalışacaqsa, Tramp administrasiyası müəyyən ölçülər daxilində Tehrana qarşı sərt tədbirlərə əl ata bilər. Netanyahunun təkidlərinə baxmayaraq, Tramp hələ ki, İrana münasibətdə mümkün qədər səbr nümayiş etdirir. İran rəhbərliyi yaxın aylarda, bəlkə də yaxın həftələrdə nüvə məsələsində öz mövqeyində ciddi dəyişiklik etməyəcəksə, ABŞ tərəfindən Tehrana qarşı sərt addımların atılması mümkündür ,”- deyə A.Əliyev vurğulayıb.
Politoloqun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra Tramp Yaxın Şərqə daha çox diqqət ayıracaq. “Əgər Tramp Rusiya ilə Ukrayna arasında atəşkəs sazişinin imzalanmasına nail olarsa, o zaman o, Yaxın Şərqə, xüsusilə İran faktoruna diqqət ayıracaq. Tramp İran ətrafında həlqənin daralmasına çalışacaq. Amma İrana qarşı hərbi əməliyyatlar real görünmür”.
İranla razılıq əldə olunarsa....
“İran hakimiyyəti elə zənn etməməlidir ki, o, sona qədər istədiyi kimi sərbəst hərəkət edəcək. Əgər İran Qərblə anlaşıb nüvənin zənginləşdirilməsi proqramından imtina edərsə, İrana qarşı sərt ritorika yumşalacaq və Qərblə İran arasında əməkdaşlıq perspektivləri açılacaq,” - deyə A.Əliyev vurğulayıb.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

