Bu faşist təfəkkürü deyil?
01.04.2025 [10:06]
"Ermənilər İlham Əliyevin Ağdamda çıxışından və xüsusilə də bu çıxışdakı "erməni faşizmi faşizmin ən yüksək formasıdır" sözlərindən möhkəm narahat olublar. Əslində gözlənilən də elə bu idi. Azərbaycandan gələn rəsmi bəyanatları dəstəkləyə bilməzlər ki..."
Bu fikirləri "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Baxmayaraq ki, Azərbaycan regionda sülh, normallaşma və yeni regional reallıqların legitimləşdirilməsi yönümündə rəsmi bəyanatları reallığa söykənir.
"Erməni faşizmi" ilə bağlı deyilənlər də çox ciddi əsaslara malikdir. Azərbaycan prezidenti burada nəyi düz demir ki?! Müstəqillik elan olunandan sonrakı Ermınistana rəhbərlik etmiş prezidentlərin hansı faşist təfəkküründən azad ola bildi? Heç biri..
İlk prezident Levon Ter Petrisyan özü açıq demədi ki, "Biz bir neçə yüz min azərbaycanlını Ermənistandan zorla çıxardıq, qalıb bizə problem yarada bilərdilər, Azərbaycanda yaşayan minlərlə erməninin də Azərbaycanı kütləvi tərk etməsini şərtləndirdik, onlar Azərbaycanda qalsaydılar, bu insanlardan Ermənistana təzyiq faktı kimi istifadə oluna bilərdi. Adam açıq deyir ki, 300 min azərbaycanlını məhz azərbaycanlı olduqları üçün Ermənistandan qovduq və minlərlə ermənini Bakıda və Sumqayıtda qurduğumuz qanlı oyunlarla çəkib apardıq ki, bizə qarşı onlardan istifadə olunmasın. Bunlar faşist təfəkkürü deyil? Faşizm daha necə olur ki?!
2- ci prezident Köçəryan demədi ki, ermənilər azərbaycanlılarla bir yerdə rahat yaşaya bilməz?! Başqa millətlərə nifrətin bundan başqa hansı ifadəsi ola bilər?! Daha faşizm necə olur?!...
3-cü prezident Serj Sarkisyan demədi ki, "Biz Xocalıda o hadisələri törədənə qədər Azərbaycanda elə bilirdilər ki, biz dinc insanlara, qocalara, qadınlara, uşaqlara əl vurmarıq. " Bu fikirlərin arxasında yatan faşizm ideologiyası deyil?...
30 il ərzində ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri cinayətlər insanlığa, milli topluma, təbiətə, cəmiyyətə, ekologiyaya, tarixi - mədəni irsə, dinə və müharibə qanunlarına qarşı törədilmiş cinayətlər deyildimi? Bunlar faşizm deyilsə, bəs nədir? Faşizmin xaç atalarından biri sayılan Hitler yəhudiləri və slavyanları kütləvi qırırdı, açıq deyirdi ki, slavyanların və yəhudilərin yaşamaq haqqı yoxdur. Ermənistanın dövlət elitası isə türk kökənliləri 30 ildə genosidə uğratdı. Hitler başqa millətlərdən olan insanları ən dəhşətli üsullarla fiziki olaraq məhv edirdi. Erməni faşistləri isə tək bununla kifayətlənmirdilər. Onlar üstəlik türk millətinə aid milli, dini, tarixi, mədəni, təbii irsi də məhv edirdilər. Bunlar erməni faşizminə "faşizmin ən yüksək forması" deməyə kifayət etmir?
Azərbaycan prezidenti də Ağdamda və ona qədər bir sıra tədbirlərdə elə bunları demir?!....
Ermənilərin cırnaması səbəbsiz deyil. Çünki onların xoşuna gəlməsə də, deyilənlər həqiqətdir. Həqiqətin şirin dadı ilə bərabər kimlərəsə acı dadı da olur...."
Xəbər lenti
Hamısına baxGündəm
22 Oktyabr 12:59
Siyasət
22 Oktyabr 12:48
Siyasət
22 Oktyabr 12:48
YAP xəbərləri
22 Oktyabr 12:26
Siyasət
22 Oktyabr 12:24
Siyasət
22 Oktyabr 11:19
İqtisadiyyat
22 Oktyabr 10:53
Analitik
22 Oktyabr 10:25
Siyasət
22 Oktyabr 10:24
YAP xəbərləri
22 Oktyabr 10:06
YAP xəbərləri
22 Oktyabr 09:46
İqtisadiyyat
22 Oktyabr 09:42
Analitik
22 Oktyabr 09:16
Siyasət
22 Oktyabr 09:10
Sosial
22 Oktyabr 08:50
MEDİA
22 Oktyabr 08:38
Gündəm
22 Oktyabr 08:13
Sosial
22 Oktyabr 08:02
Sosial
22 Oktyabr 08:01
Sosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49

