Trampın sülh planı...
07.02.2025 [09:56]
Rusiya-Ukrayna müharibəsi ilə bağlı plan Münhendə açıqlana bilər
Rusiya-Ukrayna müharibəsində rəsmi Kiyev hər hansı irəliləyişə nail ola bilmir. Qərbin hərbi yardımına baxmayaraq, Rusiya ordusu Ukrayna ərazilərini ələ keçirməkdə davam edir. Müharibədə Kiyevə ən çox hərbi dəstək verən dövlət isə ABŞ-dır. Lakin Bayden administrasiyanın hakimiyyətdən getməsini nəzərə alsaq, Ukraynanın çətin sınaqlarla üz-üzə qaldığını demək mümkündür. Çünki yeni Prezident Donald Tramp bu müharibənin tezliklə dayandırılacağını bəyan edib.
Yeri gəlmişkən, Donald Tramp dövlət başçısı kimi fəaliyyətə başlamadan öncə Parisdə Ukrayna Prezidenti Zelenski ilə keçirdiyi görüşdən sonra Ukrayna və Rusiyanı atəşkəsə və bunun üçün şərtləri açıqlamağa çağırmışdı. O, sosial mediadakı paylaşımında yazmışdı ki, Ukrayna münaqişəni dayandırmaq üçün Rusiya ilə razılaşmaq istəyir. V.Zelenski isə görüşlə bağlı “X” səhifəsində qeyd edib ki, Kiyev müharibənin tez və ədalətli şəkildə bitməsini istəyir: “Güc vasitəsilə sülh mümkündür. Birgə işi davam etdirməklə bağlı razılıq əldə olunub”.
Hazırda Kiyev ABŞ-ın hərbi dəstəyini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Xatırladaq ki, Tramp hələ seçki kampaniyası zamanı bu müharibənin tezliklə dayandırılması haqqında fikirlərini dəfələrlə bildirmiş, Zelenski ilə bu mövzuda müzakirələr də aparmışdı. Tramp müharibəni 24 saat ərzində dayandıracağını da bəyan etmişdi. Lakin prezident kimi fəaliyyətə başladığı yanvarın 20-dən indiyədək müharibəni dayandıra bilməyib. Bununla belə, Tramp mövqeyindən geri çəkilməyib.
Ukraynanın təbii sərvətləri kimə çatacaq?
Belə ki, “Bloomberg” agentliyinin öz mənbələrinə istinadən yaydığı məlumata əsasən ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Münhen Təhlükəsizlik Konfransında Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatdırılması planını təqdim etməlidir. Trampın Ukraynadakı müharibənin bitməsi planında hansı müddəaların yer aldığı məlum deyil. Bundan əvvəl isə Kelloq “X” sosial şəbəkəsində Münhen konfransında iştirakı və ABŞ-ın müttəfiqləri ilə Ukraynada sülh nizamlanması mövzusunu müzakirə etmək niyyətində olduğunu bildirib. “The Wall Street Journal” qəzetinin isə məlumatına görə, Tramp Kelloqa Rusiya-Ukrayna münaqişəsini 100 gün ərzində həll etməyi tapşırıb.
Bugünlərdə “Bild” nəşri də maraqlı məlumat yayıb. Bu məlumata görə, Donald Tramp ABŞ-ın yardımı qarşılığında Ukraynadan nadir metalları istəyir. Ukraynanın ümumilikdə 6,7 milyard avro dəyərində litium, kobalt, titan və başqa nadir filiz ehtiyatları var. Tramp administrasiyası Kiyevlə bu metalların ABŞ-yə tədarükünü təmin edən müqavilə bağlamaq niyyətindədir. O, Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib: “Onlara verdiklərimizin qarşılığında bunu istəyirik”.
“Financial times” isə yazır ki, rəsmi Kiyev Donald Trampa əsas təbii ehtiyatlar üzrə əməkdaşlıq üçün “xüsusi şərait” təklif edib: “Əlbəttə, biz Amerika ilə işləməyə hazırıq”. Bununla yanaşı, Ukrayna hakimiyyəti ölkənin təbii ehtiyatlarının Rusiyadan müdafiəsinin vacibliyini vurğulayıb. Ukrayna Prezidenti Volodimir Zelenski Trampın təbii sərvətlərlə bağlı fikirlərinə hələ ki cavab verməyib.
Ümumiyyətlə, ərazilərin azad edilməsi, qaçqınların qayıtması və başqa bu kimi məsələlər baxımından Ukraynanın elə ciddi uğuru hiss olunmur. Düzdür, Rusiyanın da uğurlarını davamlı saymaq məntiqli olmaz. Çünki rus qoşunlarının sıralarında başqa dövlətlərin, o cümlədən Şimali Koreya əsgərlərinin döyüşdüyü müşahidə olunub. Bu o deməkdir ki, onun canlı qüvvə baxımından ciddi problemi var. Bu isə perspektivdə tutduğu əraziləri əldə saxlamağın Rusiyaya elə də asan başa gəlməyəcəyini ehtimal etməyə əsas verir. Başqa sözlə, onun müharibəni davam etdirmək üçün resurslarının kifayət etməyəcəyi də istisna olunmur. Bunun üçün, ilk növbədə, Ukraynaya yardım başlıca amil sayılır.
Kiyev ABŞ-ın vəd etdiyi 177 milyard dolların 75 milyardını alıb
ABŞ-ın müharibə zamanı Kiyevə etdiyi yardımlarla bağlı müxtəlif rəqəmlər səslənir. V.Zelenski bu məsələyə aydınlıq gətirərək bildirib: “Biz ABŞ-ın vəd etdiyi 177 milyard dolların 75 milyardını almışıq. Bəziləri guya Ukraynanın Ştatlardan ordunun dəstəklənməsi üçün 200 milyard dollar aldığını iddia edir. Bu, həqiqətə uyğun deyil. Mən qalan pulların hara xərcləndiyini bilmirəm”. Bəs Ukraynaya Rusiya üzərində qələbə çalmaq üçün ayrılan maliyyə vəsaiti hara xərclənib? Məsələ ilə bağlı D.Tramp bəyan edib ki, sələfi Bayden Avropa ölkələrindən Ukraynaya ayrılan maliyyənin artırılmasını tələb etməyib, sadəcə olaraq ABŞ vergi ödəyicilərinin pullarını paylayıb: “Biz Ukraynaya az qala 300 milyard dollar yardım etdik, Avropa isə 200 milyard dollardan daha az verib. Niyə? Çünki Bayden onlardan heç vaxt pul istəməyib, sadəcə pulumuzu paylayıb”.
Belə bir şəraitdə vəziyyətin hansı məcrada inkişaf edəcəyi yaxın zamanlarda aydınlaşmalıdır. Çünki bəzi mənbələr hazırda Tramp-Putin görüşünə hazırlıq getdiyini bildirir. Bu görüş müharibənin taleyinin müəyyənləşməsində həlledici ola bilər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

