Almaniya növbədənkənar seçkiyə gedir
18.12.2024 [09:24]
Şolts Mertsə məğlub olacağı təqdirdə...
Erkən rəy sorğuları hakimiyyətə dəstəyin azaldığını göstərir
Dekabrın 16-da Almaniya Bundestaqı hökumət başçısı kansler Olaf Şoltsa etimad göstərməkdən imtina etdi. Əslində nəticə kanslerin istəyinə uyğun oldu - səs çoxluğu Şoltsun vəzifəsindən ayrılmasını təmin etdi. Şolts hökumətinə etimad göstərilməsi üçün federal parlamentdəki 733 deputatdan ən azı 367-si qərarın lehinə səs verməli idi. Lakin deputatlardan 207-si hökumətin lehinə, 394-ü əleyhinə səs verib, 116 deputat isə bitərəf qalıb. Beləliklə, Şolts hökumət koalisiyasının dağılmasından sonra Almaniyada erkən seçkilərin keçirilməsinə nail oldu.
Qeyd edək ki, parlamentdə etimad səsverməsi ilə bağlı yazılı sorğu dekabrın 11-də Sosial Demokratlar Partiyasından (SPD) olan kansler Olaf Şolts tərəfindən göndərilib. Qərar 2025-ci il büdcəsinin müzakirəsi zamanı hakim koalisiyaya daxil olan partiyalar arasında yaranan fikir ayrılığının nəticəsi kimi meydana çıxıb. Noyabrın 7-də hökumət başçısı maliyyə naziri, Azad Demokratlar Partiyasının (FDP) sədri Kristian Lindneri vəzifəsindən azad etmişdi - bununla da SPD və Yaşılların da daxil olduğu “üçlü kabinet” dağılmışdı.
Gələn il fevralın 23-də...
Hazırki situasiyada isə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkə Konstitusiyasının 68-ci maddəsinə əsasən, parlamentin buraxılması və yeni seçkilərin təyin edilməsi üçün 21 gün ərzində qərar qəbul etməlidir. Düzdür, prezidentin Şoltsun başçılıq etdiyi “azlıq hökuməti”ni saxlayaraq bu addımı atmamaq qərarı vermək kimi səlahiyyəti də var - amma Almaniya tarixində bütün hallarda Bundestaq hökumətə etimad göstərməkdən imtina etdikdə, kabinet buraxılıb. Qanunla seçkilər Bundestaqın etimadsızlıq səsverməsindən sonra 60 gündən gec olmayaraq keçirilməlidir. Kansler növbədənkənar seçkilər üçün mümkün tarix kimi fevralın 23-nü təklif edib. Xatırladaq ki, Almaniyada növbəti seçkilərin tarixi daha əvvəl 2025-ci ilin sentyabrına təyin edilmişdi.
SPD səs itirir, müxalifət önə çıxır...
Qeyd edək ki, “üçlü kabinetin” son dövrlərdəki reytinq göstəricisi, paralel olaraq hazırki kanslerin “populyarlığı”nı dayanmadan aşağı endirdi. Ölkənin şərqində keçirilən payız seçkilərinin nəticələri isə ona ciddi zərbə olmuşdu - hakim SDP səsvermə keçirilən üç ştatdan yalnız birində (Brandenburqda) liderliyini qoruyub saxlaya bilmişdi. Yaşıllar və FDP isə yerli hakimiyyət orqanlarında təmsilçiliyini əhəmiyyətli dərəcədə itirib.
Dekabrın 14-də INSA-nın “Bild” üçün keçirdiyi sorğuya əsasən, hazırda Xristian Demokratik Birlik və Xristian Sosial Birliyinin (CDU/CSU) müxalifət bloku 31 faiz, Şoltsun SPD-i isə 17 faiz dəstəyə malikdir. Sonrakı yeri isə 20 faizlə sağçı Almaniya üçün Alternativ (AfD) partiyası tutur. Yaşıllar isə cəmisi 11 faiz dəstəklənir. FDP isə Bundestaqa daxil olmaq üçün tələb olunan 5 faizlik səs baryerinin tam sərhəddində dayanıb - bu il yaradılan solçu populist Sara Vaqanknext Birliyi isə daha çox - 8 faiz səslə dəstəklənir. Bu tendensiya davam edərsə, seçkilərin qalibi kimi CDU/CSU hökumət qurmaq hüququ qazanacaq və blokun namizədi Fridrix Merts kansler olacaq.
Şolts “davam” deyir...
“Ölkəmiz adına, Almaniya adına hər şeyi etməyə davam edəcəyəm. Bunun üçün də əziz vətəndaşlardan etimad göstərməsini xahiş edirəm”. Bu sözlərlə kansler Olaf Şolts dekabrın 16-da parlamentdə özünə etimad məsələsinin Bundestaqda səsverməyə çıxarılması ilə bağlı təqdim etdiyi təklifin müzakirəsi zamanı çıxışını yekunlaşdırıb. Alman seçicilərinin onun tələbinə necə reaksiya verəcəyi isə yalnız gələn il fevralın 23-də bəlli olacaq.
Xatırladaq ki, kanslerə etimad səsverməsindən qabaq müzakirələr tam iki saat çəkib - bunun yarım saatı ərzində Şolts hökumət koalisiyasının dağılmasının səbəblərini izah edib, maliyyə naziri vəzifəsindən azad etdiyi Azad Demokrat Partyasının (FDP) lideri Kristian Lindner haqqında danışıb. Şolts keçmiş naziri “mənəvi cəhətdən kifayət qədər yetkin olmayan” adlandıraraq səlahiyyət dövrü ərzində hökumətin fəaliyyəti haqda müsbət fikirlər səsləndirib. O, Ukraynaya dəstək məsələsində öz kursunu yenə də müdafiə edib.
Şoltsun vədləri...
Şoltsun “vida çıxışı” isə həm də “seçkiqabağı platforması”nın bəyanatı sayıla bilər:
- Ərzaq məhsullarının ƏDV-ni 7 faizdən 5 faizə endirmək;
- Minimum əmək haqqını qaldırmaq;
- Daha çox uşaq bağçaları tikmək;
- Pensiyaların mövcud səviyyəsinə zəmanət vermək;
- Ölkənin nəqliyyat və enerji infrastrukturunun müasirləşdirilməsinə sərmayə qoymaq;
- Müdafiə qabiliyyətini gücləndirmək üçün Almaniyaya böyük xarici firmaları cəlb etmək üçün dövlət subsidiyalarını səxavətlə ayırmaq kimi məsələlər “gələcək hökumətin” əsas prioritetləri kimi önə çıxarıldı.
Düzdür, Qərb siyasətçiləri Şoltsun bu “vədlərini” elə də ciddi qəbul etmirlər - səbəb isə bütün bu deyilənləri yerinə yetirmək üçün kifayət qədər maliyyənin olmamaması, dövlətin “xəzinə”sində pulun qalmamasıdır. Kansler bunun da çarəsini tapıb - açıq şəkildə bildirib ki, “ölkə konstitusiyasına daxil edilmiş qondarma “borc əyləci” məsələsi ətrafında islahatlar hazırlanacaq”. Yəni növbəti Almaniya hökuməti, əgər bu hökumətə yenidən Olaf Şolts rəhbərlik edəcəksə, dövlət borcunu artırmaq niyyətindədir. Kanslerin çıxışı Bundestaqda birmənalı qarşılanmayıb - etirazçı deputatların səsini hakim Sosial Demokrat Partiyasının deputatları alqışlarla boğmağa çalışıblar.
Almaniya tarixində ən kəskin iqtisadi böhran
Keçirilən iclasda kanslerlik uğrunda Olaf Şoltsla açıq mübarizə aparacaq parlament müxalifətinin lideri, mühafizəkar CDU/CSU blokundan kanslerliyə namizəd Fridrix Merts də özünün seçki ilə bağlı fikirlərini bölüşüb. Qeyd edək ki, CDU/CSU Almaniyada (əvvəllər Almaniya Federativ Respublikasında) sağ mərkəzçi siyasi partiyaların blokudur. Bloka iki partiya - Almaniya Xristian Demokrat İttifaqı (CDU) və Bavariyada Xristian Sosial İttifaqı (CSU) daxildir. CSU yalnız Bavariyada, CDU isə Bavariya istisna olmaqla, bütün digər ştatlarda fəaliyyət göstərir.
Mertsin sözlərinə görə, hazırki kansler ölkəni Almaniya tarixində ən kəskin iqtisadi böhran vəziyyətində tərk edir. Merts gələcək nəsillərə böyük maliyyə yükü qoymağı qəbuledilməz hesab edərək, “borc əyləci”nin qaldırılmasının əleyhinə olduğunu bildirib. O, “çox səxavətli şəkildə paylanılan” hesab etdiyi sosial müavinətləri azaltmaqla, ən əsası isə iqtisadi artımı sürətləndirmək yolu ilə lazımi büdcə vəsaitlərinin tapılmasını təklif edib. Bunun üçün isə Merts çıxış yolu da göstərib - bildirib ki, sahibkarlardan yığılan vergiləri azaltmaq, pensiya yaşına çatmış şəxslərə işini davam etdirmək imkanı vermək, iş həftəsinin müddətini artırmaq lazımdır. O deyib ki, bəzi başqa ölkələrdə insanlar Almaniyadan ildə 200 saat çox işləyirlər.
TAURUS Şoltsu vəzifəsindən edəcəkmi?
Qeyd edək ki, ənənəvi olaraq, xarici siyasət məsələsi Almaniyanın seçki yarışında böyük rol oynamır, lakin Ukraynadakı münaqişə bu mənzərəni dəyişib. CDU/CSU və Sosial Demokratlar arasında Ukrayna böhranına yanaşmalardakı fərq - hər şeydən əvvəl uzaqmənzilli TAURUS raketlərinin tədarükü məsələsindəki fikir ayrılığı bu dəfə həlledici ola bilər. Merts bu raketlərin göndərilməsini dəstəkləyir - Şolts isə vəziyyətin daha da gərginləşəcəyindən ehtiyat edərək TAURUS-un Kiyevə göndərilməsinin əleyhinədir. “Funke” media qrupunun nəşrlərinə görə, SPD-nin seçki proqramının layihəsində Ukraynaya bu cür raketlərin verilməsindən imtina açıq şəkildə qeyd olunub.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

