Afrika Yelisey Sarayına qarşı
14.12.2024 [10:46]
Fransa müstəmləkəçiliyinə qarşı mübarizənin yeni dalğası
Dünya dəyişsə də, qlobal miqyasda qarşıya yeni çağırışlar çıxsa da, Yelisey Sarayı müstəmləkəçilik siyasətinin mahiyyətini dəyişmək istəmir. Fransanın qatı müstəmləkəçilik siyasətini 500 illik qanlı tarix kimi səciyyələndirmək mümkündür. Ancaq artıq vaxt yetişib ki, buna son qoyulsun. Bu gün Afrikada Fransa müstəmləkəçiliyinə qarşı mübarizənin yeni dalğası başlayıb. Fransa Afrikada, dənizaşırı ərazilərdə törətdiyi müstəmləkə cinayətlərini etiraf etməli, üzr istəməli və təzminatlar ödəməlidir.
Son dərəcə mürtəce siyasətdən qaynaqlanan nifrət
Afrikada Yelisey Sarayına nifrətin artması təsadüfi deyil. Fransa Afrika ölkələrinə müsibətlərdən başqa heç nə gətirməyib və bu, tarixi sənədlərdə də öz əksini tapıb. Qeyd edək ki, ilk dəfə qitədə Fransa müstəmləkəsi 1524-cü ildə yaradılıb. Qitənin ərazisinin 35 faizi 300 il Fransanın nəzarəti altında olub. Seneqal, Kot-d-İvuar və Benin qul ticarəti mərkəzinə çevrilmişdi. Fransa Afrikanın yeraltı, yerüstü sərvətlərini talayır, insanlarını isə qul kimi satırdı. Qitənin istənilən bölgəsində Fransanın hökmranlığına qarşı üsyanın qarşısı sərt şəkildə alınırdı. Afrika xalqları bu mübarizədə 2 milyondan çox qurban veriblər.
İndiki dövrdə Yelisey Sarayı ənənəvi müstəmləkəçilik siyasətini neokolonializmlə əvəzləyib. Fransa yeni kolonializm siyasətində bir qayda olaraq iqtisadi təzyiq vasitələrindən istifadə edir. Fransa 1945-ci ildən bəri Afrikada Fransız Müstəmləkələri Frankı (CFA) adlı pul vahidinin tətbiqinə başlayıb. Bu pul vahidinin tətbiqi Afrika ölkələrini iqtisadi inkişafdan geri salır, onları səfalətə sürükləyir. Təsadüfi deyildir ki, Afrikanın Sahil regionu ölkələrində, habelə Fildişi Sahili və Malidə baş verən münaqişələrin əsas səbəbi CFA-ya alternativ valyuta seçmək cəhdləri olub. Məhz bu pul vahidi sayəsində Fransa Afrika ölkələrini istismar edir, onların sərvətlərini mənimsəyir. Qitədə aclıq və səfalətin, kütləvi emiqrasiyanın səbəbi də CFA-dır. Lakin ondan vaz keçmək Afrika ölkələri üçün heç də asan deyil. Son illərdə Qərbi Afrika İqtisadi Birliyinə (ECOWAS) üzv olan 15 ölkə bu pul vahidindən imtina edəcəyini açıqlayıb, lakin Fransa buna qarşı yeni münaqişə ocaqları yaratmaq siyasətini davam etdirir. İndiyədək qitə ölkələrində baş vermiş hərbi çevrilişlərin 70 faizi fransızların təsiri altında olan dövlətlərin payına düşür. Afrikada Yelisey Sarayına artan nifrət də son dərəcə mürtəce səciyyə daşıyan müstəmləkəçilik siyasətindən qaynaqlanır.
Fransanın hərbi mövcudluğuna son qoyulur
Keçmiş Afrika müstəmləkələrində təsirini itirməkdə davam edən Parisə qarşı çıxan dövlətlərin sırasına Çad da qoşulub. Çad Fransa ilə hərbi əməkdaşlıq müqaviləsini ləğv edib. Bu, Sahel bölgəsində Fransa hərbi kontingentinin hələ də qaldığı son ölkə idi. Dekabrın birinci ongünlüyündə Fransa qırıcıları Çadı tərk edib. Bu barədə “France Presse” agentliyi məlumat yayıb. Məlumata görə, bu, Çad hökumətinin Fransa hərbi kontingentinin ölkədən çıxarılmasını tələb etməsindən sonra baş verib.
Bundan əvvəl Qərbi Afrikada Fransanın dayağı hesab edilən Seneqalda da oxşar qərar elan edilib. Seneqal prezidenti Bassirou Diomay Faye Fransa mətbuatına müsahibə verərək bildirib ki, xarici hərbi kontingentin olduğu ölkə həqiqi müstəqil ölkə sayıla bilməz. “Seneqal müstəqil, suveren ölkədir və suverenlik xarici hərbi bazaların mövcudluğuna imkan vermir”, - deyə Faye vurğulayıb.
Faye sərt ifadələrindən sonra ölkəsinin ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə və Çinlə yaxşı münasibətlər saxladığını bildirib və qeyd edib ki, bu dövlətlərin heç birinin Seneqalda hərbi bazası yoxdur.
Bu məzmunda açıqlamanın verilməsi üçün vaxt təsadüfən seçilməyib. Dekabrın ilk günü Seneqal üçün əlamətdar bir tarixdir. 1 dekabr 1944-cü ildə Thiaroy qırğını (müasir Dakar) baş verib: fransız əsgərlər II dünya müharibəsində vuruşmuş 400-ə qədər Seneqal hərbçisini öldürüblər. Buna səbəb afrikalı əsgərlərin xidmət şəraitindən narazılıq etmələri olub. Fransa bu qətliama görə məsuliyyəti öz üzərinə götürüb, lakin təzminat ödəməkdən və insidentlə bağlı sənədləri açıqlamaqdan imtina edib.
Fransanın Afrikada hərbi mövcudluğuna son qoyulan ölkələrdən biri də Kot d`İvuardır. Fransa kontingentinin Kot d`İvuardan çıxarılması burada ona heç bir tələbat olmadığını göstərir. Verilən məlumatlarda bildirilir ki, Kot d`İvuarın əhalisi keçmiş metropolun genişmiqyaslı mövcudluğuna getdikcə daha çox tənqidi yanaşır və bunu qəbul etmir.
Türkiyənin mövqeyi güclənir
“Bayraktar TB2” PUA-dan sonra Mali hakimiyyəti Türkiyənin “Baykar” şirkətindən ən yeni “Akıncı” pilotsuz uçuş aparatlarını alıb. Bu barədə Türkiyənin “Star” qəzetinin Afrikadakı keçmiş Fransa müstəmləkələrindəki vəziyyətlə bağlı analitik icmalında deyilir. Nəşrin məlumatına görə, Niger və Burkina Faso da daxil olmaqla, Sahel bölgəsinin bir çox ölkələrində Türkiyənin mövqeyi güclənir. Üstəlik, söhbət təkcə müdafiə deyil, həm də iqtisadi komponentdən gedir.
“Afrika ölkələri Türkiyəni etibarlı tərəfdaş kimi qəbul edərək, müstəmləkə keçmişi olan güclərdən, xüsusən də Fransadan uzaqlaşır”, - deyə nəşrdə bildirilir.
Beləliklə, Mali Afrikada “Akıncı” PUA-nı alan dördüncü ölkə olub. Bundan əvvəl “Akınçı “ Burkina Faso, Efiopiya və Liviyaya tədarük olunmuşdu.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23

