Ukraynanı nə gözləyir?
04.12.2024 [09:52]
Almaniya “hakim” olmaq iddiasındadır
Şoltsun Kiyev səfərinin şifrəsi...
Qərbin Kiyevə “raket icazəsinə” Rusiyanın ciddi cavabı kollektiv müttəfiqləri düşünməyə vadar edib. Görünən budur ki, Kremlin “ ATACMS”a “Oreşnik”lə qarşılıq verməsi gözlənilməz olduğu qədər gələcək planlarda da dəyişiklik etmək məcburiyyəti yaradıb. Proseslərin gedişi isə onu deməyə əsas verir ki, kollektiv Qərbin aparıcı ölkələrindən biri olan Almaniya nizamlanma üçün “hakimlik” etmək niyyətindədir. Kansler Olaf Şoltsun bir neçə gün öncə Rusiya lideri Vladimir Putinlə telefon danışığı, ardından isə Kiyevə səfəri müəyyən perspektivdən xəbər verir.
Kiyevdən alman mesajı...
Qeyd edək ki, kansler Şolts 2 dekabrda Kiyevə etdiyi səfərdən sonra sosial şəbəkə üzərindən Rusiya prezidenti Vladimir Putinə mesaj ünvanlayıb: “Kiyevdən Putinə mesajım: Biz burada uzun müddətik. Ukraynaya olan dəstəyimiz zəifləməyəcək. Ukrayna xalqını lazım olduğu qədər dəstəkləyəcəyik”.
İlk baxışdan “sərt” təsir bağışlayan bu bəyanatın “şifrəsi” siyasi ekspertlər tərəfindən birmənalı izah olunmur. Şolts Almaniyanın Ukraynaya davamlı dəstək nümayiş etdirməkdə qətiyyətli olduğunu bildirsə də, bəzi siyasətçilər bu mesajın daha çox post-müharibə xarakterli olduğunda israr edir - mesajda Ukrayna xalqına dəstəyin ifadə edilməsi Almaniyanın gələcək mərhələdə sülh üçün çalışacağının göstəricisi kimi şərh olunur.
Bununla belə Şoltsun bəyanatını Qərbin Rusiyaya qarşı mövqeyinin davamlığı kimi izah edənlər də var - bunu NATO-nun anti-Rusiya əhval-ruhiyəsinin nümayişi kimi də qarşılayanlar tapılır.
Qeyd edək ki, səfər Almaniya liderinin Kiyevə iki il yarımlıq fasilədən sonra gəlişi idi. Səfərdən öncə noyabrın sonunda Almaniya tərəfindən Ukraynaya son hərbi yardım paketi elan edilib. Almaniyanın müdafiə naziri Boris Pistorius bu yardım paketini açıqlayaraq Ukraynaya dəstəyin davam edəcəyini vurğulayıb. Yardım paketi 650 milyon avro dəyərindədir və əsasən hava hücumundan müdafiə sistemləri və sursat təminatını əhatə edir.
Şolts yenidən kansler olmaq üçün...
Bəzi siyasi ekspertlər Şoltsun bu səfərini həm də ölkəsində daxili auditoriyaya hesablandığını bildirirlər. 2025-ci il fevralın 23-nə təyin edilmiş Almaniya Bundestaqına seçkilərdə önə çıxmaq üçün Şoltsun Ukrayna kartından fəal istifadə etməyə çalışdığı qeyd olunur. Kiyev səfərinin alman seçicilərinə “kanslerin Şərqi Avropadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq cəhdləri” kimi təbliğ olunacağı gözlənilir. Xatırladaq ki, Sosial Demokratlar Partiyasının və şəxsən kansler Şoltsun seçki strategiyasının tərkib hissələrindən biri məhz Ukrayna münaqişəsinin diplomatik yolla həllinə nail olunması ilə bağlıdır. Çünki Almaniyada münaqişənin dayandırılması tələbi birbaşa iqtisadi gündəmlə bağlıdır - Ukrayna böhranı sadə almanların həyatına mənfi təsir göstərib. Məsələn, Almaniya mediası yazır ki, 2024-cü ilin ilk altı ayında Almaniyada müflis olanların sayı 41 faiz artıb. Bundan əlavə, 2024-cü ilin noyabr ayında Almaniyada milli standartlara uyğun hesablanan qiymətlər 2023-cü ilin eyni ayı ilə müqayisədə 2,2 faiz artıb. Şoltsun fəallaşması isə özünü sığortalamaq üçündür - hazırki kanslerin əsas rəqibi Fridrix Merzin kansler seçilməsi Ukrayna böhranının daha da genişlənməsinə gətirib çıxara bilər. Yada salaq ki, Xristian Demokrat İttifaqının sədri Merz bundan əvvəl bəyan etmişdi ki, seçkilərdə qalib gələcəyi təqdirdə Rusiyanı 24 saat ərzində Ukraynada hərbi əməliyyatları dayandırmağa çağıracaq - Kreml imtina edərsə Almaniya Kiyevi uzaqmənzilli “Taurus” raketləri ilə təmin edə bilər. Halbuki Şolts bu raketlərin Rusiyaya qarşı işlənməsinin əleyhinədir.
Bayden gedir, Ramştayn “yaşayır”....
Qərbin Ukrayna üzərindən apardığı siyasət isə çoxşaxəlidir - Bayden administrasiyasının siyasi ömrünə cəmisi iki ay qalmasına baxmayaraq, hələ də Ukrayna müharibəsi ilə imitasiya etmək niyyətindədir. Belə ki, dekabrın 2-də Ukraynanın müdafiə naziri Rustem Umerov amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığının baş tutduğunu bildirib. Umerov amerikalı həmkarı ilə “döyüş meydanındakı cari vəziyyəti, Ukrayna Müdafiə Qüvvələrinin əsas çağırışları və ehtiyaclarını”, həmçinin “2025-ci ilin strateji planlaşdırılmasını” müzakirə edib. “Xüsusi diqqət “Ramştayn” formatında növbəti iclasın hazırlanmasına yönəldilib. Ukrayna və onun tərəfdaşları müdafiə qabiliyyətimizi daha da gücləndirməyə və qələbəni yaxınlaşdırmağa kömək edəcək həllər üzərində işləməyə davam edirlər”, - ukraynalı nazir əlavə edib.
Xatırladaq ki, Ramştayn Müdafiə Əlaqə Qrupu (Ukrayna Müdafiəsi üzrə Ramştayn Prosesi) 2022-ci ilin aprelində ABŞ-ın təşəbbüsü ilə yaradılıb. İlk toplantı Almaniyanın Ramştayn hərbi bazasında keçirilib, buna görə də formatın adı bu bazadan götürülüb. Məqsəd Ukraynaya hərbi və logistik dəstəyin koordinasiyasını təmin etməkdir. Format çərçivəsində bu günə qədər 15-dən çox görüş keçirilib. Bütün görüşlərdə Kiyevə yardım paketləri, hərbi təchizat, təlim və dəstək mövzuları müzakirə olunub. Keçirilən görüşlərdə əldə olunan əsas qərarlara görə isə, Qərb ölkələri Ukraynaya tanklar, xüsusilə də Leopard və Abrams tankları, HIMARS sistemləri verib, hava hücumundan müdafiə sistemləri, o cümlədən Patriot və NASAMS-ları göndərib. Qeyd edək ki, Ramştayn qrupu NATO üzvləri, Avropa ölkələri və digər beynəlxalq tərəfdaşlardan ibarətdir, lakin rəsmi olaraq NATO-nun strukturunda yer almır. Bu proses Ukraynanın müdafiəsi üçün qlobal dəstəyin əsas platformalarından biridir.
NATO Ukraynanı “çağırmır”...
Qeyd edək ki, münaqişə başlayandan bu günə qədər Qərb sözdə Ukraynanı NATO-ya dəvət etsə də, proses rəsmiləşmir. Təbi ki, məqsəd bəllidir - NATO Nizamnaməsinin müvafiq bəndinə əsasən müharibə edən dövlət alyansın tamhüquqlu üzvünə çevrilə bilməz. Eyni zamanda, Rusiya ilə mümkün sülh danışıqları fonunda mövqeyini möhkəmlətmək istəyən Kiyevin təzyiqlərinə baxmayaraq NATO-nun bəzi ölkələri və ilk növbədə ABŞ alyansa qoşulmaq üçün Ukraynaya dəvət göndərmək istəmir. Xarici medianın yaydığı məlumata görə, blokun xarici işlər nazirlərinin dekabrın 3-də Brüsseldə başlayan iclasından öncə bu mövzu gündəmdə olmayıb - agentliyin həmsöhbətinin fikrincə, Kiyevin üzvlük məsələsi yalnız 2025-ci ilin iyun ayının sonuna planlaşdırılan alyans sammitindən əvvəl ciddi müzakirə ediləcək. Eyni zamanda, ekspertlər ABŞ-ın hazırkı dövlət başçısı Cozef Baydenin prezidentlik müddəti bitənədək Kiyevə belə bir dəvət göndərəcəyi ehtimalını da zəif qiymətləndirir.
Ukrayna isə Qərb müttəfiqlərinə 2025-ci ildə hərbi əməliyyatları davam etdirmək üçün azı 120 milyard dollara ehtiyacı olduğunu bildirib. Məlumata görə, bu, Vaşinqtonda keçirilən alyans sammitində razılaşdırılan 40 milyard dollardan xeyli çoxdur. Bu məsələ Brüsseldə Ukrayna xarici işlər nazirinin iştirakı ilə keçiriləcək Ukrayna-NATO Şurasının növbəti iclasında qaldırıla bilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58

