Gürcüstanda vətəndaş müharibəsi planı...
03.12.2024 [09:28]
Şəbəkələşmiş QHT Aİ-nin “etiraz toppuzu” rolunda
Bir neçə gündür ki, Gürcüstanda siyasi gərginliklər pik həddə çatır. Buna səbəb kimi isə hakim “Gürcü arzusu” partiyasının Aİ-yə üzvlüklə bağlı danışıqları təxirə salmaq qərarıdır. Belə ki, baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də hakimiyyətin 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlük danışıqlarını gündəmdən çıxardığını və Tbilisinin Avropanın maliyyə yardımından imtina etdiyini bildirməsi bəzi kütləvi etirazlara səbəb olub.
Dekabrın 1-dən 2-nə keçən gecə keçirilən mitinqdən sonra təxminən 40 nəfər xəstəxanaya yerləşdirilib Onlardan 24-ü etirazçı, 12-si isə polis əməkdaşıdır. Gürcüstan səhiyyə naziri Mixail Sarjveladze bildirib ki, polis əməkdaşları etirazçılardan daha ağır xəsarət alıblar.
Milli maraqlara qarşı “müxalifət” - Qərb qondarma QHT-ləri işə qarışdırır
Xatırladaq ki, Qərbin Gürcüstanda yaratmağa çalışdığı çaxnaşmanın əsası bu ilin mayından qoyulub - “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulu ilə Gürcüstanda “QHT” adı altında yaratdığı şəbəkənin ifşa olunacağından çəkinən Avropa buna qarşı çıxışlar etməyə başladı. İlk olaraq Tbilisidə etiraz aksiyaları keçirildi və həmin aksiyalara müxtəlif Avropa paytaxtlarından hətta “rəsmi” sayılacaq şəxslər belə qatıldı. Bunun da xeyri olmayanda Qərb Tbilisiyə qarşı aktiv sanksiya tədbirləri görməyə başladı. Amma Gürcüstan hakimiyyəti bunun qarşılığında nəinki geri çəkildi, hətta dövlətin maraqlarının qorunması üçün növbəti addımı atdı - LGBT təbliğatını qadağan edən qanun qəbul edildi. Bu isə vəziyyəti daha da dramatikləşdirdi - nəhayət, oktyabrın 26-da baş tutan seçkilərdə Qərbin “uduzması” aqressiyanın güclənməsi üçün “təkana” çevrildi.
Baş verən etirazların mahiyyətinə nəzər saldıqda bir fakt bəlli olur - illərlə Qərbin Gürcüstanda formalaşdırdığı şəbəkə bu gün milli maraqlara qarşı çıxış edən kütləyə “çevrilib”. Qərb QHT maliyyələşdirmə mexanizmi vasitəsilə vaxtilə dövlət içərisində qurduğu dayaqlarını “hərəkətə” gətirib. Məhz onların əli ilə öz gündəliyini qəbul etdirmək planı güdür. Aİ-nin apardığı xəttə diqqət yetirdikdə bəlli olur ki,
- Aİ vəziyyətin hətta vətəndaş müharibəsi şəkli almasında belə maraqlıdır;
- Buyruqçu QHT-çilərdən ibarət “dəstələr” üçün Gürcüstanın milli maraqları heç bir məna kəsb etmir;
- Mərkəzi hakimiyyətə qarşı LGBT və ifrat liberal sağçı düşərgələri yaradılır.
Prosesi daha da emosionallaşdırmaq istəyənlərin “tələblərinə” nəzər saldıqda, orada dövlətin maraqlarının müdafiəsi ilə bağlı hər hansı bir müddəaya rast gəlmək mümkün belə deyil - hətta QHT-lər vasitəsilə “etirazçı kütləni” o qədər manqurtlaşdırırlar ki, bu gün siyasi müzakirələrdə Gürcüstanın ərazi bütövlüyü, itirilmiş torpaqların geri qaytarılması müzakirə mövzusu belə deyil. Adını “narazılar” qoymuş kütlənin nədən narazı olması bütün parametrləri ilə ortadadır - onlar, Qərbin Gürcüstanda öz arzularını reallaşdırmasının qarşısının alınmasından narazıdırlar...
2014-cü il Ukrayna ssenarisi təkrarlanır...
Göründüyü kimi, Qərb Gürcüstanda da ənənəvi planını həyata keçirir - 2014-cü ildə Ukrayna üçün “yazılmış” ssenari bu gün Tbilisidə təkrarlanır. Küçə döyüşləri, polisə qarşı zorakılıq, “beynəlxalq dəstək” kimi analoji komponentlər Qərbin hər zaman istifadə etdiyi ştrixlərdir. Təsadüfi deyil ki, Qərb vətəndaş müharibəsini körükləmək üçün hətta xarici vasitələrdən də aktiv istifadə edir - yayılan xəbərlərə görə, Gürcüstana Balkan ölkələrindən, Şərqi Avropa və əsasən də Baltik ölkələrindən çoxlu sayda təxribatçılar gətirilib. Onların arasında silahlı təxribatçıların da olması istisna deyil. Hətta bəzi siyasi ekspertlər etirazçıların təxribatçı dəstələr tərəfindən yaralanması və bunun Gürcüstan hökumətinin üzərinə atılması ehtimalını da istisna etmirlər.
May ayında tribunalarda olanlar bu gün küçə döyüşü aparır...
May ayında tribunalarda “boy göstərən” avropalı diplomatlar bu qarşıdurmaların “hakimi” kmi davranır. Xüsusilə, Aİ-nin Gürcüstandakı səfiri özünü canişin kimi aparır - Qərb səfirlərinin, Aİ ölkələrinin Gürcüstan xalqının iradəsi ilə seçilmiş hakimiyyətinə qarşı tutduğu mövqe isə birmənalı hi?rid müharibə kimi dəyərləndirilir. Başqa ölkələri hibrid müharibələrdə günahlandıran Qərb Gürcüstanın daxili işlərinə qarışır.
Cənubi Qafqazı qarışdırmaq planı bir mərkəzdən idarə olunur - Ermənistanı himayə edən güclər Gürcüstanda da siyasi gərginliklərin baş rolunu icra edir. Vaxtilə Fransa vətəndaşı olmuş prezident Zurab?şvili isə bu planların icraçısı kimi “görünür” - halbuki, hətta etiraz belə varsa, bu, Tbilisinin daxili işidir. Demokratik əsaslarla keçirilmiş seçkilərin nəticələrinə hörmətlə yanaşmayanlar Ukraynanı müharibəyə sürüklədiyi kimi Gürcüstanı da eyni qaranlıq dalana yuvarlamağa çalışır.
Hakimiyyət Konstitusiya Məhkəməsinə, Zurabişvili isə AŞ-ya üz tutub...
Son yayılan xəbərlər isə onu deməyə əsas verir ki, Aİ-nin oynadığı oyun artıq tam ifşa edilib. Bunun qarşısının alınması üçün xalq mütəşəkkilik göstərməlidir - etirazçıların ölkə konstitusiyaya qarşı apardıqları təbliğat aradan qaldırılmalıdır. Təsadüfi deyil ki, baş nazir Kobaxidze Konstitusiya Məhkəməsinə müraciət edə biləcəyini istisna etməyib. “Müxalifətçilər bu günlərdə açıq şəkildə Gürcüstanın konstitusiya quruluşuna qarşı çıxırlar. Bu da Konstitusiya Məhkəməsinə müraciət etmək və müxalifət partiyalarını konstitusiyaya zidd elan etmək üçün birbaşa zəmin yaradır”.
Gürcüstan prezidenti Salome Zurabişvili isə ölkəsinin maraqlarını qorumaq əvəzinə yenə də üzünü Avropa Şurasına tutub - o, Şuranın rəhbəri Antonio Kosta və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni ali nümayəndəsi Kaya Kallas ilə telefonla müzakirə aparıb.
SADİQ
Xəbər lenti
Hamısına baxİdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59

