Rəqəmsal cinayət prosesi...
03.04.2024 [10:43]
İllik ziyan saniyədə 190 min ABŞ dollarıdır
Yeganə BAYRAMOVA
Müasir dövrdə rəqəmsallaşma hər bir insanın həyatının tərkib hissəsidir. Bu gün rəqəmsallaşma siyasəti dövlətin müəyyən etdiyi siyasətlə yanaşı, cəmiyyətin tələbinə çevrilməkdədir. İnsanlar xidmətlərin daha çevik, daha sürətli olmasını arzulayırlar. Dövlət xidmətlərindən danışanda isə vətəndaş məmnunluğunu ön plana çıxır.
Dünən Baş Prokurorluqda “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib. Tədbirdə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, baş prokuror Kamran Əliyev, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Ombudsman Səbinə Əliyeva, ədliyyə naziri Fərid Əhmədov, Ali Məhkəmənin sədri İnam Kərimov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov iştirak ediblər.
Rəqəmsallaşma cəmiyyətin bütün sahələrində gedir
Konfransda çıxış edən baş prokuror K.Əliyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı çoxşaxəli inkişafını davam etdirir: “Bu, eyni zamanda, bizim təmsil etdiyimiz sahə hüquq-mühafizə orqanları, məhkəmə orqanlarının fəaliyyəti ilə də bağlıdır. Bu sahədə şəffaflığın artırılması, çevikliyin təmin edilməsi, peşəkarlığın artırılması vətəndaşları narahat edən bütün məsələlərin təhlil edilməsi, araşdırılması və onlara qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı işlər aparılır. Burada təbii ki, rəqəmsallaşma da ön plana çıxır”.
K.Əliyev qeyd edib ki, rəqəmsallaşma cəmiyyətin bütün sahələrində gedir: “Lakin cinayət proseslərində bu xüsusi sahədir və çox həssaslıq və dəqiqliklə bu prosesi həyata keçirməliyik. Cinayət prosessual qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranıb”.
Çoxsaylı innovasiyaların uğurlu tətbiqi
Prezident Administrasiyasının (PA) Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri F. Ələsgərov qeyd edib ki, ölkədə əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması hüquq-mühafizə orqanlarını da əhatə edir: “Hüquq-mühafizə orqanlarında elektron sistem yaradılıb, çoxsaylı innovasiyalar uğurla tətbiq edilməkdədir”.
Yeni metodlardan istifadə olunmalıdır
Daha sonra çıxış edən PA-nın Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri G.Kərimov vurğulayıb ki, vətəndaşların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir: “Rəqəmsallaşma cinayət prosesinin inkişafı və tətbiqində də nəzərə alınmalıdır. Mövcud cinayət tətbiqi metodlarının rəqəmsallaşdılması ilə yanaşı yeni metodlar, müasir informasiya texnologiyalarından da istifadə olunmalıdır. Rəqəmsal cinayətkarlıqla mübarizədə əsas işlər Baş Prokurorluğun üzərinə düşür”.
7 mindən çox vətəndaş hakerlərin qurbanı olub
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılovun sözlərinə görə, Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub: “2023-cü ildə Azərbaycanda dövlət qurumlarının saytına bənzədilən 186 saxta domenin fəaliyyətinin qarşısı alınıb. Ötən il 1 milyon 416 min elektron poçt zərərli informasiyaya görə blok edilib”.
O, bildirib ki, ötən il aparılan audit yoxlamaları zamanı dövlət qurumlarının saytında təhlükəsizliklə bağlı 695 boşluq müəyyən edilib: “Ötən il dövlət qurumlarına yönələn 1162 kiberhücum müəyyən edilərək qarşısı alınıb.
2022-ci ildə qlobal miqyasda kiberhücumlar səbəbindən dəyən illik ziyan 6 trilyon, aylıq 500 mlrd., həftəlik 115.4 mlrd., saatda 684.9 mln., dəqiqədə 11.4 mln., saniyədə 190.000 ABŞ dolları dəyərində qiymətləndirilir. 2023-cü ildə qlobal miqyasda dəyən ziyanın nəticələri isə hələ rəsmi olaraq açıqlanmayıb”.
“Pro Bono” chat botu istifadəyə veriləcək
Vəkillər Kollegiyasının sədri A.Bağırov isə söyləyib ki, artıq məhkəmələr tərəfindən dövlət hesabına vəkillərin ayrılması ilə bağlı təyinat qərarları onlayn qaydada insan faktoru olmadan müvafiq vəkil büroları arasında bölüşdürülür: “Hesab edirik ki, məhkəməyəqədər istintaq mərhələsində də ərazi üzrə vəkil qurumunda fəaliyyət göstərən vəkillərin siyahısının şübhəli və ya təqsirləndirilən şəxsə təqdim edilməsi, onun həmin siyahıdan vəkil seçməsi, vəkilin dəvət olunması və s. məsələlər vahid elektron məkan üzərindən həll edilməlidir.
“Elektron vəkil orderi layihəsinin davamı kimi hazırda “elektron vəkil sorğusu” layihəsi üzərində yekun işlər aparılır. Burada normativ-hüquqi tənzimləmə ilə bağlı müəyyən problemlər mövcuddur. Həmin problemlərin aradan qaldırılması istiqamətində müvafiq normativ-hüquqi akt layihələri Ədliyyə Nazirliyi ilə birgə hazırlanıb və hazırda razılaşdırma mərhələsindədir.
Rəqəmsallaşma sahəsində müasir trendləri daim izləyən Vəkillər Kollegiyası süni intellektin imkanlarından da istifadə edilməsi istiqamətində işlər aparmaqdadır. Yaxın zamanda Kollegiyanın “Elektron vəkillik” Komitəsi tərəfindən hazırlanan “Pro Bono” chat botu istifadəyə verəcək. Bu bot süni intellektdən istifadə edərək vətəndaşlara Pro Bono hüquqi yardım göstərəcək
Ədalət mühakiməsi prosesinin rəqəmsallaşdırılması...
Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, ədalət mühakiməsinin həyata keçirilməsində də vətəndaş məmnunluğu əsas şərtlərdən biridir: “Məmnunluq nə zaman əldə edilir? Təbii ki, vətəndaşların gözləntilərinə uyğun xidmət təqdim etdikdə. Vətəndaşın gözləntisi daim artmaqdadır. İşimizi buna uyğun qurmalıyıq ki, məmnunluğa nail olaq. Hər bir rəqəmsal layihə dövlətin rəqəmsal siyasətinin tərkib hissəsidir. Rəqəmsallaşma Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş dövlət siyasətinin tərkib hissəsidir. Həmin siyasətin tərkibində ədalət mühakiməsi prosesinin rəqəmsallaşdırılması qaçılmazdır. Ədalət mühakiməsi sahəsində bu proseslər uzun müddətdir gedir”.
Əməkdaşlıq memorandum imzalanıb
Çıxışlardan sonra Baş Prokurorluqla Hesablama Palatası arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb. Sənədi baş prokuror Kamran Əliyev və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov imzalayıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

