“Artilleriyanın Allahı”
15.03.2024 [11:22]
Əliağa Şıxlinskinin doğum günüdür...
Hərb elminə verdiyi töhfələrə və ordu quruculuğundakı xidmətlərinə görə onu “Artilleriyanın Allahı” adlandırırdılar. İstər keçmiş sovetlərin, istərsə də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ordu quruculuğunda göstərdiyi misilsiz şücaətləri ilə adını dünya hərb tarixinin səhifələrinə qızıl hərflərlə yazdırmışdı. Ordu quruculuğu haqqında AXC-nin tədbirlər planında 1919-cu il noyabrın 1-dək ordunun ən mühüm struktur bölmələrinin yaradılması nəzərdə tutulmuşdu. Ancaq bu işləri həyata keçirmək asan deyildi. Ən böyük çətinliklərdən biri uzun illər Azərbaycanı müstəmləkə altında saxlayan çar Rusiyasının hakimiyyəti dövründə azərbaycanlıların əsasən ordu sıralarına çağrılmamaları idi.
Odur ki, peşəkar hərbçilərimizin sayı çox deyildi. Amma hərbçi olanlar öz hərbi biliklərinə, bacarıqlarına, istedadlarına, cəsurluqlarına, qorxmazlıqlarına görə çarizm dövründə məşhur idilər. Belə hərbçilərimizdən biri də çar ordusu tərkibində döyüşlərdə göstərdiyi böyük şücaətləri ilə dillərdə gəzən general Əliağa Şıxlinski idi.
Bu gün generalın anadan olmasından 161 il ötür. O, 1863-c? il martın 15-də Qazaxın Aşağı Salahlı kəndində mülkədar ailəsində dünyaya göz açıb. Çoxuşaqlı ailədə dünyaya gələn Əliağanın atası onun qərbyönümlü hərbi məktəbdə təhsil almasını istəyirdi. Elə bu məqsədlə 1875-ci ildə onu Tiflisə göndərir. Hələ kiçik yaşlarından bədəncə iri, sağlam, güclü olmaqla yanaşı, çevik və diribaş idi. Məhz, bu şəxsi keyfiyyətlərinə görə, Tiflisdə 1876-cı ildə xüsusi gimnaziyanı, 1883-cü ildə isə hərbi gimnaziyanı böyük müvəffəqiyyətlə bitirir. Müəllimləri tərəfindən sevilən və rəğbətlə qarşılanan Ə.Şıxlinski dərslərindən əlavə olaraq biliyini artırmaq üçün digər təhsil ocaqlarında keçirilən mühazirələrə də qatılır, daim öz üzərində çalışırdı. Paytaxt mühiti onun püxtələşməsinə müsbət təsir etmişdi.
Əliağa Şıxlinski hərb peşəsi üçün yaradılmış bir insan idi. O, fəaliyyəti dövründə böyük nailiyyətlərə imza ataraq, on illik xidməti borcunu üç il ərzində yerinə yetirmişdi. Təbii ki, bu fakt dövlətin nəzərindən kənar qalmayaraq onun 1908-ci ildə polkovnik rütbəsi ilə, bir il sonra isə III dərəcəli “Müqəddəs Vladimir” ordeni ilə təltif edilməsi ilə nəticələnmişdi. Belə bir mükafatla adətən, müharibə dövründə uzun müddət komandanlıq etmiş polkovniklər təltif edilirdi. Bu barədə istər yuxarı dairələrdə, istərsə də orduda çox nadir bir hadisə olaraq danışılırdı.
1909-cu ilin payızında Əliağa Şıxlinskinin şəxsi həyatında çox mühüm dəyişiklik baş verdi. O, 46 yaşında ikən qohumu və Tiflisdə təhsil aldığı zaman ona himayədarlıq etmiş, Qafqaz müftisi Qaibzadə Mirzə Hüseyn Əfəndinin qızı Nigar xanımla ailə həyatı qurur. Ali təhsilli Nigar xanım Azərbaycanın ilk şəfqət bacısı idi. Lakin qəfil ölüm onları ayırır. 1931-ci il avqustun 15-də Nigar xanım Şıxlinskaya ömrünün 53-cü baharında gözlərini əbədi yumur... Ə.Şıxlinski “Xatirələrim” adlı hərbi memuarında yazır: “Mənim hər şeyim-həm səadətim, həm də səhhətim onunla getdi. Bir yerdə keçirmiş olduğumuz 22 illik həyatın aydın səmasında bir bulud ləkəsi belə görünmədi. Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın”.
Generalın dörd vəsiyyəti var idi və bu dörd vəsiyyətin hamısında qeyd edir ki, məni sevimli Nigar xanımın yanında dəfn edərsiniz. Nigar xanıma həsr etdiyi “Ey Sevdiyim Dilruba”, “Ana və onun əziz Nigarına” adlı şeiri var. Şeirlər o qədər incə ruhla yazılıb ki, istər- istəməz bir hərbçinin qələmindən çıxmasına inanmaq çətindir...
General 18 avqust 1943-cü il tarixində ürək çatışmazlığından xəstəxanada vəfat etdi. O, görkəmli sərkərdələrə layiq bir şərafətlə son mənzilə yola salındı.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

