Bakıda Müqəddəs Məryəm Ana kilsəsinin açılışından 16 il ötür
07.03.2024 [11:15]
Yeganə BAYRAMOVA
Azərbaycanda heç bir zaman dinlərarası problem yaşanmayıb. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmiz tarix boyu digər din və mədəniyyətlərə dözümlü münasibətilə seçilib. Bu yanaşma xalqımızın təbiətindən, insanpərvərliyindən və xoş məramından irəli gəlir. Bu humanist ənənə bu gün də qorunub saxlanılır. Respublikamızda sinaqoq və kilsələr məscidlərlə yanaşı fəaliyyət göstərir, insanlar dini ayinlərini sərbəst yerinə yetirə bilirlər.
Qeyd edək ki, hazırda Azərbaycanda 16 kilsə və 7 sinaqoq var. Kilsələrdən 5-i pravoslav (Bakıda 3, Gəncə və Xaçmazda 1), 4-ü gürcü pravoslav (Qax rayonu), 1-i lüteran, 1-i katolik və 2-si Alban-udi dini icmasına mənsubdur. Yəhudi sinaqoqlarından 2-si Bakıda, 2-si Oğuzda, 3-ü Quba rayonunun Qırmızı qəsəbəsində yerləşir.
Uzun illər ərzində Azərbaycanda dini mənsubiyyətindən asılı olaraq yüzlərlə tarixi və dini abidə bərpa edilib və ya yenidən tikilib. Azərbaycan ilk səmavi dinlərin - yəhudilik və xristianlığın qədim zamanlardan yayıldığı bir məkandır. Ona görə də tarix boyu xalqların və dinlərin vətəni olan ölkəmizin hər yerində kilsə və sinaqoqlara, məscidlərə və atəşpərəstlik məbədlərinə rast gəlmək olar.
Yeri gəlmişkən, bu gün Müqəddəs Məryəm Ana katolik kilsəsinin açılış mərasiminin baş tutmasından 16 il ötür. Bu kilsə Azərbaycan ərazisində fəaliyyət göstərən yeganə katolik kilsəsidir. 2002-ci ildə Roma Papası II İohann Pavelin Azərbaycana səfərindən sonra 2003-cü ildə Müqəddəs Məryəm kilsəsinin tikilməsinə başlanılmışdı. Tikinti 2007-ci ilin fevralında yekunlaşdı. 7 mart 2008-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin və Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertonenintin iştirakı ilə açılışı baş tutdu.
Qeyd edək ki, kilsə Neapol Memarlıq Universitetinin professoru Pado Ruceyro və Bakı şəhərinin keçmiş baş memarı Akif Abdullayevin layihəsi əsasında inşa olunub. Müqəddəs Məryəmin yeni heykəli isə azərbaycanlı heykəltəraş Hüseyn Axverdiyev tərəfindən hazırlanmışdır.
Müasir üslubda tikilən və 1256 kvadratmetr sahəsi olan binada istilik, havalandırma, yanğınsöndürmə sistemləri quraşdırılıb. Tikintini Vatikan Dövləti maliyyələşdirmişdi. Binanın girişində kilsənin təməlinin qoyulduğu tarix, memarların və inşaatçı şirkətin adları yazılmış lövhə vurulub. Kilsənin eyni vaxtda 250-300 nəfərin ibadət edə biləcəyi salonu var.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04

