Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
12.07.2026 [09:33]
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP beynəlxalq turniri keçirilib. Yarışda müxtəlif ölkələrdən olan idmançılar bacarıqlarını nümayiş etdiriblər.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanı batut gimnastikası və tamblinq növləri üzrə müxtəlif yaş kateqoriyalarında ümumilikdə 13 gimnast təmsil edib.
Batut gimnastikası üzrə 13–14 yaş kateqoriyasında Muhamməd Həsənli, 15–16 yaş kateqoriyasında Fərhad Mustafayev və Ammar Baxşalıyev, böyüklər arasında isə Maqsud Mahsudov, Selcan Mahsudova və Hüseyn Abbasov çıxış ediblər.
Tamblinq üzrə isə 13–14 yaş kateqoriyasında Sənan Rzazadə və Xədicə Məmmədova, 15–16 yaş kateqoriyasında İlham Məsimov və Riad Cavadov, böyüklər arasında isə Aleksey Karataşov, Bilal Qurbanov və Hüseyn Əsədullayev mübarizə aparıblar.
Azərbaycan gimnastları yarışda uğurla çıxış edərək turniri ümumilikdə 12 medalla başa vurublar.
Batut gimnastikası böyüklər arasında Maqsud Mahsudov 60.240 xalla bütün rəqiblərini qabaqlayaraq birinci olub. Selcan Mahsudova 57.190 xalla qızıl medalın sahibi olub. Hüseyn Abbasov isə 57.730 xalla bürünc medal əldə edib.
13–14 yaş kateqoriyasında Muhamməd Həsənli 49.350 xalla ikinci yeri tutaraq gümüş medal qazanıb.
15–16 yaş kateqoriyasında Ammar Baxşalıyev 54.540 xal toplayaraq qızıl medala layiq görülüb. Eyni yaş kateqoriyasında Fərhad Mustafayev 51.470 xalla gümüş medal qazanıb.
İkili-mini batut yarışlarında isə Ammar Baxşalıyev 23.900 xalla fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək növbəti qızıl medalını qazanıb.
Tamblinq üzrə böyüklər arasında Bilal Qurbanov, Aleksey Karataşov və Hüseyn Əsədullayevdən ibarət Azərbaycan komandası 148.100 xalla komanda hesabında birinci yeri tutaraq qızıl medala layiq görülüb. Fərdi proqramda Bilal Qurbanov 46.200 xalla gümüş medal əldə edib.
13–14 yaş kateqoriyasında Sənan Rzazadə 22.600 xalla qızıl medal qazanıb.
15–16 yaş kateqoriyasında İlham Məsimov 84.400 xalla birinci, Riad Cavadov isə 83.900 xalla ikinci yeri tutub.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

